Fəsil dəyişikliyi zamanı orqanizmi necə möhkəmləndirmək lazımdır?

Mövsümi xəstəliklər yavaş-yavaş hər kəsin orqanizmində özünü büruzə verir. Bu xəstəliklərə qarşı orqanizmin gücləndirməyin ən yaxşı yollarından biri də bəkməzdən istifadə etməkdir. Bəkməzin orqanizmə faydaları uzun illər öncədən insanlara məlumdur. Türkəçarə müalicədə bəkməzə xüsusi yer verilir. Min bir dərdin dərmanı hesab olunan bəkməzin faydalarını təqdim edirik.

Davamı →

İmmun sistemini möhkəmləndirmək üçün

Alman diyetoloq Eva-Mariya Fom Brux «Focu.de» portalına immun sistemini gücləndirən ideal məhsullar barədə danışıb.
İspanaq. A vitamini ilə zəngin olan bu məhsul viruslardan qorunmada vacib rol oynayan selikli qişaların sağlamlığını dəstəkləyir. Məhsulun tərkibində, həmçinin çox miqdarda dəmir var. Dəmir çatışmazlığı immun sisteminin zəifləməsinə gətirib çıxarır. 
Davamı →

İmmun sisteminə zərər vuran amillər

Sağlamlığın vacib şərtlərindən biri immun sisteminin qaydasında olmasıdır. Orqanizmin güclü immun sistemi insanın mikroblara, viruslara, xəstəliklərə yoluxmasında qoruyucu funksiya daşıyır. Ancaq bəzi amillər var ki, onlar immunitetin zəifləməsinə səbəb olur. Bu amillər hansılardır?

1. Əgər orta yaşlı insanın gecə yuxusu səkkiz saatdan az olarsa, onların infeksiyalara yoluxma riski daha çoxdur. Yuxusuzluq orqanizmin immun sisteminə kifayət qədər mənfi təsir göstərən amillərdən biridir.

2. İmmunitetin zəifləməsinə şərait yaradan amillərdən biri hərəkətsizlikdir. Oturaq həyat tərzi immun sisteminə zərbə vurur. Bunun qarşısını almaq üçün gün ərzində heç olmasa yarım saat piyada gəzməyə vaxt ayırmaq lazımdır. Gündəlik idmanla məşğul olmaq isə daha faydalı olar.
Davamı →

İmmunitetin möhkəmləndirilməsi üçün xalq təbabəti üsulları

— ½ stəkan çuğundur şirəsi + ½ stəkan kök şirəsi + 1 xörək qaşığı bal və + 1 xörək qaşığı limon şirəsi. Hazırlanmış bu qarışıqdan səhər və axşam saatlarında 1 xörək qaşığı içmək lazımdır.
— 1 xörək qaşığı üzüm (tumsuz), 7 ədəd qozun ləpəsi və 7 ədəd ərik qurusu götürüb onları xırda-xırda doğrayaraq bir-biri ilə qarışdırın. Üzərinə 1 çay qaşığı bal və ½ limonun şirəsini əlavə edin. Alınan bu qarışığı yaxşı-yaxşı qarışdırdıqdan sonra onu hər dəfə 1 xörək qaşığı (uşaqlara isə 1 çay qaşığı) olmaqla axşam – yatmamışdan bir qədər əvvəl qəbul edin.
Davamı →