Bəxtsiz şair, qəddar faşist Gebbels

Paul Gebbels Cozef — Nasist Partiyasının lideri, üçüncü reyxin əsas təbliğatçısı və Hitlerin ən yaxın silahdaşı və dostu.

Bədbəxt şair
Gebbels 1897-ci il oktyabrın 29-da Reydtdə dünyaya gəlib. Mühasib atası həmişə oğlunun katolik kilsəsinin keşişi olacağına ümid edirdi. Amma Gebbels yazıçı və jurnalist olmaq arzusu ilə gimnaziyada oxuyur və humanitar elmlərə üstünlük verir. Professor Fridrix Qundolfanın rəhbərliyi ilə 1921-ci ildə “Heydelberq” universitetində dissertasiya müdafiə edib və elmi dərəcə alıb. Lakin ədəbi əsərləri dəfələrlə qəzet redaktorları tərəfindən rədd edilib.
Davamı →

Anna Frankın gündəliyi

İkinci dünya müharibəsi ərəfəsində müharibənin simvoluna çevrilən Anna Frankın bu gün 85 yaşı olan uşaqlıq dostu Nanette Konig ötən günləri unuda bilmir. Nannette bu yaxında “National Geographic” kanalının jurnalistlərini öz evində qəbul edib və onlara xatirələrindən danışıb.  

Nannette ilə Anna iksi də Alman hakimiyyətindən qaçan yəhudi ailələrinin qızları olub. Onlar Hollandiyada birlikdə oxuyublar. Müəllimləri də yəhudi olub. Və o da qaçaq…  

Nanette və Anna çox yaxın rəfiqə idilər. Bütün yəhudi şagirdlər kimi onlar da “ikinci qrup adam” hesab olunduqlarının fərqində idilər. Onlar bir-birinə dəstək olaraq pis günlərə sinə gərməyə çalışırdılar. Bir daha evə qayıda bilməyəcəklərindən əmin idilər, hətta öldürülə də bilərdilər. Nannette bu günləri hələ də dünən kimi xatırlayır.  

 Beləliklə, Anna Frankın rəfiqəsinin onunla bağlı xatirələri:  

“Anna ilə yanaşı otururduq, çox yaxşı dost idik. Gələcəkdə yaşayacağımız gözəl günlərin xəyalını qururduq. Bu da həyatda qala bilmək səbəblərimizdən biri idi. Onun həmişə populyar olmaq istədiyini xatırlayıram. Həyat eşqi ilə dolub-daşan bir uşaq idi. Danışmağı sevir və oğlanlarla qurduğu dialoqlardan tez-tez bəhs edirdi. Ümumiyyətlə, sinifimizdıkilər bir-biri ilə çox yaxşı yola gedirdi. Hamımız məlum səbəblərə görə orda idik və bir-birimizə dəstək olurduq. Evlərimizdən didərgin düşmüşdük. Heç vaxt geri qayıtmama ehtimalımızın olduğunu da yaxşı dərk edirdik”.  


Ardı →

Əsas hərbi əməliyyatlar

SSRİ və ABŞ-ın müharibəyə qatılması
1941-ci ilin yayı üçün faşistlər artıq, demək olar ki, bütün Avropanı özlərinə tabe etmişdilər. Qarşıda SSRİ-nin işğalı dururdu. Almaniya hələ 1940-cı ilin iyunundan SSRİ üzərinə şərti olaraq “Barbarossa” planı adı verilmiş hücum plan hazırlamağa başlamışdı. Həmin plana əsasən SSRİ 1941-ci ilin payızına qədər məğlub edilməli idi. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. “İldırımsürətli müharibə” strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə endirdilər. Almanlar qışa qədər Arxangelsk – Həştərxan xəttinə çıxmaq niyyətində idilər. Onlar müharibənin birinci həftəsində Leninqrad (indiki Sankt-Peterburq) və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabrda hitlerçilər Kiyevi tutdular, Leninqradı mühasirəyə aldılar və Moskva üzərinə güclü hücuma başladılar. 1941-ci ilin dekabrında sovet qoşunlarının əks-hücumu başlandı. Düşmən Moskva ətrafında darmadağın edildi və 100-250 km geri qovuldu.
Davamı →

İkinci dünya müharibəsinin başlanması və gedişi

Mövcud nüfuz dairələrini, xammal və satış bazarlarını yenidən bölüşdürmək uğrunda mübarizə güclənmişdi. Versal-Vaşinqton sisteminin sərt, ağır və ədalətsiz şərtlərindən narazı olan Almaniya və Yaponiyada millətçilik, irqçilik və qisasçılıq, İtaliyada revanşizm meyli şiddətlənmişdi. SSRİ Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzun Şərqdə nüfuz dairəsini genişləndirməyə çalışırdı. Böyük Britaniya, Fransa və ABŞ öz xammal və satış bazarlarını, nüfuz dairələrini qoruyub saxlamaq əzmində idilər. İkinci Dünya müharibəsinin səbəblərindən biri də liberal-demokratik dövlətlərin totalitar rejimləri – faşizmi və kommunizmi, nasizmi və bolşevizmi bir-birinə qarşı qoyub zəiflətmək və məhv etmək cəhdi idi.


Ardı →

İkinci dünya müharibəsinin xronologiyası

1937

7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.

1938

  • 15 iyul-10 avqust Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.

1939

  • 23 avqust Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalandı. Məhz həmin bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım oldu.

Ardı →

Azərbaycanlılar müharibədə

Dünya ağalığı iddiasında olan və ildırım sürətilə hücuma keçən Hitler orduları özlərinin məğlübedilməzliyi haqqında əfsanəni bütün Avropaya yayaraq elə güman edirdilər ki, onlara qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur. Ancaq Hitler və onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk günlərindən sovet xalqlarının yetişdirdiyi əsgərlərin, ölümü gözünün altına alan və vətən torpağı uğrunda inadkar savaşa qatılan igid bahadırlarının sərt müqaviməti ilə qarşılaşdılar.
Müharibənin elə ilk dəqiqələrində faşist ordularının basqınına məruz qalmış əfsanəvi Brest qalasının müdafıəsində 40 nəfərdən çox həmyerlimiz iştirak etmişdi.


Ardı →

Azərbaycan iqtisadiyyatının hərbiləşdirilməsi

Böyük Vətən müharibəsinin başlandığı ilk gündən Azər- baycan xalqı ayağa qalxdı, səfərbər edildi, müsəlləh əsgər kimi döyüşə atıldı və SSRİ-nin başqa xalqları ilə çiyin-çiyinə almanfaşist işğalçılarına qarşı mübarizəyə başladı. Azərbaycan K(b)P MK 1941-ci il iyunun 28-də bütün partiya komitələrinə, yerli təşkilatlara və hakimiyyət orqanlarına məktub göndərdi. Məktubda bütün iş formalarını və hərəkət mexanizmini müharibənin tələblərinə uyğun yenidən qurmaq, xalqın sayıqlığını yüksəltmək, ehtiyat qüvvələrini səfərbər etmək barədə ciddi tapşırıqlar verildi.


Ardı →

Stalin vs Hitler: müharibənin başlanğıcı

Birinci ondan başlayaq ki, bu məşhur paktın imzalanmasının özü böyük beynəlxalq qalmaqal idi. Təsəvvür edirsinizmi, bir metr olsa belə, ümumi sərhədləri olmayan, aralarında Polşa boyda dövlət dayanan iki ölkə “bir-birinə hücum eləməmək barədə” müqavilə imzalayırlar. Ancaq 1939-cu ilin isti yay günlərində Almaniya ilə SSRİ-nin bir-biriylə “mehriban” yaxınlaşması fonunda belə diplomatik incəliklər barədə düşünməyə vaxt qalmırdı. O qədər də uzun çəkməyən sövdələşmələrdən sonra 1939-cu ilin 23 avqustunda Ribbentrop Moskvaya uçur. Üç saatlıq danışıqların ardından Stalin deyir: “Müqaviləyə məxfi protokol da əlavə eləmək lazımdır”.
Bu, müştərək maraqlara aid olan və təsir dairəsinin bölünməsini nəzərdə tutan gizli razılaşma olmalıydı. İmzalanmadan sonra verilən banketdə Stalin tost deyir: “Mən alman xalqının öz fürerini necə sevdiyini bilirəm. Ona görə də, onun fürerinin sağlığına içmək istəyirəm”.
Davamı →

Feldmarşal Paulyus

Düz 60 il əvvəl — 1943-cü ilin yanvarında sovet qoşunları Stalinqrad (indiki Volqoqrad) şəhəri ətrafında alman faşistlərinin 6-cı səhra ordusunu mühasirəyə almışdılar. Orduya general-polkovnik Fridrix Paulyus komandanlıq edirdi.
Yanvarın 30-da Hitler mühasirəyə düşmüş komandanın əhvalını yüksəltmək üçün ona feldmarşal rütbəsi vermişdi. Çünki hələ dekabrın əvvəllərində köməyə göndərilən xüsusi birləşmələr mühasirəni yarıb ordunu və onun komandanını xilas etməyə cəhd göstərsələr də, bu cəhdlər nəticəsiz qalmışdı.
Davamı →

İkinci dünya müharibəsinin yekunları

İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan — 12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən — 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi I dünya müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü.


Ardı →