Hostinq

Saytların bir serverdə işləməsi üçün lazım olan xidmətə qısaca olaraq Hostinq deyilir. Hostinq internet şəbəkəsində olan bir server haqqında məlumat yerləşdirmək üçün resursları təmin edən bir xidmətdir. Veb saytınız üçün bu xidmət server tərəfindən təşkil olunur.
Özünüzə aid bir veb sayt yaratmaq istəyirsinizsə, əvvəlcə bir domen almalısınız. Daha sonra hazırlanmış olan ya da hazırlanacaq olan veb saytınızın fayllarının (html, php, asp, fotoşəkil faylları və.s) işləyəcəyi bir sahənin olması lazımdır. Hazırlanan veb saytı hostinq sahəsinə yükləyə bilərsiniz.

Davamı →

Saytım harada yerləşsin?

Bu günlərdə hostingimin lap zayı çıxdığından bu mövzuya da toxunmaq fikrinə gəldim. O gün uşaqlar tvitterdə deyir ki, bəs database ilə bağlı problemin var. Hostingimi Rusiyadan götürdüyüm üçün, onlara müraciət etdim. Servis deyir ki, bəs sizin sayt L12 serverində yerləşib, Database`lər isə L13 serverində. L13 ilə hal-hazırda problemimiz var… Bu problemdə artıq 1 həftədirki çəkir… Lap bezdiriblər məni… Bu ilin axrında hostingə ödədiyim vaxt bitdikdə, yeni hostingimi Azərbaycanda götürəcəm. Ona görə elə indidən, gəlin Azərbaycan hostingləri ilə tanış olaq. İlkin olaraq, 5 aktiv hosting haqqında danışaq. Bunlar: ActiveCloud, Adanet, SahilHost, SuperOnline Hosting və Yer.az hostingidir. Bu hostinglərin qiymətləri, təklif etdikləri xidmətlər, servis və digər xüsusiyyətləri ilə yaxından tanış olaq.
Ardı →