Valideynin səhvi

Bir ailənin tək övladı var imiş. Bu çox nadinc olur. Bir gün bu uşaq əlində qayçı başlayır evdəki divan dəstini parçalamağa. Evə gəldikdə atası bunu görür çox qəzəblənir və qəzəbindən uşağa cəza vermək üçün onun əllərini stola çox sıx şəkildə bağlayır. Səhərə qədər uşağın əlləri o şəkildə qalır və onun əlləri qanqren olur. Xəstəxanaya aparılan uşağın əllərini Həkimlər kəsmək məcburiyyətində qalırlar. Evə buraxıldıqdan sonra üstündən bir müddət keçir. Ata bir gün gecə evə gələndə onu gözləyən uşağını görür.Uşaq atasına deyir Ata bax bu gün nadinclik etməmişəm ƏLLƏRİMİ QAYTARDA......

Davamı →

Son anda

Qiyamət qopmuşdu. Böyük izdiham vardı. Hər tərəf insanla dolu idi. Kimi çaşıb-qalmış, hərəkətsiz halda ətrafına baxır, kimi sağa-sola qaçır, kimisi də diz çöküb əlləri ilə başını tutaraq gözləyirdi. Ürəyi az qala yerindən qopacaqdı.Bədənini buz kimi soyuq tər basmışdı. Həyatda ikən qiyamət,sorğu-sual,misan-tərəzi haqqında çox eşitmişdi. Amma məhşər meydanındakı ürpərti ,qorxu və intizarın bu qədər dəhşətli olacağını hrç düşünməmişdi. Hər kəs öz növbəsini gözləyirdi: vaxtı çatan hesab verməyə çağrılırdı.
Ardı →

Bir-birindən maraqlı hekayələr

Həyatınıza yön verəcək ibrətli hekayələr.


Hökümdarın başmağı
Belə rəvayət edirlər ki, böyük bir məmləkətə başçılıq edən bir hökümdar var imiş. Bir gün hökümdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxısın. Belə də edir. Məmləkətini qarışbaqarış gəzir. Geri qayıtdıqdan sonra  görür ki, daş-qalaqlı yolda gəzməkdən ayağı şişib.


Ardı →

İnsanlıq dərsi

Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinifə bir qaş-qabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə löhvəyə «1» rəqəmi yazır.
«Baxın» — deyir: «Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey.»
Ardı →

İbrətli kəlamlar

*Nə qədər pisdir insanın təsəllini içkidə siqaretdə axtarması...Çoxmu çətindirəlini səmaya qaldırıb ALLAH`a yalvarması...


*Yalanla bataqlıq arasında heç bir fərq yoxdur. İkisi də dibə doğru çəkər !


*Şüşə qırıqları kimidir bəzən sözlər, Ağzına dollar insanın...Sussan; ağrıdar...Danışsan; qanadar...



Ardı →

Təmiz pəncərə

Yeni ailə qurmuş cütlük, yeni bir məhəllədəki yeni evlərinə köçdülər. Səhər yeməyi yeyərkən, qonşu da paltarları asırdı. Qadın ərinə «Bax, paltarları təmiz deyil, paltar yumağı bilmir, bəlkə də doğru sabundan istifadə etmir.» deyir. Əri ona baxır, lakin heç bir söz söyləmir yeməyinə davam edir.
Qadın, qonşusunun paltar asdığını gördüyü hər səhər eyni sözləri təkrar edir yoldaşına.
Bir ay sonra bir səhər, qonşusunun paltarlarının tərtəmiz olduğunu görən qadın cox təəccüblə «Bax paltar yumağı öyrəndi sonda, kim öyrətdi görəsən?»
'Mən bu səhər bir az tez oyanıb pəncərəmizi sildim' deyə cavab verdi əri..

Həyatda da belə deyildirmi?
Başqalarını izləyərkən gördüklərimiz, baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır. Birini mühakimə etməzdən əvvəl öz vəziyyətimizə baxmaq və 'yaxşı' olanı görməyə hazır olub olmadığımızın fərqinə varmaq gözəl bir fikir ola bilər ...
Pəncərələrimizi təmiz tuta bilmək diləyi ilə.


Davamı →