İdeal kişi

Hər bir qadın yanında güclü, diqqətli, xeyirxah və anlayışlı kişi görmək istəyir. Qadınlar zəif kişilərə dözümsüz yanaşırlar. Hətta münasibətin ilkin çağlarında təbiətcə hikkəli və hökmranlığa meyilli qadın kişi üzərində ağalıq etməyə başlasa belə, bir müddət sonra o, bu vəziyyətdən bezməyə başlayır. Bəzən elə olur ki, bunu özünə etiraf etməsə belə, yanında özündən qat-qat güclü kişi görmək və onun ədalətli hökmranlığının enerjisini hiss etmək istəyir.

Əslində bunu bir çoxu qəbul etməsə də, reallıq ondan ibarətdir ki, istənilən münasibətdə iki nəfərdən biri mütləq dominant olur. Burda xüsusi xəyali tərəzi ilə mizana gələcək bölgü yoxdur ki, münasibətdəki dominantlıq əlli-əlliyə bölünsün. Həmişə bir nəfərin sözü daha keçərli olur. İstənilən halda münasibətdə dominant qadındırsa, bu, çox sıxıntılı hallar gətirə bilər. Bu sıxıntını daha çox elə qadının özü çəkir. Çünki qadınlar daha çox xaraktercə güclü kişiləri sevirlər. Bu, onlarda təkamülün ilkin çağlarından qalma irsi haldır. 
Davamı →

İdeal ər

Aşiq olduğumuz insanın mükəmməl olduğunu düşünə bilərik. Lakin bir müddətdən sonra onun müsbət cəhətlərinə şübhə edərik. Sevdiyiniz insanın yaxşı ər ola biləcəyini göstərən bəzi əlamətlər sizə fikrinizdə əmin olub-olmadığınızı göstərər.

Çətinliklərdən qorxmur
İdeal ərin yalnız gözəl sözlər söyləməsi kifayət deyil, eyni zamanda qərarlı davranmalıdır. Çətin vəziyyətlərdə sizə dəstək olursa, demək, doğru insanla birlikdəsiniz.

Davamı →

İdeal kişilər

Hərçənd ki, ideal kişinin olması mümkün deyil, lakin hər bir qadının xəyallarında belə bir kişi yaşayır. Qadın gözüylə ideal kişinin necə olduğunu bilmək istəyirsinizsə, o zaman diqqətlə oxuyun.

Qadınlar arasında aparılan sorğu zamanı onlar xəyallarındakı ideal kişini təsvir ediblər. araşdırma nəticəsində bəlli olub ki:
  • Gözləriylə bir qadına onu çox sevdiyini başa sala bilən kişi ideal kişilərdən sayılır.
  •  Onlarla yataqda təmasda olarkən danışan, sevgi söhbətləri edən, onları sevdiklərini söyləyən kişi ideallar sırasındadır.

Davamı →