İş və rutin – necə əldən düşməməli?

Bir də görürsən işlər qarışıb bir-birinə. Heç nəyə vaxt çatdırmaq olmur. Arada sənə elə gəlir ki, bir neçə gün ertələsən öz-özünə düzələcək, amma elə də olmur. İşlər daha da üst-üstə gəlir. Getdikcə təkcə işlər yox, həm də stres artmağa başlayır, konsentrasiya ola bilmirsən. Əlini atırsan bir işə, o əsnada başqa bir iş də girir araya, bilmirsən hansından başlayıb hansında bitirəsən. Gün bitir, bir də görürsən ki, hərəsindən bir az-bir az və sonda ciddi bir iş görməmisən.

Davamı →

İşdəki xarici müdirlər

Bizim kimi ölkələrdə çox tez-tez olur belə şeylər. Baxırsan, öz gücünə böyüyən bir şirkətdir. Bir müddət sonra nəyəsə görə qərara gəlir ki, mütləq ekspat gətirib işlətmək lazımdır. Biri var işdə xarici kimisə mütəxəssis kimi işlətmək, biri də var  xaricdən müdir gətirmək. Bu ikisi fərqli şeylərdir. Mütəxəssis kimi gətirilən xaricilər daha adekvat olur, nəinki xarici müdirlər. Səbəbləri haqqında daha detallı yazacam, səbrli olun. Bu yazıda mən Sizə Azərbaycan şirkətlərində çalışan xarici müdirlərin mənfi cəhətlərindən danışacam. Ənənəmə sadiq qalaraq professional keyfiyyətləri ilə işlədiyi yerə əlavə dəyər qatan ekspatlara isə minnətdarlığımı bitirirəm. Təbii ki, heç nə hamıya şamil edilə bilməz. Mən isə mütləq çoxluqdan yazacam.

Davamı →

İş yerində cəsarət

Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki, bəs, sənin müdirə sözün keçir, sən yaxşısan, bizim bir məsələ var onu iclasda qaldırmaq lazımdır. Çox sonra başa düşdüm ki, işə gələn yeni işçini yem kimi qabağa atmaq istəmişdilər. Amma bəxtlərindən o hadisədən sonra da həmişə belə “söhbətlər” mənlik oldu.

Davamı →

Köhnə iş yerinə qayıtmağın üstünlükləri

Yeni bir işin köhnəsi ilə dəyişdirilməsi elə də pis fikir deyil. Nə vaxtsa öz istəyinizlə tərk etdiyiniz ofisdə sizi, bəlkə də, xoş sürprizlər gözləyir.
Təsəvvür edin ki, günlərin bir günü cəsarətinizi toplayıb müdirə işdən ayrıldığınızı söyləmisiniz. İki həftə o qədər də intensiv olmayan, lakin əmək qanunvericiliyində nəzərdə tutulmuş işlərdən sonra çoxdan gözlədiyiniz azadlığa qovuşmusunuz. Daha sonra yenidən iş tapmısınız. Sonra o işi də başqasına dəyişmisiniz, vəzifədə yüksəlib stresə və gündəlik işlərə qərq olmusunuz. Və nəhayət, bir gün illər əvvəl tərk etdiyiniz iş yeri yadınıza düşüb və onu tərk etdiyiniz üçün peşman olmusunuz.

Davamı →

Xəyallarınızdakı işi necə tapa bilərsiniz?

«Ürəyinizcə olan işi tapın, onda siz həyatınız boyu işləməli olmayacaqsınız»— Konfutsinin aforizmi günümüzün devizinə çevrilib. Bəs hansı işi sevəcəyimiz barədə zərrə qədər təsəvvürümüz yoxdursa, nə edək? Biznes-jurnalist Rebekka Bern-Kallander uğurlu insanların tətbiq edərək bəhrəsini gördüyü 7 bəsit məşğələni təqdim edir.
Bu problemlə universiteti yeni bitirmiş və öz yolunu seçmək istəyən gənclər də rastlaşır, karyerası durğunluq dövrünü keçirən mütəxəsssislər də.
Davamı →

CV-də yazmayacağınız 6 şey

Hədəflədiyiniz işi almaq üçün CV-dəki məlumatlar çox vacibdir. CV-yə daxil edilməməsi lazım olan məlumatlar iş axtarışı prosesinə birbaşa təsir edə bilər. CV hazırlamaq karyeranız üçün atacağınız ilk və ən vacib addımlardan biridir. Düzgün hazırlanmış CV bir çox qapını aça bilər. Ancaq hazırlıqsızlıq, səhvlər və lazımsız məlumatlar iş tapmaq prosesini uzadır və istənilən mövqeyə çatmağının qarşısını alır.

Davamı →

Bir neçə iş təklifi alsanız nə edəcəksiniz?

İş axtarmaq olduqca stressli bir proses olsa da, bəzən işlər çox yaxşı gedə bilər və siz eyni anda birdən çox iş təklifi ala bilərsiz. Belə, bir vəziyyətdə qərar vermək çox çətindir, ancaq ən yaxşı seçim etmək əlinizdədir.
Eyni anda, birdən çox iş təklifi almaq ilk növbədə həyəcanlı olsa da, bir müddətdən sonra bu duyğu qərarsızlığa çevrilir. Ekspertlər bir çox iş təklifi almağın yaratdığı stressin öhtəsindən gəlmək üçün təhlil edib müqayisə aparmağınızı məsləhət görür.
Davamı →

İş axtararkən motivasiyanı yüksək tutmağın yolları

Iİş axtarışı çətin bir prosesdir. Bu prosesi yaşayacaq və sona çatdıracaq yeganə şəxs insanın özüdür. Aylarla davam edən iş axtarışı prosesi əhvalının pozulmasına və imtina etməyinə səbəb ola bilər. Ancaq dediyiniz kimi, bu çətin prosesi idarə edəcək şəxs sizsiniz. İş axtarışı prosesində həyatınızı bu mərkəzdə planlaşdırmaq işinizi asanlaşdıracaq.

Davamı →

İş müsahibəsində uğur üçün məsləhətlər

İş müsahibəsi üçün bir az hazırlıq, müvəffəqiyyət şansını gözlədiyinizdən daha çox artıra bilər. Müsahibədə nə etməli olduğunuzu və nə etməli olmadığınızı bilsəz, müsahibə yağ kimi keçəcək. Bu işi bilənlərin diqqət yetirdiyi 35 məsləhəti sizin üçün hazırladıq.
Müsahibənin gedişatını müsbət və təsirli etmək düşünüldüyü kimi çətin deyil. İşin sirri əsas şeyləri bilməkdir.

Davamı →