İman növbətçisi

Ən böyük dəyər imandır. Torpaq da, sərvət də, mal-mülk də əldən ələ keçə bilər. Bu gün sənin olan sabah başqa birinin olar. Bir gün qazanarsan, bir gün itirərsən. Davamlı bir oyun oynayarsan dünya ilə. Ya da əksinə o səninlə bir oyun oynayar. Verər aldadar, alar aldadar. Domino daşları kimi həyatını ağdan qaraya, qaradan ağa dəyişər.

İman elə deyil. İman ya var, ya yox. Varsa sənindir, yoxdursa heç bir zaman sənin olmayıb. Olmadığı üçün də varlığını özləməmisən, darıxmamısan və itirmək qorxusu ilə yaşamamısan. İmanı itirmək… Bu, mümkünmü?! Təbii ki, mümkündür...

Çünki imanın düşməni var, imanın oğrusu var, imanın qatili var. Elə ona görə də ən böyük növbətçi imanının keşiyində növbə çəkəndir. 
Şeytan Adəmin imanına düşmənlik bəslədi, onu aldadaraq imanını zədələdi...
Şeytan Adəmi dünya ilə aldatdı, imanı dünya qarşılığında satın almaq istədi: Əbədi yaşamaq vədi verərək aldatdı…
Ardı →

İman etməyənlər səmimi sevgini yaşaya bilməzlər

Daha əvvəl də ifadə edildiyi kimi, əsl sevginin qaynağı Allaha hörmətlə yaşanan qorxu və dərin bir sevgidir, çünki ancaq Allahdan qorxan və Onun istəmədiyi əxlaqdan çəkinən bir insan sevilməyə layiq ola bilər. Allahdan qorxan bir insan nəfsinin oyunlarına və pisliklərinə qarşı hər zaman diqqətli olar, çünki Quranda bir ayədə Hz. Yusufun söylədiyi kimi insanın nəfsi dayanmadan onu pisliyə çağırır:«Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər» (Yusuf Surəsi, 53).
Ardı →