Super süni zəka nəyimizə lazımdır?

Bəşəriyyətin humanizmdən post-humanizmə keçidinin labüdlüyü artıq müasir fikir adamlarında şübhə doğurmur.
İnsanın düşünməyə başlayandan müstəsna xüsusiyyəti saydığı şüur artıq bu sakrallığını itirib. İntellektual prosseslərin alqoritmləri artıq bəllidir və bu alqoritmlər əsasında qurulan proqramlaşdırma dillərində süni intellekt modulları yaradılır və uğurla tətbiq edilir. Nəinki gələcəyi, hətta hal-hazırkı həyatımızı belə bu cür Sİ iştiraklı sistemlər olmadan təsəvvür etmək çətin görünür.

Davamı →

İnsana açılan qapı

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda «Nəsimi ili” elan olunmuş, böyük mütəfəkkir şairin anadan olmasının 650 illik yubileyinin keçirilməsi qarşıya vəzifə qoyulmuşdur. Artıq TÜRKSOY da bu misilsiz söz ustadının adını əbədiləşdirmək istiqamətində 2019-cu ili türk dünyasında „Nəsimi ili” elan etmişdir .Ümumiyyətlə, çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində böyük mütəfəkkir şair İmadəddin Nəsiminin (1369-1417) ədəbi mövqeyi özünəməxsusluğu ilə seçilir. Ədəbi və əbədi problemi insan olan ədəbiyyatda daha çox humanist mövqenin işıqlanması, insanın zahiri gözəlliyi ilə bərabər, onun ağlı və kamalına göstərilən bədii münasibət baxımından Nəsiminin əsərləri xüsusi əhəmiyyət qazanır. Onun yaradıcılığında insan təkcə “hüsnü-camal”ı ilə vəsf və tərənnüm olunmur, bütün cəsarəti və ictimai dərki ilə insan „kamal”ı ilə də kamili-mütləq olaraq Tanrıya bərabər təqdim edilir, onun şəninə nəğmələr qoşulur.

Davamı →

Harun Yəhya "Qlobal Masonluq"-Masonluğun hədəfi: humanist dünya qurmaq

Artıq bilirik ki, masonlar humanist fəlsəfəsinə böyük önəm verirlər. Bu fəlsəfə isə Allaha imanı rədd edir və insana sitаyiş etməyi lazım bilir. Amma əsas məsələ bu deyil. Əsаs məsələ ondаn ibаrətdir ki, masonlar bu inamı özləri üçün quraşdırıblar, yoxsa onu bütün insanlara qəbul etdirmək istəyirlər?
Masonluğun mənbələrinə nəzər salanda cavabı açıq-аydın görmək mümkündür: bu təşkilat humanist fəlsəfəni bütün dünyaya yaymaq və nəticədə Ilahi dinləri (Islamı, xristianlığı və hətta yəhudiliyi) tamamilə aradan qaldırmaq niyyətindədir. Məsələn, «Mimar Sinan» jurnаlındа Moiz Berker (Moiz Berker) imzalı müəllif yazır: «Masonluq pislik, yaxşılıq, düzgünlük, ədalət anlayışlarının kökünü fövqəltəbii aləmdə aramır, insanlar arasındakı sosial münasibətlərdən doğduğuna inanır. Və masonluq bu tezisi bütün dünyaya yaymağa çalışır».
ən böyük türk masonlarından biri — Səlami Işındağ isə «Masonluktan Esinlenmeler» adlı kitabında belə yazır:
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Humanist əxlaq nəzəriyyəsi

Humanist əxlaq nəzəriyyəsi


Hazırda bütün dünyada masonlar özlərini cəmiyyətə tanıtmaq və qəbul etdirmək üçün səy göstərirlər. Mətbuat konfransları, internet saytları, hətta qəzet elanları vasitəsilə "əslində sadəcə cəmiyyətin xeyri üçün çalışan" bir təşkilat olduqlarını göstərməyə çalışırlar. Bəzi ölkələrdə masonlar hətta çeşidli xeyriyyə fondları da yaradıblar.


Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Masonluq humanizmi: insana sitаyiş etmə

Masonluq humanizmi: insana sitаyiş etmə


Masonlar öz əbədiyyatlarında humanist fəlsəfələrini və Ilahi dinlərə qarşı çıxmalarını təfsilаtı ilə izаh edirlər. Onların nəşrlərində bu mövzu ilə bаğlı xeyli açıqlama, izah, şərh və simvollar var. Artıq dediyimiz kimi, humanizm insanın Yaradıcısı olan Allaha arxa çevirməsi və özünü kainatın "ən uca varlığı" kimi görməsidir. Bu, əslində elə insana etiqaddır. Həmin ağılsız inanc XIV və XV əsrlərin kabbalist humanistlərindən günümüzün masonlarına qədər davam etdirilir.


Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Humanizmin kabbalistik mənşəyi

Kabbalanın Allahın Israil oğullarına göndərdiyi haqq dinin içinə girən, onu dəyişdirən, köklərinin isə Qədim Misirə gedib çıxan bir təlim olduğunu artıq bilirik. Onu da bilirik ki, bu təlimin əsasında insanın Allah tərəfindən yaradılmamış, əzəldən mövcud olan varlıq olması fikri dayanır. Avropa humanizmi də bu məndəndə qaynaqlаnır. Xristianlıqda Allahın varlığına və bütün insanların Onun aciz bəndələri olduğuna inam əsas yeri tutur. Amma tampliyerlərin əli ilə Avropaya yayılan Kabbala əksər fikir adamlarını öz təsiri altına almışdı. Beləcə, XV əsrdən bаşlаyаrаq Avropa fikir dünyasına «humanizm» dünyаgörüşü nüfuz etməyə başladı. 
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Humanizmin Pərdəarxası

Çoxları humanizm anlayışını «insan sevgisi», «barış», «dostluq», «qardaşlıq» kimi başa düşür. Ancaq fəlsəfi baxımdan humanizmin daha vacib bir mənası var: Humanizm — «insanlıq» anlayışını insanların yeganə məqsədinə çevirən bir düşüncədir. Başqa sözlə desək, insanı Yaradıcısı olan Allahdan üz çevirməyə, sadəcə öz varlığı və şəxsiyyəti ilə maraqlanmağa çağırır. Bu sözün Qərb dillərindəki mənası həmin anlamı daha qabarıq verir — məsələn, Ingilis lüğətlərində «Humanizm» kəlməsi belə açıqlanır: "ən yüksək dəyər, xarakter və davranışların hansısa fövqəltəbii qüvvədə deyil, insanda olduğuna inanan düşüncə sistemi".
Humanizmin ən açıq tərifini isə bu fəlsəfəyə inananlar veriblər. Müasir dövrün tanınmış humanist yazarlarından sаyılаn Korliss Lamont (Corliss Lamont) «The Philosophy of Humanism» (Humanizm Fəlsəfəsi) adlı kitabında belə yazır:
Ardı →

VII iddia

VII Iddia:
«Islamda humanizm yоxdur. Quranda cinayət və günaha qarşılıq qisas cəza оlaraq göstərilir. Bağışlanma yоxdur, yalnız cəzalandırma vardır. Etik və mənəvi yöndən Islam xristianlıqdan geri qalır, оnun səviyyəsin çıxa bilmir. Islamda insanlar Allahdan mərhəmət gözləmirlər. Çünki qurtulacaqlarından əmin deyillər».


Cavab:


Ardı →