İşin yoxsa mənəviyyatın?

 

Peşə psixologiyası ilə yaşamaq insana heç də xoşbəxtlik gətirmir. Bu psixogiyadan qurtulmaq lazımdır. Çünki bu, insanların həyatda itirənlərdən olmasına səbəb olur.

Düşüncələr fərqli ola bilər, xarakterlər də həmçinin. Lakin hədəflər hər zaman eynidir və ya oxşardır. Yaşadığımız cəmiyyətdə hər xarakterdə, hər düşüncədə insana rast gəlmək olur. Bu insanların hədəfləri isə demək olar ki, eynidir: yaxşı ali təhsil, karyera, gözəl ailə həyatı, özünə cəmiyyət içində hörmət qazanmaq və s. Bunların hər biri çox gözəl hədəflərdir. Lakin yanlış olan odur ki, insanların bu hədəfləri onların psixologiyalarının mənfi mənada formalaşmasına təsir edir. Məsələn, hədəfləri gözəl ailə həyatı qurmaq olan insanlar həddindən artıq həssas psixologiyada olurlar. Ya da karyera hədəfində olanlar qəribə peşə psixologiyasını mənimsəyirlər. Elə bu yazımda da peşə psixologiyasından bəhs etmək istəyirəm. Əlbəttə ki, karyera hədəfində olan bütün insanlara burda yazdıqlarım aid deyil. Amma bəzi insanlar var ki, iş həyatları, peşələri ilə şəxsiyyət qazanacaqlarını zənn edirlər. Elə buna görə də sahib olduqları peşələrinə uyğun xarakterləri mənimsəyirlər. Yəni ki, peşələrinə uyğun obrazlara bürünürlər. Hər zamanki rəftarlarını iş yerində göstərmirlər.


Ardı →