İbtidai dövrün mədəniyyəti

Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir.

Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və tədqiqat nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) qədim keçmişi öyrənmək üçün son dərəcə əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir. Bu abidələr vasitəsilə qədim insanların yaşayış tərzi, istifadə etdikləri əmək alətləri, adət-ənənələri, dini görüşləri haqqında məlumatlar əldə edilir, onların davranış və məişət həyatı, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan öyrənilir və tədqiqat obyektinə çevrilir.


Davamı →

İbtidai icma dövrü mədəniyyəti

Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər.
Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi mərhələlərə bölünür. Daş dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz növbəsində üç dövrə: aşağı, orta və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz olunur ki, sonuncu b.e.ə. III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə. I minilliyin əvvəli) dəmir dövrü başlanır.
İbtidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o, minillər ərzində öz dolanışığını üç yolla: yığıcılıq, ovçuluq və balıqçılıqla təmin etmişdir.


Ardı →

Ən qədim dövrdə mədəniyyət və din

Təqribən e.ə. 30-cu minillikdə ibtidai incəsənət meydana gəlmişdi. İncəsənətin yaranması insanların gündəlik həyatı ilə bağlı idi. «Ağıllı insan» buynuzdan kiçik heykəllər düzəldir, sümük üzərində təsvirlər cızır, təbiətdən əldə etdikləri boyalarla mağara divarlarında rəsmlər çəkirdilər. Belə təsviri sənət nümunələri İspaniyada Altamira, Uralda Kap mağaralarının divarlarında aşkar olunmuşdur. Bu təsvirlərdə bizonların bir qismi sakit duran, digər qismi düşmən üzərinə atılan vəziyyətində verilmişdir. Sonralar dünyanın digər müxtəlif yerlərində də mağara divarlarında, qaya üzərində bu tipli ibtidai təsviri incəsənət nümunələri tapıldı. Demək, incəsənətin bəzi növləri Paleolit dövründə yaranmışdır.


Ardı →