İmmuniteti zəiflədən amillər

Dünya koronovirusun cənginə keçib. İndi insanlar sağlamlıqlarını qorumaq üçün müxtəlif üsullardan istifadə edirlər. Orqanizmin güclü immun sistemi insanın mikroblara, viruslara, xəstəliklərə yoluxmasında qoruyucu funksiya daşıyır. Buna görə də immun sistemin normal səviyyədə olması sağlamlıq üçün ən vacib şərtlərdəndir. Ancaq bəzi amillər var ki, onlar immunitetin zəifləməsinə səbəb olur.
Bu amillər hansılardır?

Davamı →

İmmun sistemini zəiflədən əsas 5 amil


İmmun sistemi bizi həm xarici (virus, mikrob və s.), həm də daxili (xərçəng hüceyrələri və s.) düşmənlərdən qoruyur. İmmunitet çox mürəkkəb sistemdir. Mütəxəssislər deyir ki, immun sistemini zəiflətmək asan, möhkəmləndirmək isə çox çətindir. Bu səbəbdən immun sistemini zəiflədən amillərdən uzaq olmaq lazımdır.

1. Natamam, sağlam olmayan qidalanma
Qidalanma mümkün qədər sadə, təbii və sağlam, vitamin, mineral və qidalı liflərlə zəngin olmalıdır. Qidalı liflərinin qidalanmada bol olması bağırsaq mikroflorasını normallaşdırır. Sağlam bağırsaq mikroflorası isə immun sisteminin yaxşı işləməsi üçün çox vacibdir. Meyvə, tərəvəz, paxlalılar, göyərti qidalı liflərlə zəngindir.
Davamı →

İmmun sisteminə zərər vuran amillər

Sağlamlığın vacib şərtlərindən biri immun sisteminin qaydasında olmasıdır. Orqanizmin güclü immun sistemi insanın mikroblara, viruslara, xəstəliklərə yoluxmasında qoruyucu funksiya daşıyır. Ancaq bəzi amillər var ki, onlar immunitetin zəifləməsinə səbəb olur. Bu amillər hansılardır?

1. Əgər orta yaşlı insanın gecə yuxusu səkkiz saatdan az olarsa, onların infeksiyalara yoluxma riski daha çoxdur. Yuxusuzluq orqanizmin immun sisteminə kifayət qədər mənfi təsir göstərən amillərdən biridir.

2. İmmunitetin zəifləməsinə şərait yaradan amillərdən biri hərəkətsizlikdir. Oturaq həyat tərzi immun sisteminə zərbə vurur. Bunun qarşısını almaq üçün gün ərzində heç olmasa yarım saat piyada gəzməyə vaxt ayırmaq lazımdır. Gündəlik idmanla məşğul olmaq isə daha faydalı olar.
Davamı →

QİÇS

QIÇS (Qazanılmış Immun Çatışmazlığı Sindromu; ingiliscə: AIDS– Acquired Immune Deficiency Syndrome) – XX əsrdə zühur etmiş, buna baxmayaraq hazırda bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabətin, həmçinin səhiyyənin, bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problem-lərindən hesab edilən bir patologiyadır. Immun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QIÇS insan orqanizminin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, bütün onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da bir qayda olaraq ölümlə nəticələnir. QIÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə artmaqda davam edir.
Davamı →