İlanların insan üçün faydaları

İnsanlarda müxtəlif yolxucu xəstəliklər törədən və yayan, kənd təsərrüfatına ziyan vuran gəmirici heyvanların sayının tənzimlənməsində ilanlar və digər sürünənlər böyük rol oynayır. İlanların sayı təbiətdə azaldıqca, bu gəmiricilərin sayının artmasına əlverişli şərait yaranır. Müasir dövrümüzdə ilanların sayı təbiətdə azaldığı üçün insanlar gəmirici heyvanların sayca artmasından əziyyət çəkirlər. Ona görə də, insanlar ziyanverici və xəstəlik törədicisi olan gəmirici heyvanlarla mübarizə aparmaq üçün müxtəlif üsullardan, o cümlədən zəhərli kimyəvi maddələrdən istifadə etməli olur.
Davamı →