Gələcəkdə iş: hansı bacarıqlara yiyələnmək lazımdır?

Gələcəyin işi daha çox avtomatlaşdırma ilə bağlı olacağı artıq hər kəsə məlumdur. Hələki aktual olan monoton iş, gələcəkdə maşınların və robotların səlahiyyətinə veriləcək. Amerika futuroloqu olan Michio Kaku qeyd edib ki, yaxın gələcəkdə insanlarla ünsiyyət qurma bacarığı, inkişaf etmiş təsəvvür kimi keyfiyyətlər yüksək qiymətləndiriləcək. Eyni zamanda, aşağıda göstərilmiş bacarıqlarda önəm kəsb edəcək:

Müştəri yönümlü olmaq
Əmtəə və xidmət istehsalı günü gündən inkişaf edir, nəticədə rəqabət də intensivləşir. Bu səbəbdən, konkret bir əmtəəyə ehtiyacı olan müştərilərin axtarışı əsas istiqamətlərdən biri olacaq. İşəgötürənlər bu sahədə bacarıqlı olan işçini böyük həvəslə işə götürərlər.

Prosesləri və layihələri idarə etmək bacarığı
Yaxın gələcəkdə, proseslərin və layihələrin idarə olunması, özündə liderlik keyfiyyətlərini inkişaf etdirmiş insanlara həvalə ediləcək.
Davamı →