Qadın orqanizmi idman üçün idealdır

Alimlər belə qənaətə gəliblər ki, kişi orqanizmi ilə müqayisədə qadın orqanizmi təbiətən daha yaxşı idman formasında olur. Buna səbəb ümumi vəziyyətin göstəriciləri – oksigenin daha sürətlə udulması və əzələ yorğunluğu riskinin aşağı olmasıdır. Bundan əlavə, qadın bədəninə daxil olan oksigen kişi orqanizmi ilə müqayisədə 30 faiz daha effektiv sərf edilir.
 
Vaterloo Universitetinin professoru Riçard Hyusonun sözlərinə görə, qadın əzələləri qandan oksigeni daha tez ayırır ki, bu da qadınların aerob sisteminin daha mükəmməl olmasından xəbər verir.
 
Bu, 18 sağlam fəal könüllü üzərində aparılan təcrübə zamanı aşkar edilib (qadın və kişilərin nisbəti 50/50). Bütün könüllülər çox da çətin olmayan tapşırığı — idman “cığırında” qaçışı yerinə yetiriblər.
Davamı →

Uşağınızla birlikdə idmanın 10 faydası

Valideynlər etdikləri idmanla öz sağlamlıqlarını qorumaqla yanaşı eyni zamanda uşaqlarına da sağlam həyat tərzi keçirmək fikrini aşılamış olurlar. Hər zaman validyeni özünə nümunə götürən uşaq onun faydalı və sevimli vərdişini də təkrarlamağa çalışacaqdır.

Valideynlərin uşaqla birlikdə idmanın aşağıdakı faydaları mövcuddur:
1. İdman sayəsində daha çox vaxt keçirib, daha çox əylənə bilərsiniz.

2. Ailənizin komanda ruhunu inkişaf etdirərsiniz.

3. Onu kompüterin qarşısından qaldırmaq və təbiətə çıxmaq üçün cəlbedici səbəbdir.

4. İdman onu həyatı boyu daha çox özünə inamlı və intizamlı, dərslərinə də eyni intizamla yanaşmağa sövq edəcəkdir.
Davamı →

Tennis oynamağın faydaları

Tennis xanımlara çətin bir idman növü kimi görünə bilər. Tennis çətin görünsə də, nizamlı olaraq məşq edib qərarlı davrandığınızda tennis oynamaq sizə daha sağlam, daha güclü bir bədən qazandıracaq. Qadınlar.Biz`in məlumatına görə, tennislə yenidən canlandığınızı hiss edəcək, oynadıqca çox keyifli bir idman olduğunu görəcəksiniz.

Tennis oynayarkən diqqət edilməli məqamlar:
• Tennis oynamağa başlamadan əvvəl əzələlərinizin və oynaqlarınızın yaxşıca qızındığından əmin olun.
• Oyundan əvvəl, oyun əsnasında və sonrasında kafi miqdarda su için.
• Xüsusilə isti və ya nəmli havalarda, ya da bir saatdan çox tennis oynadığınızda qətiyyən su içməyə laqeyd yanaşmayın.
Davamı →

Ramazan ayında idman etmək olarmı?

İdman etmək sağlamlıq üçün əsas şərtlərdən biridir. Hazırda Ramazan günlərini yaşayırıq. Maraqlıdır, Ramazan boyunca idman edərkən nələrə diqqət etmək lazımdır?

Bədənimizi fiziki baxımdan qaydasında saxlayan idman hərəkətlərini doğru yerinə yetirdikdə istədiyimiz nəticəni verə bilir. Beləliklə idmanla ideal vücuda sahib ola bilərik. Ramazan boyunca isə idman edərkən bəzi qaydalara əməl etmək lazımdır.
Davamı →