Uşaq serebral iflici

Serebral iflicli uşaqların çox normal uşaqlara nisbətən həyat üçün vacib olan əsas qabiliyyət və bacarıqlara gec yiyələnirlər. Bunun səbəblərindən biri uşağın hərəkət etməkdə və bədənin müqavimətini saxlamaqda çətinlik çəkməsidir. Həmçinin əqli cəhətdən geri, görmə və eşitmə problemi olan uşaqlarda da qavrama qabiliyyəti zəif olur və onlarda əsas bacarıq və qabiliyyətlər gec inkişaf edir. Uşağın ləng inkişafının səbəbləri müxtəlif çatışmazlıqlarla izah olunur.


Davamı →

Konversiya pozğunluğu nədir?

Konversiya pozğunluğu nədir?

Konversiya pozğunluğunda ürəkgetmə, hissiyat itkisi və ya iflic kimi bir qrup nevroloji simptomlar, normal olaraq bilinən və ya altında yatan fiziki səbəb olmasa da, insanın nəzarətindən kənarda baş verə bilər. Konversiya pozğunluğu bir növ psixiatrik problemdir. İnsanlar adətən huşunu itirmə şikayəti ilə həkimə müraciət edirlər. Bu, insanın sağalması zamanı ağlama və ya incitmə davranışını əhatə edə bilər.


Davamı →

İflic və onun formaları

İflic — mərkəzi sinir sitemi, baş və onurğa beyninin, periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsidir.
Bir-birindən fərqlənən iflic və parez forması mövcuddur. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, zədələr, sinir sistemində şiş olması və sairdir. Əzələlərin iltihabında, sümük-oynaq aparatının zədələnməsində də hərəkət nisbətən məhdudlaşdığı üçün belə xəstəlikləri iflicdən fərqləndirmək lazımdır.
Davamı →

Skafandr və Kəpənək.

«Bəzən mənə elə gəlir ki ki, mən ürəyimin döyüntülərini eşidirəm, amma, mən hər dəfəsində özümü əmin edirəm ki, -bu kəpənəyin qanadlarıdır...»

Kitabın hekayəsimi, yoxsa, bilmirəm kitabı yazanın hekayəsimi desəm -hansı düzgün olar?! Yaxşı ilk öncə filmdən bəhs edim, sonra keçəcəm kitaba.

Həyatdan götürülmüş filmlər hər zaman həyatın özü kimi maraqlı olur. Niyə də olmasın?! Əslində, belə götürsək, bütün filmlər elə həyatın özüdür. Amma, elə filmlər var ki, real həyatı əks etdirir və təbii ki, bu da maraq dərəcəsinə görə digərlərindən fərqlənir.

Jan Dominik Bobun kitabı əsasında çəkilmiş «Skafandr və kəpənək» filminin mənim üçün xüsusi yeri var. Çünki, filmi çox bəyənir və maraqlı sayıram. Çünki film həyatdan götürülüb, o həyatdan ki, adi həyat deyil...
Heç düşünmüsünüzmü insult keçirən bir şəxs nə fikirləşir deyə? Onun bədəni işləmir, amma, görür, eşidir və düşünür.
Ardı →