Boksun mənfi və müsbət tərəfləri

Boks təliminin beyniniz və sağlamlığınız üçün hansı gizli təhlükələr olduğunu öyrənin. Vuruşların insan beyninə təsirini necə minimuma endirmək olar.
Uzun illərdir ki, boksun idmançının sağlamlığı və beyni üçün təhlükələri ilə bağlı mübahisələr səngimir. Bu, riskli idman növü olsa da, həm də faydalı ola bilər. Bəşəriyyətin müxtəlif inkişaflarında hər mədəniyyətdə boksa bənzər bir idman var idi. Məsələn, Rusiyada bu yumruq idi. Boks özü İngiltərədə böyük populyarlıq qazandı. Bu, on doqquzuncu əsrdə baş verdi. Qaydalar ilk dəfə 1867-ci ildə təsdiqləndi və əlcəklər eyni vaxtda ortaya çıxdı.

Boksun üstünlükləri və mənfi cəhətləri


Davamı →

Ən təhlükəli idman növləri

Hər hansı bir peşəkar idman sağlamlığa zərər yarada bilər. İdmançılar, yüksək nəticələr əldə etmək üçün bədənlərini lazımi formaya salmağa vaxtlarını sərf edirlər. Ancaq elə maksimal təhlükəli idman növləri də var ki, onunla məşğul olanlar az qala hər dəfə risk almalı olurlar.

Dünyada ən təhlükəli idman növü hansıdır — 9 ekstremal fəaliyyət

Serfing


Davamı →

Ağırlıq qaldırma məşqlərinin faydaları

Yerdən qaldırma (становая тяга) məşqi olduqca vacibdir. Onun orqanizmə və bədənə olan xeyiri əvəzsiz olub, ən əsas məşqlərdən biridir. Bu məşqin insan orqanizminə faydaları çoxdur.

Piy
Piylənmə ilə mübarizədə aerobika yaxşı üsuldur. Lakin güc məşqləri ilə piyləri daha tez əritmək olar. Belə nəinki arıqlayacaqsınız, üstəlik əzələ kütləsi də əldə edəcəksiniz. Yerdən qaldırma – ən uyğun məşqlərdəndir.

Qamət
Yerdən qaldırma qamətin düz olmasına cavabdeh olan əzələlərə işləyir. Bu məşq ilə onurğa sütununuzu tez bir zamanda düzləşdirə bilərsiniz.

Təhlükəsizlik
Yerdən qaldırma – trenajor zalında ən təhlükəsiz məşqdir. Siz ştanqanın altında qalmayacaqsınız, ştanqa əlinizdə arxaya düşməyəcəksiniz. Çox ağır olduğu zaman ştanqanı rahat yerə ata bilərsiniz. Köməkçi belə sizə lazım deyil.
Davamı →

Tennis oynamağın faydaları

Tennis xanımlara çətin bir idman növü kimi görünə bilər. Tennis çətin görünsə də, nizamlı olaraq məşq edib qərarlı davrandığınızda tennis oynamaq sizə daha sağlam, daha güclü bir bədən qazandıracaq. Qadınlar.Biz`in məlumatına görə, tennislə yenidən canlandığınızı hiss edəcək, oynadıqca çox keyifli bir idman olduğunu görəcəksiniz.

Tennis oynayarkən diqqət edilməli məqamlar:
• Tennis oynamağa başlamadan əvvəl əzələlərinizin və oynaqlarınızın yaxşıca qızındığından əmin olun.
• Oyundan əvvəl, oyun əsnasında və sonrasında kafi miqdarda su için.
• Xüsusilə isti və ya nəmli havalarda, ya da bir saatdan çox tennis oynadığınızda qətiyyən su içməyə laqeyd yanaşmayın.
Davamı →

Tai-chinin faydaları

                     

Hərəkətləri təbiətdən götürən və sağlamlıq üçün bir çox faydası olan idman növlərindən biri də tai-chi adlanır.  Adına bəlkə də ilk dəfə rast gəldiyiniz bu idman növünün faydalarını təqdim edir.

Keçmiş tətbiqlər müasir insanların diqqətini çox cəlb edib. Zehin və beyin üçün faydalı olan, yoqanın bir növü sayılan meditasiya da gedərək populyar hal alıb. Yoqa kimi tai-chi də hərəkətli meditasiyadır. Nəfəs və hərəkət asanlığı şərtdir. Tai-chi  sağlamlıq üçün də çox faydalıdır.

* Nəfəsə və fiziki hərəkətlərə aludə olaraq, insan bədəndəki yaşam gücünü artırır.

* Xəstəliyin qarşısını almağa və sağalmağa kömək edir.

* Sümük yorğunluğunu, revmatizm xəstələrində ağrını azaltmağa, ürək sağlamlığını artırmağa kömək edir.


Ardı →

Ən qədim futbol növü – Tsu-cu

Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur yəqin ki. Amma sən demə, müasir futbola çox oxşayan oyun nə az-nə çox 2000 il əvvəl Çində mövcud imiş.  Adı da tsu-cu imiş.

Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, ayaqla, başla, sinəylə, bir sözlə əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi.

Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki,torunortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi.

Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi. Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı.


Ardı →

Üzgüçülük və onun faydaları haqqında

İdeal bədən və əzələ quruluşuna sahib olmağımız üçün üzgüçülük xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı üzgüçülük həm də beyin üçün faydalıdır. Bu qənaətə gəlmək üçün avstraliyalı mütəxəssislər uzunmüddətli təcrübə işləri aparıblar. Bu təcrübələrə rəhbərlik edən Avstraliya Universitetinin professoru Howardın sözlərinə görə, üzgüçülük beyində qanın yaxşı işləməsinə səbəb olur. Bədəndəki adrenalinin miqdarını yüksəldir ki, bu da damarları rahatlaşdırır.

Davamlı idman hərəkəti edərkən insan bədənində temperaturun 30-32 dərəcəyə çatır. Bu isə öz növbəsində insanlarda qavrama qabiliyyətini inkişaf etdirir. Lakin mütəxəssislərin sözlərinə görə, üzgüçülüyün insan orqanizminə təsir göstərməsi üçün gündə ən azı 10 dəqiqə müddətində bu idmanla məşğul olmaq lazımdır. Əgər siz müntəzəm şəkildə bu idmanla məşğul olmur, iki-üç ayda yalnız bir-iki dəfə üzməyə vaxt ayırırsınızsa, tez zamanda uğurlu nəticə əldə etməyiniz mümkün deyil.

Üzgüçülüklə məşğul olarkən əməl edilməli olan əsas qaydalardan biri də kifayət qədər maye qəbul etməkdir. Bu yolla biz itirdiyimiz enerjini tez zamanda bərpa edə bilirik.
Ardı →