Həyat çox qəribədir

HƏYAT ÇOX QƏRİBƏDİR-hörmətə layiq olanlar ayaq altında tapdanarkən,layiq olmayanlar əl üstündə saxlanılır.
HƏYAT ÇOX QƏRİBƏDİR-vicdansızlar çoxaldıqca,vicdanlılar ortada əzilir.
HƏYAT ÇOX QƏRİBƏDİR-ədalətsizliyin baş alib getdiyini bilə-bilə hamı susur…
Ardı →

Həyat sevgisi

Edamqabağı hakim məhkumdan soruşur:
-Sənin yaşamaq üçün səbəbin varmı?
Məhkum:
-Bəli. Səbəb özüməm.
Hakim:
-Bunu necə başa düşək?
Məhkum:
-Çünki məndə bir həyat yaşayır.
Hakim:
-Elə isə niyə günahsızı qətlə yetirdin?
Məhkum:
-Onda içimdəki həyat sevgisini anlamamışdım.    
Davamı →

Həyat nədir???

Həyat — ŞANSDIR -istifadə et
Həyat — GÖZƏLLİKDİR — zövq al
Həyat — SEVİNCDİR — qəbul et
Həyat — ARZUDUR- həyata keçir
Həyat — ÇAĞIRIŞDIR — cavab ver
Həyat — MƏCBURİYYƏTDİR — yerinə yetir
Həyat — YOLDUR- keç
Həyat — OYUNDUR — oyna
Həyat — VAR-DÖVLƏTDİR — qoru
Həyat — SEVGİDİR — həzz all
Həyat — SİRRDİR — aç
Həyat — VERİLMİŞ SÖZDÜR — üstündə  dur
Həyat — AĞRIDIR — qalib gəl
Həyat — NƏĞMƏDİR — oxu
Həyat — MÜBARİZƏDİR- qələbə qazan
Həyat — FACİƏDİR- buna hazır ol
Həyat — MACƏRADIR — sına
Həyat — HƏYATDIR — yaşa
Həyat — XOŞBƏXTLİKDİR — əldən vermə!!! VƏ NƏ OLAR ONU BOŞ-BOŞUNA HƏDƏRƏ SƏRF ETMƏ…
Davamı →

Özünü Tanı

Bir meşədə iki adam ağac kəsirmiş. Birinci adam səhərlər erkəndən qalxır ağac kəsməyə başlayırmış.
Bir ağac aşarkən dərhal digərinə keçirmiş.Gün boyu nə istirahət edir nə də günorta yeməyi üçün özünə vaxt ayırırmış.Axşamları da yoldaşından bir neçə saat sonra ağac kəsməyi buraxırmış.İkinci adam isə arada bir istirahət edir və hava qaralmağa başladığında evə dönürmüş.Bir həftə boyunca bu tempdə çalışdıqdan sonra nə qədər ağac kəsdiklərini saymağa başlamışlar.


Nəticə: İkinci adam çox daha çox ağac kəsmiş. Birinci adam hirslənmiş :«Bu necə ola bilər? Mən daha çox çalışdım. Səndən daha erkən işə başladım səndən daha gec bitirdim. Amma sən daha çox ağac kəsdin.Bu işin sirri nə?»


İkinci adam üzündə təbəssümlə cavab vermiş :«Ortada bir sirr yox. Sən dayanmadan çalışarkən mən arada bir istirahət edib baltamı itiləyirdim. İti baltayla daha az səylə daha çox ağac kəsilər „


Özümüzə zaman ayırıb həyatımızı obyektiv bir baxışla nəzərdən keçirməliyik. Zəif tapdığımız sahələrimizi inkişaf etdirmək üçün səy göstərməliyik. Bu zehinimizin ruhumuzun xarakterimizin güclənməsi üçün olmazsa olmaz bir şərtdir. Delfidəki məşhur məbəddə Sokratesin bu sözü yazılıb:»İnsan: Özünü Tanı"
Özünü tanımaq bu anda olduğumuz nöqtəylə olmaq istədiyimiz nöqtə
arasındakı yoldur. Özünü tanımaq özümüzü necə gördüyümüz ilə
başqalarının bizi necə gördüyü arasında bucaq olmaması mənasını verər.
Fərdi və iş həyatımızda müvəffəqiyyətli xoşbəxt və  olmaqın istəyiriksə özümüzə zaman ayırmalıyıq...


Davamı →

Həyat sonsuzdur, necəki zaman sonsuzdur

Adını və onun haqqında hər şeyin gizli saxlanılmasını istəyən çox yaxın bir dostumdan...

Hava çox soyuqdur ancaq şaxta adama çox təsir edə bilmir, pəncərədən baxanda yalnız azacıq işıldayan qar və qonşu pəncərəsində zəifcə yanan işıq görünür, səssizlik bütün şəhəri bürüyüb. Bilmirəm insanlar hardadır, çoxları bayrama hazırlaşır, axı burda hər şey fərqlidir. Saat təzəcə altını göstərir ancaq elə bil gecəyarıdır. Budur göüdüyüm son işıq da söndü, yəqinki harasa gedirlər. Düz bir il bundan qabaq hər şey daha fərqli idi, hər şey daha maraqlə və mənalə idi, indi bir az çətindir evvəlki kimi yaşanan hər gündən həzz almaq. Artıq dostlarımdan burda demək olar ki, heç kim qalmayıb, bir yandan hər çeydən uzarda yaşamaq və təkliklə mübarizə aparmaq, bir tərəfdən də üzərimə düşən böyük məsuliyyəti yerinə yetirmək təşvişi adamı lap sonsuzluğa aparır.

Ardı →

Aşağı baxma...

Həyat bir yoldur...

Müxtəlif qapılarla zəngin bir yol. Hər qapı bir görüşdür. Sən öz qapını açırsan və bunun qarşılığında da bir qapı açılır, orada isə-sənin taleyin, sevgin, dostluğun, karyeran və ümumiyyətlə arzuladığın hər şey.

Ardı →

Həyat və karandaş

Uşaq babasının məktub yazmağına tamaşa edirdi.
Birdən məsum bir ifadə ilə: “Yoxsa mənim haqqımda yazırsan?” — deyə soruşdu. Babası bir anlıq əlini saxladı, əvvəlcə, gülümsədi, sonra isə dedi: “Doğrudur, sənin haqqında yazıram. Ancaq əlimdə tutduğum bu karandaş yazdığım o sözlərdən daha əhəmiyyətlidir. İnanıram ki, böyüyəndə sən də bu karandaşı çox sevəcəksən”...
Uşaq karandaşa diqqətlə baxdı. Ancaq onda qeyri-adi bir şey görmədi. Odur ki: “Axı bu karandaşın başqa karandaşlardan heç bir fərqi yoxdur”, — dedi. “Əslində bu sənin o karandaşa necə baxmağından asılıdır”, — babası cavab verdi, — “Bu qələmin beş xüsusiyyəti var və sən bu xüsusiyyətləri bilsən, həyatda çox yaxşı bir insan olarsan...
Birinci xüsusiyyət: çox gözəl işlər görə bilərsən. Ancaq atdığın hər addıma istiqamət verən “bir əl” olduğunu unutmamalısan. Bizim üçün bu “əl” Allahdır və həmişə öz qüdrəti ilə bizə istiqamət verir...
İkinci xüsusiyyət: nə yazıramsa-yazım, arabir dayanmalı və karandaşımın ucunu yonmalıyam. Bu, karandaşı bir az “incitsə də”, nəticədə, daha yaxşı yazmasına kömək edir. Ona görə də acılara sinə gərməyi öyrənməlisən. Çünki nə qədər acı çəksən, bir o qədər güclü olarsan...
Üçüncü xüsusiyyət: karandaşla yazanda səhv etməkdən qorxmursan. Çünki nə qədər səhv etsən də, onu düzəldə biləcəyini bilirsən. Sən də bil ki, əgər bir səhv ediriksə, onu sonradan düzəltmək heç də pis şey deyil. Əksinə, bu bizi ədalətli olmağa sövq edir...
Dördüncü xüsusiyyət: karandaşın əsas hissəsi üstündəki taxta deyil, içindəki yazan maddədir. Ona görə sən də həmişə öz içinə baxmalı, ən çox onu qorumalısan...
Beşinci və son xüsusiyyəti: karandaşın iz qoymasıdır. Onun kimi, sən də həyatda gördüyün hər işin bir iz qoyacağını bilməli və hər addımını ona görə atmalısan...”

Mənbə: «Ailəm» jurnalı

Davamı →