Homoseksual uşaq böyütməmək üçün... Valideynlərin diqqətinə!

Homoseksualizmin kökləri hələ Ziqmund Freyd tərəfindən araşdırılan mövzulardan biri olmuşdur. Onun nəzəriyyəsinə görə, homoseksualizmin yaranma səbəbi ailədən gəlir. Ailədə dominant rolunda guclü və eyni zamanda oğlu hədsiz dərəcədə sevən ana, zəif xarakterli, iradəsiz atanın olması belə nəticəyə gətirib çıxarır. Belə ki, uşaq ailədə kişi davranışı modelini görmür.

Belə hallar atasız böyüyən oğlan uşaqlarında da baş verə bilər. Qadın homoseksualizmi isə təbiətdə baş verməyən haldır və yalnız insan təfəkkürünün məhsuludur.


Davamı →

Homoseksuallıq və siyasət

Siyasi həyatın da kifayət qədər maraqlı aspektləri olur – liberal adlanan millətçilik edir, türkçülər dindən danışır, solçular artıq özü feodal ölkəsinə çevrilmiş rus işğalını arzulayır, dinçilər isə birdəfəlik dəqiq qərar verə bilmir – kino və musiqi haramdır ya yox?
Qısası, cəmiyyətimizdə Aziz Nesinin soyadı haqda yazdığı məşhur əhvalat təkrar olunmaqdadır.
İctimai həyatımızın ilgincliklərindən biri də ondan ibarətdir ki, dünyadakı cinsi azlıqlar, konkret olaraq gaylar dünyagörüşü baxımından əsasən solçu olduğu halda, bizdəki azlıqlar isə əsasən ultra-sağ mövqelidir: onlar addımbaşı millətçilikdən, muğamdan, milli-mənəvi dəyərlərdən bəhs edir, bu nədən belədir görəsən?

Davamı →

Homoseksuallıq və təkamül

Homoseksuallıq bir növün bir fərdinin özüylə eyni cinsiyyətdən bir başqa fərdə qarşı duyğusal və ya cinsi bir cazibə hiss etməsi və ya bu iki fərd arasında cinsi qarşılıqlı təsir yaşanmasıdır. Tarixdə homoseksuallara qarşı çox sərt və çox mərhəmətsiz bir çox proseslər icra edilmiş olmasına baxmayaraq elmin və ictimai qəbulun nisbi olaraq inkişaf etmiş olması sayəsində (bu əleyhdarlıqların hələ bir çox coğrafi bölgədə təsiri hiss edilsə də) getdikcә azalmaqdadır. Bu azalmada elmi anlayışımızın inkişafının təkamülü çox daha yaxşı anlamamızın və təbiətlə bağlı həqiqətləri qavramamızın da az sonra görəcəyimiz kimi çox böyük bir rolu olmuşdur.

Davamı →