Hindistan qozunun faydaları

  • Flora
Son illər Avropa ölkələrində Hindistan qozundan kosmetika sənayesində istifadə olunur. Hindistan qozu tropik ərazilərdə yetişdirilir və meyvəsi yeyilir. Hindistan qozunun suyu içilir həmçinin də içnin ağ hissəsindən də istifadə edilir. Hindistan qozu zeytun kimi yağlıdır və Yağı çıxarılaraq kometika növlərində həmçinin qidalarda istifadə edilir. Hindistan qozunun ağ hissəsi yetişdiyi tropik ölkələrdə qədim zamanlardan istifadə edilsə də bizim mətbəximizdə yalnız bu meyvə ilə şirniyyatlar hazırlanarkən istifadə edilir.

Hindistan qozunun yağı necə hazırlanır?
Hindistan qozunun yağı maye və qatı formada satılır. Maye forması copra hissəsindən əldə edilir. Qatı forması isə təzə Hindistan qozu meyvəsindən soyuq sıxma üsulu ilə əldə edilir. Əvvəl süd vəziyyətinə salınır daha sonra tərkibindən yağı ayrılır.

Davamı →

Əhvalı qaldıran dadlı meyvə | Kokos

  • Flora

KokosTədqiqatçıların sözlərinə görə, hind qozu yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısa müddətli olsa da, demensiyalı xəstələrin vəziyyəti yaxşılaşır.

Diyetoloq Piter Klifton bildirir ki, onların Alzeymer xəstəliyindən əziyyət çəkən adamlarla apardıqları araşdırmalar göstərib ki, hind qozu yağı adamlara onların kim olduqlarını xatırlamaq və əslində normal nitqi saxlamaq imkanı verir. Bu müvəqqəti effekt olsa da, valehedicidir.


Ardı →

Kokosun faydaları

  • Flora
Dünyanın ən böyük qozu-kokos hesab olunur. Bir kokosun çəkisi 4 kiloqrama qədər ola bilər. Gözəl dadından əlavə, kokosun tərkibində B vitamini, makro və mikro elementlərdə vardır. Kokos mədə bağırsaq yoluna, imunitetə, görmə qabilyyətinə və tiroid vəzinə çox xeyirdir.

Hindistan qozunun (kokosun) həm südünün, həm də suyunun tərkibinin, steroid olmayan iltihab önləyici dərmanlardan qaynaqlandığı və mukozal ereksiyaya qarşı xora önləyici xüsusiyyətlərə sahib olduğu bildirilir. Həmçinin bu meyvə həzm sistemi narahatlıqlarının müalicəsində təsirli hesab olunur. Qəbzlik, kolit, mədə xorası, qusma, qaz kimi narahatlıqlara qarşı effektlidir.

Qurudulmuş hindistan qozunun enerji dəyəri olduqca yüksək olduğundan bu meyvə doyurucu və mükəmməl qidalandırma funksiyasına görə fərqlənir.
Ardı →