Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor

Gunduz AbbasovDağlı balası Gündüz
Tamaşaçılar onu istedadlı kinoaktyor, oxucular isə yazıçı və tərcüməçi kimi tanıyır. Üstəlik peşəkar jurnalist və rəssam kimi də özünü sınayıb. Amma tamaşaçıların sevimlisi Gündüz Abbasov çox nadir hallara mətbuatın, televiziyaların yadına düşür. Çünki onun heç bir fəxri adı, təltifi yoxdur. Sevilən kinoaktyorun, istedadlı yazıçının 65 illik həyatında yeganə qazancı tamaşaçı diqqəti və oxucu sevgisi olub.

Kinorejissor Əlisəttar Atakişiyevin 1959-cu ildə Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında çəkdiyi «Bir qalanın sirri» film-nağılındakı Elşən rolunu ifa etmiş kinoaktyoru yaşlı və orta nəsil tamaşaçılar daha yaxşı xatırlayırlar.

Yəqin ki, siz də Göygöz Kosaya qalib gəlib sevgilisi Mətanəti xilas edən, kitabların köməyi ilə heyvanların quşların dilini öyrənən, Həkim babanın qollarını açan, dağları yaran Elşəni tanıdınız.
Ardı →

Məhəmməd Əlinin həyatı

Məhəmməd ƏliQızın adı Lonni idi. Sözəbaxan, böyüklərin hörmətini saxlayan idi, dərslərini yaxşı oxuyurdu. Lonni qəşəng qız idi: iri gözləri, hamar alnı ona xüsusi gözəllik verirdi. Onların ailəsi Kentukki ştatında, Luisvill şəhərinin zəncilər yaşayan Uest-End məhəlləsində yaşayırdı. Valideynləri ümid edirdilər ki, qızları həyatda onlardan çox uğur qazanacaq...

Bir vaxtlar Luisvill şəhərində ağ və qaralar ayrı-ayrı avtobuslara minir, müxtəlif mağazalardan bazarlıq edirdi, onların qəbiristanlıqları da ayrı idi. Kennedinin prezidentliyindən sonra çox şey dəyişdi. Lonninin valideynləri düşünürdü ki, belə getsə, qızları oxuyub həkim, ya da vəkil ola bilər. Qızın fikrini soruşanda Lonni atasının gözünün içinə baxıb dedi: 
— Universitetdə oxuyub vəkil olacağam. 
Həmin an qız xəcalət çəkdi, axı ata-anasına yalan demişdi. Qız nə vəkil, nə də həkim olmaq istəyirdi. Lonni məşhur boksçu Məhəmməd Əliyə ərə getmək istəyirdi. O, sadəcə, valideynlərinin könlünü qırmaq istəmirdi. 
Davamı →