Çoxsaylı biznes sahibkarlarının sirri: uğurlu layihələr üçün ideyalar necə yaranır?

Sahibkarların bəzilərinin hətta bir neçə sahədə fəaliyyət göstərəcək qədər böyük  şansa sahib olduqlarını görə bilərik. Bəs onlar bu uğurlu layihələri üçün ideyaları hardan tapırlar? Kreativliyin köməyilə kommersiyada müvəffəqiyyətə necə nail olmaqdan bəhs edən yeni “Biznes dahisi” kitabından bu barədə məlumatlar əldə etmək olar.
Çoxsaylı biznes sahibkarları
İş adamı Kevin Ryan, Business Insider xəbər portalı ($450 mln.), Gilt multibrend onlayn-mağazası ($25 mln.) və MongoDB məlumatlar bazasını idarəetmə sistemi ($1,5 mlrd.-dan çox dəyərləndirilir) də daxil olmaqla doqquz sayda internet-şirkət qurub. Bu hələ hamısı deyil – o, ilk tərkibdə işləyib və 1 mlrd. dollardan çox dəyəri olan ilk DoubleClick internet-reklamının CEO-su olub.

Davamı →

Kitabsevərlər üçün 6 hədiyyə ideyası

Kitabsevərlər: bayram hədiyyəsi seçmək ən asan olan insanlar… Düzdür? Bəlkə də yox. Xüsusilə, əgər daha kreativ nəsə etmək fikrin varsa, onlara kitab ver.

Kitabsevərlər üçün olan bu hədiyyə siyahısı öz sevimli kitabqurdun üçün möhtəşəm hədiyyə seçməyə kömək edəcək. Bunu asanlaşdırmaq üçün siyahını hansı tip kitabsevərə hədiyyə verəcəyindən asılı olaraq qruplara ayırdıq.
Davamı →

Kitabdan reallığa

Bu təəccüblü olsa da bəzən yazıçılar özləri də bilmədən hər hansısa əsəri yazanda fantaziya gücünü işə salaraq müəyyən fenomeni, ideyanı irəli sürürlər hansı ki, hələ mövcud deyil. İndi biz sizə bu kitabların adını və ideyalarını göstərəcəyik hansılar ki, illər sonra reallaşmışdı.

1. ”Atom bombası” söz birləşməsini ilk dəfə yazıçı Herbert Uells işlətmişdi. O, “Dünyanın azad edilməsi” kitabında bu fikirdən istifadə etmişdi. Maraqlısı odur ki, kitab 1913-cü ildə işıq üzü görmüşdü. Yəni 1-ci Dünya müharibəsindən əvvəl və hamıya məlumdur ki, atom bombası 2-ci Dünya müharibəsinin sonu 1945-ci ildə sınaqdan keçmişdi.

2. Struqas qardaşlarının “Günorta, XXII əsr” povestində “Kaspar-Karpor” sitemindən istifadə etmişdi. Bu metod beynin sürətinin köçürülməsi və riyazi modelinin yaradılmasına xidmət göstərir. Əsər 1962-ci ildə çap edilmişdi. O zaman Anatolu Karpovun 11 yaşı vardı, Qarri Kasparov isə hələ dünyaya gəlməmişdi.

3. Artur Konan Doyl Şerlok Holms hekayələrində bir çox kriminal metodların adını çəkmişdir hansılar ki, hələ polislərə məlum deyildi. Bura siqaretin külü, yazı maşınlarının identifikasiyası, hadisə yerinə lupa ilə nəzər salmaq kimi metodlar daxildi. Nəticədə polislər Holmsun bu və digər metodlarından istifadə edərək cinayət işlərinin üstünü açırdılar.

4. Rey Brenderi öz zamanında ideya baxımından qulaqcıqların ən müasir növünü yaratmışdı-hansını ki, ” damcılar” adlandırmışdı. O “ Faranqete görə 451 dərəcə” adlı əsərində bu ideyanı irəli sürmüşdü. Roman 1950-ci ildə yazılmışdı. O zaman hansı növ qulaqcıqların mövcud olduğunu yəqin ki, bilirsiniz.
Ardı →

Ən yaxşı ideyalar nə vaxt gəlir?

Yaradıcı düşüncənin idarə edilməyən bir proses olduğu düşünülsə də, əslində bu, xüsusi qanunauyğunluğa tabedir. Massaçusetsin Texnologiya İnstitutunun nevrologiya sahəsi üzrə fəlsəfə doktoru Elis Flaerti bizim kreativliyimizin nə zaman daha yüksək olduğu barədə danışıb.

  • Beyin yüksək miqdarda dofamin istehsal edir. Buna fiziki hərəkətlər, həzin musiqi dinləmək və əlbəttə ki, isti duş təsir edir.
     
  • Biz dincələn zaman beyin heç bir ağır işlə məşğul olmur və bizim öz dərinliyimizə dalaraq, ən gözlənilməz qərar qəbul etmək imkanımız yaranır. Bəzən bu yuxu zamanı və ya alkoqolun təsiri altında olur.

Ardı →