Hinduizm dini

Hinduizm Brahmanizmin  təkamül tapmış formasıdır və  8-9-cu əsrlərdə Hindistanın iki görkəmli alimi tərəfindən yaradılmışdır.
 

1. Ariyayilərin hücumundan öncə Hindistanda yaşayan yerli əhali


Ariyayilərin İrana və Hindistana mühacirətindən öncə bu yerlərin əhalisi alçaqboylu və qaradərili insanlar idi. Onların xüsusi mədəniyyətləri, dinləri, mərasimləri var idi və onların sivilizasiya səviyyəsi Mesopotamiya sivilizasiyası səviyyəsində idi. Bu qövm İran ərazilərində demək olar ki, təmamilə aradan getdi, amma Hindistanda ölkənin cənub bölgələrinə tərəf qovuldular. Həmin qövm Dravediləri adı ilə tanınır. Onlar eləcə də, Nəces və yaxud Toxunulmazlar (Untouchables) adı ilə tanınırlar. Gələcəkdə onlar barədə söz açacağıq. Pakistanda, Sind çayının kənarında yerləşən Mohenco-Daro adlı bölgədə aparılan arxeoloji qazıntılarda onların mədəniyyətlərini əks etdirən çoxlu nümunələr aşkar edilmişdir. Bu kəşflərdən belə nəticə əldə etmək olar ki, Hinduizmin bəzi tanrıları Ariyayilərin Hindistana daxil olmasından öncə də mövcud idi.
Davamı →

Qədim Hind mədəniyyəti

Başqa Şərq ölkələri kimi Hindistanda da mədəniyyətin müxtəlif sahələri inkişaf etmişdi. Burada ədəbiyyat, incəsənət, memarlıq, təbiət elmləri sahəsində bəzi nailiyyətlər qazanılmaqla yanaşı, müxtəlif dini ehkamlar və təsəvvürlər də mövcud idi. Hindistanda əhali qədim dövrlərdə bitkilərə, aya, günəşə və çaya sitayiş edirdi. Hind-İran birliyi dövründə hindlilərin iranlılarla oxşar dini anlayışları olmuşdur. Belə ki, həm hind, həm də irandilli etnik birləşmələri oda,suya, əcdadlara, eyniadlı ilahi qüvvələrə inam bəsləyirdilər.Hindlilərin ilkin dini təsəvvürləri Riqvedada öz əksini tapmışdı.
Davamı →

Hindistan mədəniyyəti

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi-mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib. Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. «Sıfır» anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər. Artıq hind sivilizasiyası dövründə (b.e.ə. III minillikdə) onlar şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar əldə etmiş, uzunluq ölçüsü və çəki sistemindən istifadə etmişlər.
Hindistanda ilk dövlətlərin təşəkkülü, formalaşması bir sıra imperiyaların – Mauri, Quptların hökmranlığı zamanı bəşəriyyət tarixində sivilizasiyanın inkişafı ilə müşahidə edilirdi.


Ardı →

Hind kinosu

  • Kino

Hər bir hindli üçün kinematoqraf ilk məhəbbət kimidir. Onu heç nə məhv edə bilməz. Hindistanda ən ucuz əyləncələrdən biri, qaranlıq zalda ekran qarşısında oturmaq və bütünlüklə kino adlı nağılın sehrinə qapılmaqdır. İldən-ilə hind filmlərinin estetikası dəyişir, lakin ümumi sxem olduğu kimi qalır. Mövzu olaraq bu filmlərdə mahnılar, rəqslər, musiqi və göz yaşlarını öz-özünə axmağa məcbur edən melodramatik süjet həmişə var. Hind kinosunun mövcud olduğu 100 il ərzində onun pərəstişkarlarının axıtdığı acı göz yaşlarının miqdarını heç kim bilmir. Lakin hind filmlərinə və axıdılan göz yaşlarını bir yerə toplasaq, ikinci Hind okeanının yaranmasına bəs edirdi
Hind kinematoqrafiyasının yaranma tarixi 1900-cü ildə Kəlküttə və Bombey şəhərlərində canlanmış fotoşəkillərə bənzəyən ilk süjetlərin çəkildiyi vaxtdan hesablanır. Həmin tarixdən iyirmi il sonra hind kinosu artıq cəmiyyətin sevimlisinə çevrildi. Ölkədə milli dildə filmlər çəkilməyə başladı, onlarla birlikdə ilk kino ulduzları, kadrarxası mahnıları oxuyan müğənnilər meydana gəldi. Bu müğənnilər Hindistanda kino ulduzlarından heç də az deyillər.


Ardı →