İdeal qadın

Həyatda ideal adam yoxdur. Xarakterlərində bir çox müsbət keyfiyyəti daşıyan yaxşı adamların da mütləq hansısa mənfi xüsusiyyətləri olur. İdeallıq bir az ilahi, kosmik səviyyədir. Bir şeyin ən gözəl, ən mükəmməl nümunəsinə ideal deyilir.

Yeniyetməlik vaxtlarımızdan qarşı cinslə bağlı beynimizdə onun “ideal”ını qurub, formalaşdırırıq. “Mənim bəyənib, seçdiyim qadın(kişi) belə olmalıdır” deyib, həyatda qabağımıza çıxan partnyoru (partnyorları) həmin “ideal” xüsusiyyətlərə yaxınlığı ilə müəyyənləşdirməyə, seçməyə çalışırıq.

Hər bir qadının özünəməxsus, məhz qadın üçün “ideal kişi” keyfiyyətlərini özündə cəmləşdirən xəyalı var.

Bəs ideal qadın necə olmalıdır?

Burda, ümumiyyətlə, universal resept, mükəmməl model anlayışından söhbət gedə bilməz. Çünki biz, hər birimiz ayrı fərdik və hərəmizin fərqli-fərqli zövqü var. Buna baxmayaraq, qadınlarda elə universal keyfiyyətlər olur ki, bunu bir çox kişi, onlarda, yəni qadınlarda görmək istəyir.
Davamı →

Ağıllı qadınlardan 10 mühüm məsləhət

Hər şeyi öz axarına buraxın
Artıq baş vermiş hadisənin qarşısını almağın üsulları barədə fikirləşməyin. Hadisə onsuz da baş verib, hər şeyi olduğu kimi qəbul etməyi öyrənin. Hadisənin baş vermə səbəblərini anlamağa və ondan düzgün nəticə çıxarmağa çalışın. Bu, uğur qazanmağın ən vacib qaydalarından biridir.

Sızıldanmayın və taledən şikayətlənməyin
Əgər işləriniz istədiyiniz kimi getmirsə, bu, o demək deyil ki, hər şey pisdir. Həyatda çətinliklər həmişə olur. Müxtəlif vəziyyətlərdə onların öhdəsindən layiqincə gəlməyi öyrənin. Bilin ki, problemləriniz heç kimə lazım deyil, inilti və şikayətlərin sizə kömək etməyəcəyi dəqiqdir. Daha yaxşı olmaq üçün zərərli vərdişlərin qurbanı olmayın.

Baxımlı olun
Makiyajsız da yaxşı görünmək mümkündür. Saçlarınızın, dərinizin qeydinə qalın, sağlam qidalanın və manikür edin. Geyiminiz isə hər zaman səliqli olmalıdır.
Davamı →