Holland mətbəxi

Holland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur. Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var.

Yaşıl siyənəklər
Hollandlılar siyənək, skumbriya, durnabalığı və həmçinin dəniz məhsullardan istifadə edirlər. Çox vaxtı onlar soğanla çiy yeyilən yaşıl siyənək – maatjes haring, bulkaya qoyulan skumbriya -broodje makreel, və həmçinin hisə verilmiş durnabalığından – gerookte paling istifadə edir.Balıq həmçinindaha mürəkkəb əsas yeməklərinin əsasını təşkil edir.

Şimal sadəliyi
Holland mətbəxində balıq və tərəvəzlər çox vacib rol oynayır. Şimal mətbəxinin səciyyəvi xüsusiyyətlərindən biri xörəklərin assortimentinin az olmasıdır. Bu mətbəxin sadəliyi öz başlanğıcını 20-ci əsrin əvvəlində Hollandiyada qızlar üçün evdarlıq məktəbləri (Huishoudschool adlanan) açılandan götürür. Bu məktəblərdə hazırlanan xörəklər sadə idi. İndi onlar Holland mətbəxinin əsasını təşkil edir.
Davamı →