Prekardial zərbə

Sinə nahiyəsinə vurulan yumruq zərbəsi bəzən insanı ölümdən xilas edə bilər. Tibdə buna “prekardial zərbə” deyilir.

Prekardial zərbə ürəyin dayanması zamanı təcili yardım məqsədi ilə istifadə olunur. Bu təcili ürək-ağciyər reanimasiyanın bir hissəsidir və elektrik defibrillyator olmadığı halda tətbiq olunur.

Zərbə insan huşunu itirəndə, puls və nəfəsalma dayananda istifadə olunur. Lakin prekardial zərbənin texnikasını dəqiq bilmək lazımdır (bu xüsusi kurslarda öyrədilir). Əks halda bu heç bir effekt verməyəcək. Həmçinin zərərçəkmişin ürəyi döyünürsə belə zərbə onu öldürə bilər.
Davamı →

İnsult və ağızəyilmədə ilk yardım

İnsult simptomları olan insanı təcili yardım gələnə kimi iynə ilə xilas etmək mümkündür.

Bunun üçün ilk növbədə əl barmaqlarının ucu, dırnağa yaxın hissəsi intensiv basılaraq, 10 barmağın hamısına iynə batırılır. Qan çıxması mütləqdir.

İnsanın üzü, ağzı əyilirsə onun qulaqlarını qızarana kimi masaj edib, qulaq ucunun ən yumşaq hissəsinə bir neçə dəfə iynə batırılır. Qulaqdan da qan çıxması vacibdir. 
Davamı →

Yanğın zamanı xilas olmanın yolları

Yanğın zamanı özünü düzgün aparan insan öz həyatını və sağlamlığını qoruya bilər. Bunu xilasedicilərin əksər hissəsi təsdiq edə bilər. Beləliklə,

— Yanğın baş verdikdə, dərhal qaz xəttinin girişindəki ventili bağlayın, mənzildaxili elektrik cərəyanını ümumi elektrik şəbəkəsindən ayırın.

— İmkan olduğu halda sənədlərinizi götürüb dərhal yanan evi tərk edin. Yanğın zamanı liftdən istifadə etməyin — bu çox təhlükəlidir, pilləkənla aşağı düşün. Evdən çıxdıqdan əvvəl bütün qapı və pəncərələri kip bağlayın — alovun yayılması üçün oksigen, yelçəkən lazımdır. Qapı və pencərələri bağladıqda, sız alovun yayılmasının qarşısını alacaqsınız.
Davamı →

Əzilmə və sərpmə zamanı ilk tibbi yardım

Güclü zədələr və hündürdən yıxılmalar zamanı bədənin müxtəlif hissələrində əzilmlər baş verə bilir. Bu patoloji hala əzilmə zəhərlənməsi və ya travma toksikozu da deyilir. Yumşaq toxumaların əzilməsi adətən göyərmələr və soyumalar şəklində özünü biruzə verir. Əgər zədə nahiyyəsi böyükdürsə zədələnmiş yerdən yuxarı nahiyyəyə turna qoyulur.

Bu əzilmiş yumuşaq toxumalardan zəhərli maddələrin qan dövranına qoşulmasının qarşısını almaq üçündür. Ətraflarda soyuma, göyərmə yoxdursa, sıxıcı bint sarğısı qoymaqla da kifayətlənmək olar. Turna qoyulduqdan sonra xəstəyə ağrıkəsici vurulur və həkimə qədər tərpənməz vəziyyətdə saxlanılır.

Davamı →

Qaz zəhərlənməsi zamanı ilk tibbi yardım

Son illər qış aylarında qaz zəhərləmələrini nəzərə alaraq, qaz zəhərlənmləri zamanı ilk tibbi yardım barədə sizi məlumatlandırmaq istəyirik. Qaz zəhərlənmələri müxtəlif cür qazlardan meydana çıxa bilir. Bu cür zəhərlənmələrin bir-neçə növü vardır:
* təbii qazdan əmələ gələn
* karbonmonoksiddən əmələ gələn
* qaz yağı zəhərlənməsi
* kömürün yanmasından əmələ gələn zəhərlənmələr və s.

Qazın iysiz, rəngsiz, dadsız olması onun orqanizmə rahatca girməsinə və zəhərləməni asanlıqla öz işini görməsinə səbəb olur. Bəzən qaz zəhərlənmələrinə “səssiz ölüm” deyilməsi öz adını buradan götürmüşdür.
Davamı →

Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardım

Dəridə istənilən yara və ya kəsikləri, xüsusən də söhbət uşaqlardan gedirsə, nəzarətsiz qoymaq olmaq. Uşaqlarda dərinin hətta kiçik zədələnməsi belə, ağır irinli prosesin, həmçinin tetanusun inkişaf etməsinə də səbəb ola bilər!

Tetanus – sinir sistemini zədələyən infeksion xəstəlikdir. Onu Clostridium tetani bakteriyası törədir. Bu xəstəliyin simptomları – baş ağrıları, əsəbilik, bədən əzələlərinin spazmı, qıcolmalar, tənəffüsün dayanması. Belə xəstəyə vaxtında təcili tibbi yardım göstərilməzsə, o, həlak ola bilər. Tetanusun ən yaxşı profilaktikası – vaksinasiyadır (bütün uşaqlara planlı şəkildə uşaq poliklinikalarda vurulan “ADS” və ya “AKDS” peyvəndi).

Bundan əlavə istənilən, hətta ən kiçik yara və ya cızılma sahəsi əsaslı şəkildə diqqətlə işlənməlidir. Vaxtında peyvənd olunmuş uşaqlara, adətən, əlavə profilaktika tələb olunmur. Lakin hər halda zədə almış uşaq həkimin müayinəsindən keçməlidir və məhz həkim tetanus əleyhinə xüsusi zərdabın bu uşağa vurulub-vurulmaması ilə bağlı məsələləri həll etməlidir!


Ardı →

Həşərat dişləmələri zamanı ilk yardım

Ağcaqanad dişləməsi insana böyük zərər verə bilməz. Ancaq onlar kiçik yaşlı uşaqlar üçün, xüsusən də dişləmələrin sayı çox olduqda böyük zərər vura bilərlər.

Uşaqda xoşagəlməz hissiyyatı azaltmaq üçün dişləmə yerinə çay sodası məhlulunda (1 stəkan suya 1 çay qaşığı çay sodası olmaqla) isladılmış parça qoymaq lazımdır.
Bu məqsədlə, su ilə bərabər nisbətdə qarışdırılan araqdan və ya nanə dəmləməsindən (onu qaynadılmış isti suda dəmləyərək islatma şəklində dişlənmə yerinə qoyurlar) də istifadə etmək olar. Əgər dişlənən yer xeyli şişərsə və qaşınarsa, uşağa yaşına uyğun dozada antihistamin preparatlarından birini (klaritin, suprastin və s.) vermək və həmin yerə brilyant yaşılı (“zelyonka”) sürtmək məsləhət görülür. Bu məqsədlə apteklərdən xüsusi aerozollar da almaq olar.


Ardı →