Alkoqol – qədərində içmək bacarığı və genlər

Alkoqol asılılığı necə formalaşır və spirtə qarşı həssaslığın səbəbləri nədir?
Alkoqolizm – ən geniş yayılmış asılılıqlardan biridir. Qədərində istifadə edilən alkoqolun sağlamlığa faydalı olduğu mifdir.
Epidemioloji araşdırmalar göstərir ki, alkoqoldan qədərində istifadə edən (həftədə 50-100 qramdan az təmiz spirt) insanlar, həqiqətən, daha sağlam olurlar, təkcə daha çox içənlərlə yox, həmçinin qətiyyən dilinə vurmayanlarla müqayisədə də daha uzun yaşayırlar. O cümlədən, alkoqoldan qədərində istifadə edənlərin stress səviyyəsi aşağı, təhsil, gəlir, fiziki aktivlik səviyyəsi yuxarı olur. Onlar daha çox meyvə-tərəvəz yeyirlər, ümumiyyətlə, daha sağlam həyat tərzi keçirirlər. Lakin alkoqoldan qədərində istifadə sadəcə sosial rifahın əlaməti, ayıq adamların pis səhhəti isə – onların niyə içmədiklərinin səbəbi ola bilər. O ki qaldı şərabın tərkibində olan faydalı maddələrə, onlar elə meyvə şirələrində də var.
Alkoqol asılılığının bir neçə tipləri mövcuddur.

Davamı →

“Poxmel” olanlar oxusun

Bayram gecəsi, yaxud qonaqlıqda, əyləncədə çoxlu spirtli içki qəbulundan sonra səhərlər özünə gəlmək çətindir. “Poxmel” insan sanki bütün gününü boşuna sərf etmiş olur. Başı ağırıyır, halsız olur, özünü pis hiss edir. Əgər siz də “poxmel”dən ayıla bilməmisinizsə, bu tövsiyələrə əməl edin.
 
— Baş ağrısını, bədəndəki ağırlığı və yorğunluğu götürmək üçün az duzlu sodalı ayran içə bilərsiniz. Böyük bir stəkanın yarısını az duzlu ayran, yarısını mədən sodası ilə doldurun və yavaş-yavaş qarışdırın. Bədəndəki mineral itkisinin qarşısını bu şəkildə ala və özünüzü daha gümrah hiss edə bilərsiniz.
Davamı →