Həndəsi yolla sübuta yetirilmiş və 5 bölümə ayrılmış əxlaq



Spinozanın Etika əsəri qəliz dildə yazılan və anlaşılması çətin olan əsərlər içərisindədi. Bunun səbəbini hərə bir cür göstərir kimsə onun yöntəmində kimsə isə fikirləri arasındakı ziddiyyətdə. Mən Etikanı oxudum asan anlaşıldığını deməzdim amma onun dəhşət çətin bir əsər olduğu fikri ilə də razı deyiləm .Spinozanın tezislərini sübut etmə yöntəmi mənim üçün çox rahat və anlaşılan gəldi, amma təbii ki, Spinozanın dili sadə olmadığına görə bəzi tezisləri anlamaq üçün bir xeyli əziyyət çəkdim. Bundan başqa digər araşdırmaçılardan oxuduğum kimi, mən də Spinozanın bir-birinə zidd gələn fikirlərinə rast gəldim onları burada qey etməyəcəm, çünki o hissələri anlamaq üçün kitabı yenidən oxumağı düşünürəm. Keçək kitaba.
Ardı →

Fırtına

Fırtına

Hər dəfə belə külək əsəndə o anı xatırlıyram...
yaxın binanın uzaqdan gələn radio səsini, gələn bu kəlimələri heç zaman unutmadım...
Bakü`de fırtına ikazı üzerinden yayınımızı tam veremiyoruz ve sizlere...
yayım kəsilir, bəlli ki 20 dəqiqə öncə edilmiş xəbərdarlıqla Rusya şimalından gələn fırtına böyüyəcəkdi. Bu yayın`a nə olduğunu anlamadım, görəsən, yayımın kəsilməsinin sonbahar fırtınası ilə bir əlaqəsi varmı deyə düşünərkən veriliş bərpa olundu zarafat elədiklərini və kəsintinin səbəbinin fırtına olmadığı və zarafatyana ajataj yaratmaq olduğunu türçə dedilər
1993 ilinin payızı bitmək üzrədir, çoxdan anlamışdım ki bu şəhərə boş yerə küləklər şəhəri deməyiblər, noolsun ki 3 tərəfdən dənizlə sərhədlənib?! adada olan şəhərlər də var, və bu gələcək fırtına mənı çox şey deyəcəkdi, ya da dərin mənalı az şey olacaqdı...
13 dekabr həftənin birinci günüdü bir neçə aydı ki nəinki həftəyə dünyada və həyatımda olan bir yeniliyə həvəslə baxmıram.
Bu uzun binadan uzaqlaşdıqca türkçə yayımlanmaq xatirinə açılmış qısaömürlü mənasız verilişin səsi itərək məni xatirələrimlə tək qoyurdu...
Artıq fırtına xəbərdarlıqlarına öyrəşmişdim və təxminən 1 saat sonra güclü külək əsirdi sadəcə çox güclü külək....
mən isə fırtına öncəsi belə səssizlik olmayan şəhərdə qaranlıq küçələrlə bəlkə də gələcəkdə gözəl bir parka çevriləcək ama indi çox pis bir yer olan əraziyə gedirdim… niyə? dəqiq deyə bilmərəm ama sanki 6 aydır məni bura nə isə bağlıyır, gəlirəm bura… son zamanlar insanlarla danışmasam da əvvəllər mənə deyirdilər ki bura gəlməyim. Sovetlər Birliyi dağılandan sonra bura Amon adlanan hərbi birləşmənin yuvası sayılırdı. Bakıda silah tutan hər kəs kimi bunlar da özlərini ölkənin taleyini həll edən, və buna görə kefi istədiyini eləməyə haqlı olduğunu düşünən sərxoş yığını idi düşüncəmə görə ama insanlar bunların yaxşılıqlarınnan da ağız dolusu danışırdılar...
Ümumiyyətlə hər kəsi danışmağa ağzı dolu idi birzamanlar...
həmin yerə qədər bir neçə uzun bina uzanırdı və bu saat 10 qaranlığında burda insan görmək çətin məsələ olsa da qarşıdakı iki binanın arasından qara geyimli, qara çadralı bir büzüşmüş qarı gördüm. Bu yaşlı qadını da bu böyük imperiyanın böyük uçurumu çökdürüb bəlkə, bəlkə də o da ölkədəki saysız hesabsız övladını və ya övladlarını itirmiş analardan biridi. Başını aşağı salıb və və elə bil bu dünyada deyil, görəsən, fırtına xəbərdarlığını almıyıb? bəlkə o da bu gecə öləcək, ya acınnan, ya müharibədən, ya dərddən, ya da elə fırtınadan bu birdən-birə peyda olmuş azadlıq qışqırmaq illərində ölənlər kütləsinə qoşulacaq...
Hərhalda bu yaşlı qadın marağıma səbəb oldu boşluq aylarımda. Getdikcə bu uzun binanı tez yeriyib bitirib irəlidəki binanın bu tərəfə olan küncündə oturmuş qarıya çatmaq istədim, qarı isı tərpənmirdi, mən yaxınlaşdıqca külək də artırdı, ama yaxınlaşdıqca elə bil qarı böyümürdü, yəni miqysın məsafə qanunu elə bil təsir eləmirdi, uzaqdan necə görürdümsə yaxınnan da elə idi, ama ona yaxınlaşdıqca hər dəfə daha çox şey xatırlıyıram, əvvəlcə mitinqlər dalğasına qoşulamağım daha sonra baş verən dəhşətli hadisələr, ölkəmizin bütün sütunlarının birər-birər gözümüzün qarşısında məhv olması və buna qarşı heç nə edə bilməməyimiz, sonra ən doğru yolun qərbdə, Qarabağda olduğunu düşündüm və ora savaşa getdim...
Artıq iki binanın arasındayam burda insan adlanan məxluqdan daha iki dənəsi var: Bir oğlan, bir qızla mazaqlaşır, sanki, bu qadını görmürlər, qəribədi bu altı ayda mən insanlara fikir vermirdima ama indi onlar mənə fikir vermirlər şəhvətdən, ama bu qarı da tərpənmir, başını aşağı salıb.
Və burda üçlük olaraq bir-birimizə fikir vermirik, görəsən fərqli səbəblər var ya elə eyni səbəbdiki nəzər yoxdu bir-birimizə.
Görən bunu istəyirdim? Külək şiddətlənir, burda neçə dəqiqədiki qaldığımı bilmirdim, anidən qarı başını qaldırıb üzümə — düz gözlərimin içinə baxdı.
O an çox pis oldum, bu baxışlar mənə çox dəhşətli şeylər deyirdi. Dərhal uzaqlaşmalı olduğumu düşündüm, Qarı ilə baxışdığım andan etibarən Yağmur başladı, mən uzaqlaşdıqca daha da pis olurdum və yağmur da güclənərək, kələ-kötür yolda gölməçələr yaratmağa başlamışdı. Dəhşətli idi, mən addımlarımı sürətləndirdikcə arxama baxmasam da qarının da arxamdan gəldiyini hiss eləyirdim, daha arxadan isə qız və oğlan gəlirdi və bu dəfə onlar tam hissiz gəlirdilər qarının arxasıyca əvvəlki şəhvət duyğularını sanki şiddətli yağmur yuyub aparmışdı, arxama baxmasam belə onların gəldiyinə əmin idim...
Mən kiməm? beynimə ildırım kimi suallar yağmağa başladı, Burda nə işim var? hardan gəlib hara gedirəm? son aylarda baş verənlər niyə mənim üçün baş vermədi? Şüurumda partlayış baş verdi… qaçmağa başlamışdım ki, gölməçəyə yıxıldım dizlərim üstünə çökdüm. Birdən qızın səsi beynimin bütün hüceyrələrini cingildətdi: SƏN YOXSAN!!!
Mən əyilib gölməçədə əksimə baxmaq istədim ama əksim yox idi, şüurum dondu sanki, altı ay öncə Qarabağda baş verən dəhşətli hadisəni xatırladım: Bir neçə həftə idi ki könüllü kimi aramıza qatılan alçaq məni kürəyimdən vurdu və cəsədimi sürüyüb ermənilərə 120 dollara satdı. Sonra Bakıya qayıtdım, O an dizlərimin üstündə qalmışdım, anam arxadan gəldi və mənnən qabağda arxası mənə tərəf(məni görmürdü) diz çökdü, və adımı çəkib növbəti dəfə fəryad elədi...
İllər keçdi, anam da öldü, ama mən hələ də burda diz üstə çöküb, 80ci illərin sonunda nələrin baş verdiyini dərk eləməyə çalışıram: Bu adi bir pislik deyildi, nəhəng dövlətimizi elə məhv elədilər ki bir tozu da qalmadı, Bizə niyə belə düşmənçilik elədiklərini anlamıram, bu sadəcə pul üçünmü idi? Böyük adamlar başımıza elə bir oyun açdılar ki, Günahımız nə idi düşünürəm...
çox şey düşünürəm ama bu saysız hesabsız ölkələrdə ölən saysız hesabsız uşaqların günahı nə idi?
İllər keçir, dünya çox qəribə olub. Burda Nefçilər metrosunun yanında keçmiş qorxulu Amon düşərgəsində park salınıb, çox az adam məni görür, danışır, cavab vermirəm… hələ də oturub düşünürəm…
Davamı →

Ali hisslər

Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən sosial gerçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb (ali) hissləri ilə təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir.  İnsanların davranışı, qruplar arasındakı qarşılıqlı münasibətlər, insan mədəniyyətinin məhsulları, incəsənət əsərləri, cəmiyyətin idarə olunması və birgəyaşayış qayda-qanunları, dərk olunması vacib olan problemlər və s. həmişə insanlarda müəyyən hisslər doğurur. Belə hisslər ali hisslər kimi səciyyələndirilir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsin­dən, dünya­gö­rü­şündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.
Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər.


Ardı →

Hisslərin keçirilməsi formaları

Hisslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilir. Bu baxımdan hisslərin aşağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar: əhvallar, affektlər, gərginlik, frustrasiya.
Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün gün gümrah, şən əhval-ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval xeyli müddət insanın davranışına və psixi proseslərinə təsir edən ümumi emosional haldır. İnsanda yaranan əhvallar müsbət və ya mənfi xarakter daşıya bilər. Məsələn, müsbət xarakter daşıyan gümrah, şən, işgüzar əhval xeyli müddət, bəzən bir və ya bir neçə gün davam etməklə insanın fəaliyətinə də öz müsbət təsirini göstərə bilir. Bunun təsiri altında insan öz işini ruh yüksəkliyi, inamla yerinə yetirir. Mənfi əhval-ru­hiyyə isə  insanın fəaliyyətinə ləngidici təsir göstərir.


Ardı →

Hisslərin fizioloji əsasları və funksiyaları

Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti təşkil edir. Başqa psixi proseslər kimi, emosional halların və hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması vegetativ sinir sisteminin funksiyasına daxildir. Xüsusilə, hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baş verən sinir prosesləri çox mühüm rol oynayır. Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişikliyin əmələ gəlməsi ilə nəticələnir. Məsələn: tənəffüs ahəngi dəyişir, ürək döyüntüsü ya artır, ya da azalır, nəbz vurma dəyişir, göz bəbəyi genişlənir, tüklər biz-biz olur, tərləmə artır, ağızda dil quruyur və s. Təsadüfi deyildir ki, qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz vurma kəşf etmişdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın ən həssas indikatorudur. Ona görə də çox vaxt insanlar öz emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər.


Ardı →

Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri

Hisslərin xarici ifadəsi. Biz ünsiyyətdə olduğumuz adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də səsində əks olunur.
Hər şeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir, lazımi sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə tamamilə başqa cür nəfəs alır.
İnsanın hansı hissləri keçirməsi qan dövranında daha aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır.


Ardı →

Hisslər haqqında

İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü konkret vəziyyətdən asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə şəxsiyyətin özüdür. Başqa sözlə, insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda müvafiq şəkildə ifadə olunmuş emosional təəssürat əmələ gətirən cisim və hadisələr hisslərin obyekti hesab olunur.


Ardı →

Hisslər haqqında aforizmlər

1. Nifrəti gizlətmək asandır, sevgini gizlətmək çətin,

lakin laqeydliyi gizlətmək hamısından çətindir.

L.Berne

2. Biz özümüzlə müqayisədə digərlərinə qarşı daha səmimiyik.

F.Nitsşe

3. İnsanların səmimi hisslərini aşkar etməyə çalışanda mən öz gözlərimə

daha çox inanıram,nəinki eşitdiklərimə.

Ardı →