İdman etməyin faydaları

İdman, sağlamlığımızı möhkəmləndirir, həmçinin həyatınızı nizamlayır. Bu faydalı xüsusiyyətlərinə görə hələ məktəb vaxtlarımızdan valideynlərimiz və nənələrimiz bizə enerjimizi bərpa etmək və günə başlamaqdan ötrü idmanı məsləhət görürdü. Klivlend universiteti mütəxəssislərinin araşdırmasına görə, idman stresin qarşısını aldığı üçün daim idmanla məşğul olan adamlar özlərindən asılı olmayaraq çox gülümsəyir və əhvalı daima yüksək olur. Bu da ona iş görmək stimulu verir və daha çox pul qazanmaq istəyini artırır. 

İdman — tanış olmaq üçün ən yaxşı vasitədir
İdman insanları bir-birinə yaxınlaşdırır, belə ki,


Davamı →

İdmanın psixoloji faydaları

İdmanla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün çox faydalıdır. Buna görə də uşaqların əsasən də yeniyetməlik yaşında idmana yönləndirilməsi məsləhət görülür. Araşdırmalara görə idmanın nəinki insana fizioloji, eyni zamanda psixoloji faydası çoxdur. İdmanın aşağıdakı psixoloji faydaları var.

1. İdman etməyin uşağın özünə olan güvəninin, mənlik dəyərinin artmasına təsiri yüksəkdir. Tenis, üzgüçülük, basketbol və ya voleybol kimi idman növləri ilə məşğul olan uşaqlarda həmişə yeni fəaliyyət növlərini sınamağa maraq daha çox olur və bu yeniliklər uşağı heç vaxt qorxutmur.
Davamı →

İdmanın stressə qarşı psixoloji faydaları

Aparılan tədqiqatlara görə idmanla mütəmadi məşğul olmaq stress və depressiya hallarına qarşı təsirlidir. İdman etdikdə bədən endorfin ifraz edərək beyində yaranan ağrıları azaldır. 

Endorfində olan morfin maddəsi isə bədənə yaxşı təsir göstərir. Onuda qeyd etmək lazımdır ki, bu maddə beyin nahiyəsində, onurğada və bədənin digər bölgələrində olur.

Boş vaxtlarda çoxlu idman etməyin aşağıdakı faydaları var:
• Stress səviyyəsini aşağı salır;
• Qayğı və depressiya hisslərini uzaqlaşdırır;
• Özünə inamı yüksəldir;
• Yuxu keyfiyyətinə təsir göstərir;
• Qəlbi gücləndirir;
• İnsanı yüngül və enerjili hiss etdirir;
• Qan təzyiqini aşağı salır;
• Sümükləri gücləndirir;
• Bədən yağını azaltmağa kömək edir;
• Sağlam və gözəl görünməyi təmin edir.
Davamı →