Qəhvə haqqında bilmədikləriniz

Qəhvə kofe adlanan ağacın meyvələrindən müxtəlif proseslər nəticəsində toxumlarının ayrılaraq bölgədən bölgəyə fərqli dəmləmə üsulları ilə hazırlanaraq əldə edilən bir içki növüdür. ABŞ Beynəlxalq Qəhvə Assosiasiyasına (NCA) görə, dünya üzrə qəhvə meyvələrinin yalnız 5 faizində toxum tək və lobya dənəsinə bənzər olur. İspaniyada belə qəhvə dənələrinə «balaca ilbiz» deyilir. Bu növ qəhvə dənələrinin emalını maşın yox, insanlar həyata keçirir. Bu növ qəhvənin incə dadı və güclü ətiri olur. Döyülməmiş qəhvə dənələri əslində qəhvə meyvəsinin toxumlarıdır. Qəhvə meyvəsində adətən bir üzü yastı olan iki toxum olur. Bu meyvələrin toxumları müxtəlif proseslərdən sonra suda dəmlənərək istehlak edilir. Hər bir ölkənin mədəni damaq vərdişlərinə uyğun olaraq yaratdığı özünəməxsus içkiləri olsa da, qəhvə onlardan fərqli olaraq yer üzündəki insanların əksəriyyətinin həyatına daxil olmağı bacarıb. Hər bir cəmiyyət qəhvəyə özlərinə görə mənalar aid etmişdir; Özünə xas tərzdə qovurub, dəmlənib və təqdim olunmuşdur. Yarandığı gündən bəri saysız-hesabsız insanların dolanışıq mənbəyi olmuş, böyüdüyü bölgənin iqtisadiyyatını formalaşdırmışdır. Bu gün də dəyərini artıraraq insanların təqdirini qazanmağa və dayanmadan dünyanın hər nöqtəsinə çatmağa davam edir. Bu səbəbdən də dünyada neftdən sonra ən çox satılan məhsul olma xüsusiyyətini hələ də qoruyub saxlayır. Bölgələrinə, mallarına və maddi-mənəvi mənalarına ad verdiyi qəhvəni əvvəldən gəldiyi nöqtəyə qədər təsvir etmək mümkün olmasa da, sizə cavab verəcək şəkildə izah etdik. Kofenin istehsalından tutmuş təqdimatına qədər hər sualınız üçün internetdə yayımlanan ən uzun qəhvə məqaləsini sizin üçün hazırladıq.


Davamı →

Məşhur içki Coca-Colanın tarixçəsi

Əsas ixtisası kimya olan 19 yaşlı bir gənc, 1850-ci ildə Corciya əyalətində tibb işçisi olaraq müstəqil həyata başlayır. Tibb və cərrahiyyə işlərinin ardınca Kolumbusda özünə bir aptek açır.
Amerikan vətəndaş müharibəsinin məşhur döyüşlərindən olan Kolumbus döyüşündə Konfederasiya ordusunun leytenantı olaraq iştirak edir və döyüş zamanı sinəsindən qılınc yarası alır.
Davamı →

Qanı qatılaşdıran içkilər

1. Şirin qazlı içkilər
Fruktoza, saxaroza, aspartam qanı qatılaşdırır.

2. Qəhvə
Sidikqovucu olduğu üçün suyu orqanizmdən qovur və qan qatılaşır.
 
3. Tünd qara çay
Qanın tərkibinə müsbət təsir etmir, çay içənlər su qəbul etmir ki, bu da orqanizmdə maye qıtlığı yaradıb, qanın sürətini və miqdarını da azaldır.
Davamı →

Tərxun limonadı

Tərkibi:
70 qr təzə tərxun
4 limon — 150 qr şəkər tozu
1,5 l qazlı su
200 qr qazsız su

Hazırlanması:
Tərxunun yarpaqları xırda doğranılır (gövdələrdən istifadə etmirik).
200 ml adi suda şəkər tozu əridilir, doğranmış tərxun əlavə olunur, vam odda qaynara düşənə qədər saxlanılır, oddan götürülür və 3-4 saat dəmlənilir.
 Dəmləməni blenderlə qarışdırın, sonra yaxşı süzün.
Limonların şirəsini sıxın.
Davamı →

Qırmızı alça şərbəti

Tərkibi:
4 stəkan su
5 qərənfil
1 stəkan şəkər tozu
1 darçın çubuğu
250 q qırmızı alça.

Hazırlanması:
Suyu bir qazana qoyub qaydadın.
Qaynayana yaxın şəkəri, qərənfili və darçını əlavə edin.
Şəkər əriyəndə yaxşıca doğradığınız alçaları əlavə edin.
Davamı →

Kvas

Kvas zəif alkohollu içkilərdəndir. O südün və ya çörəyin qıcqırdılması yolu ilə əldə olunur. Kvası ilk dəfə slavyan xalqları hazırlayıb. O beynəlxalq standartlara görə pivə növlərinə daxil edilib. Bəzi ölkələrdə kvas gündəlik istifadə edilə bilən adi içkilərdən hesab olunur.

Kvas yetərincə qədim içkidir. Ondan bizim eradan əvvəl 3000 il əvəllər də istifadə edilmişdir. Onun hazırlanması və istifadəsi barədə Herodot və Hippokratın əlyazmalarında qeydlərə rast gəlinib. İndi kvasın 500-dən çox növü var. Bu içkidən xəstəxanalarda, lazaretlərdə əməliyyyatlardan sonra gücün bərpası üçün və həzmin normallaşması məqsədilə istifadə edilib.
Davamı →

Likör

Likör meyvə tərkibli, şirin alkohollu içkidir. O 16-50* sərtlikdə və meyvə dadına malik olur. Likörün ilk dəfə nə zaman meydana gəldiyi məlum deyil. İlk likörün Fekam şəhərində bir monarx tərəfindən hazırlanması barədə söyləntilər var. Likörün tərkibində az miqdara spirt və meyvə dadının olmasına görə o yarandığı dövrdən uzun illər aristoktarların içkisi olub.

Likörün müxtəlif cür hazırlanma texnologiyası var
* Bitki tərkibli spirt və ya brendi bir neçə ay dincəlməyə qoyulur.
* Sitrus meyvə və ya giləmeyvədən əldə edilmiş içki filtirasiyadan keçirilir.
* Spirt tərkibli sirop hazırlanır, tərkibinə şəkər tozu əlavə edilir. Şəkər tozunun çox olması likörün çox şirin olmasına səbəb olur.
* Meyvə siropu və spirtli qarışım eyni qabda qarışdırırlır, filtirasiya edilir və şüşələrə doldurulur.
Davamı →

Benediktin

Benediktin (fr. Benedictine – müqəddəs) 27 növ ot bitkisi, bal qarışımından hazırlanan spirtli içkidir. Benediktin 40-45 dərəcə tündlükdə olur və likörə bənzəyir.

İlk dəfə benedikt içkisini 1510-cu ildə Fransanın Fekamp şəhərində müqəddəs Benedikt monastırında hazırlanıb. Onu monarx Don Bernardo Vinçelli hazırlayıb. Onun hazırladığI içkinin tərkibində 75 növ ot bitkisi olub. Bu barədə məlumatlar saxlanılsa da bitki adlarının siyahısı yoxdur. Sonralar 1863-cü ildə üzüm ticarəti ilə məşğul olan Aleksandr Leqran yenidən bu içkinin hazırlanması və satışı ilə məşğul olmağa başlayıb. Bu zaman içkinin adını Leqran adlandırıb. Bu içkinin yenidən istehsalına başladığı üçün ona Deo Optimo Maximo ordeni veriblər.

Benedikt içkisi qızılı rəngdə, şirin və bitki ətrini xatırladan dada malik olur.Onu buz və ya müxtəlif kokteyllər əlavə edərək içirlər.
Davamı →

Martini

MartiniMartini 16-18* tündlükdə olan spirtdən və bitkilərdən hazırlanmış tinkturadır. Martininin tərkibində 35-dən çox bitki var. Bu bitkilərin siyahısında nanə, solmazçiçək, zəncirotu, çobanyastığı, keşniş toxumu, zəncəfil, darçın, yovşan, boymədəran və s. var. Martininin hazırlanması zamanı bitkilərin həm çiçəklərindən, həm də toxumlarından istifadə edilir. İlk dəfə martini 1863-cü ildə İtaliyanın Turin şəhərində hazırlanıb. Martini il dəfə Martini Rossi zavodu hazırlayıb. Onun unikal tərkibi isə qısa bir zamanda bu içkinin məşhurlaşmasına səbəb olub.

Martininin bir neçə növü var
* Rosso – ağ rəngdə olan martinidir. O 1863-cü ildən ixrac edilir. Onun karamel rəngini xatırladan rəngi, tünd dadı və güclü ətri var. Adətən onu limon, şirə və buzla bərabər qəbul edirlər.

* Bianko –ağ rəngli martınıdır. Biasko 1910-cu ildən istehsal edilməyə başlanılıb. Onun açıq sarı rəngi, şəffaf olmayan görüntüsü, xoş ətri olur. Bu martinini buz və ya qazlı su ilə durulaşdıraraq və ya limonadla birlikdə içirlər. Rosato — çəhrayı rəngdə olur və 1980-ci ildən istehsal edilir. Bu şərab qırmızı və ağ martinini qarışdırmaqla əldə edilir.
Davamı →