Sağlığında səfillikdə yaşayan “milyonçu” rəssam

Pol Qogen (Ejen Henri Pol Qogen) adı dünya incəsənət tarixinə qızıl hərflərlə yazılıb. Dünya rəssamlıq sənətində onun özünəməxsus yeri var. Rəssam 1848-ci ildə Parisdə anadan olub. Onun yaradıcılığı başlıca olaraq postimpressionizm və primitivizm cərəyanlarını əhatə edir. 1851-ci ildə Qogenin ailəsi Peruya köçür. Ailə başçısının ölümündən sonra 4 il Limada yaşayan ailə üzvləri 1855-ci ildə yenidən Parisə qayıdırlar.

Pol Qogen bir müddət donanmada işləyib, Parisdə birjada çalışıb. 1873-cü ildə rəssam danimarkalı bir qızla evlənib və ondan beş övladı doğulub. Qogen uşaqlıqdan rəssamlığa həvəsliydi. Gənclik illərində o, ardıcıl rəsmlər çəkir, özünü sənətkar kimi yetişdirirdi. O özü-özünün müəllimi idi. Ona görə də rəssamlıq təhsili almağa gərək duymamışdı. Yaxın rəssam dostları Kamil Pizarro, Pol Sezannla bir yerdə rəsmlər çəkir, dünya rəssamlıq tarixinin gələcək incilərini yaradırdı.
Davamı →

Məktəb görməyib məktəb yaradan rəssam

Məşhur fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi Pol Sezan (1839-1906) adını dünya təsviri sənət tarixinə qızıl hərflərlə yazıb. Onun yaradıcılığını impressionizmlə kubizm arasında körpü də adlandırmaq olar.

Sezan 1839-cu ildə Fransanın Eks-an-Provans şəhərində dünyaya gəlib. Atası Lui-Ogüst Sezan bankir idi və oğlunu hüquqşünas görmək istəyirdi. Gələcəyin dahi rəssamı əvvəlcə atasının dediyi sənəti seçir. 1858-ci ildə təhsilini bitirdikdən sonra atasının kontorunda işləməyə başlayır. Di gəl ki, gənc Sezanın öz dünyası vardı, bu, onun sənət axtarışları dönəmiydi.

Atası ona yaradıcı axtarışlarının dalınca Parisə getməyə razılıq verir. Pol 1862-ci ildə Parisdəki Zərif Sənətlər Məktəbinə imtahan versə də, qəbul oluna bilmir.
Davamı →

Van Qoq

Tarixdə istedadı, bacarığı, qəribəlikləri ilə ad qoyan, tanınan və bundan sonra yüz illər keçsə belə, insanların yaddaşında qalacağına əmin olduğumuz çox şəxsiyyətlər var. İstedadlı insanın bəxti o zaman gətirir ki, o, cəmiyyət tərəfindən yaxşı qəbul olunub, lazım olan qiyməti alır. Vay o gündən ki, sənətkarın istedadını nə dostları, nə ən yaxınları, nə ətrafdakılar, nə də cəmiyyət anlaya və ya qəbul edə bilir. Amma bu insanların cəmiyyət tərəfindən qəbul olunması, sevilməsi bəzən onlar həyatdan köçdükdən və hətta üzərindən yüz illər ötdükdən sonra başlayır. Lap elə bizim qəhrəmanımız dahi Van Qoq kimi…

Çətin və anlaşılmaz həyatın başlanğıcı
1852-ci ildə Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və kilsə rahibi Teodor Van Qoqun ailəsində bir oğlan dünyaya gəlir. Yeni doğulmuş körpənin ailəyə böyük qələbələr və uğur gətirməsi üçün adını rahib babasının şərəfinə Vinsent, yəni “Qalib” qoyurlar. Lakin çox keçmir ki, yeni doğulmuş körpə dünyasını dəyişir. Baş vermiş hadisədən sarsılmalarına baxmayaraq, gənc valideynlər ümidlərini itirmirlər və nə az, nə çox,  düz bir ildən sonra ailəyə yenidən üçüncü bir üzv qatılır. Bu dəfə də uşağa Vinsent adını verirlər. Bəlkə valideynlər elə bununla özləri belə bilmədən böyük bir səhvə yol açırlar. Ölmüş övladlarının adını yeni doğulan körpəyə verməklə sanki  övladlarının öncədən qəmli və həzin bir həyat yaşamasına imza atırlar. Vinsentin daha bir qardaşı və üç bacısı vardı.
Davamı →

Klod Monenin çiçəkləri

«Rəsmlərimdən, çiçəklərimdən başqa heç nə məni maraqlandırmır» deyən Klod Mone deyilənlərə görə, ətrafındakılara qarşı çox biganə adam olub. Bəzən xəbər-ətərsiz yoxa çıxan, sevgililərini, arvadını, uşaqlarını görməzdən gələn bir adam olsa da, söhbət rəssamlığa gələndə o, özünə qarşı çox tələbkar olub.
Hətta məşhurluğunun zirvəsində olduğu vaxtlarda belə, «bu nədir, bu necə rəsmdir?» deyib üstünə şığıyan tənqidçilərə «haqlıdırlar, rəsmlərim bir qəpiyə dəyməz» deyə cavab vermişdi. 78 yaşına qədər davamlı əsəb böhranları keçirən rəssam bir çox əsərlərini parçalayıb məhv eləmişdi. Gördüyü işlərdən heç vaxt razı qalmadığı üçün həyatının sonuna qədər ətrafındakı insanlara buna görə nə qədər böyük əzab-əziyyətlər çəkdiyi barədə şikayətlər etmişdi. 
Ardı →

Rəssamların rəssamı Pol Sezan

Pol Sezan (1839 — 1906) həyatının sonuna qədər rəssam kimi qəbul edilməmişdi və dövrünün bir çox sənətşünası tərəfindən «istedadsız» kimi xarakterizə edilmişdi. Fransız post-impersionist rəssam Sezan impersionizmlə kubizm arasında körpü qurmuşdu, onun sənət anlayışı 20-ci əsrə yeni pəncərə açdı.

Modern rəssamlığın inkişafında verdiyi töhfələr və sonrakı nəslə olan böyük təsirindən dolayı Pikasso onu «hamımızın atası», Renuar isə "əsrarəngiz şəxsiyyət" adlandırırdı. Həyatı boyunca əsərləri nadir hallarda sərgilənən rəssam çox sakit bir ömür yaşayıb. Sadəcə bir neçə üslubda şəkil çəkirdi. Sağlığında heç vaxt qiymətləndirilməsə də, sonradan dövrünün ən böyük rəssamı kimi qəbul edildi.


Ardı →

Pol Sezann

İndi ən məşhur hərrac evləri Sezannın heç olmasa bircə akvarelini satışa çıxarmağı arzulayır. Ən bahalı rəssamların sırasında Pikasso, Klod Mone, Van Qoqdan sonra o, dördüncüdür. Onun 1999-cu ildə 60,5 milyon dollara satılmış «Pərdə, dolça və meyvə ilə boşqab» natürmortu 20 il ərzində satılmış ən bahalı 500 əsərlərin sırasında 6-cı yerdə dayanır. Amma cəmi 100 il əvvəl Sezann əsərini  40 franka satanda çox sevinirdi. O vaxtın qiymətlərinə görə Parisdə ev kirayəsi 20 frank idi, 10 franka rəssam kətan və rəngləri ala bilərdi. Kənardan baxanda Sezannın həyatı son dərəcə sadə və sakit görünür. O Qoqen kimi Taitiyə qaçmır, Van Qoq kimi özünə qəsd eləmir, Tulus Lotrek kimi içki badəsində «batmır».
Davamı →

Pol Qogen

1895-ci ildə fransız müstəmləkəsi olan Taitinin əsas limanı — Papeetaya bir neçə ay əvvəl Marseldən çıxmış gəmi yan alırdı. Göyərtədə gəzişən sərnişinlərin gördüyü mənzərə heç də ürək gedən deyildi: kobud şalbanlardan yığılmış körpü, palma yarpaqlarıyla örtülmüş və ağardılmış evlər, taxta kilsə və «Jandarmeriya» yazılmış ikimərtəbəli koma.
Bu gəmidə gəlmiş 47 yaşlı Pol Qoqen sınıq-salxaq ömrünü, ümidsiz arzularını qoyub qaçmışdı. Müasirlərinin gülüb ələ saldığı rəssamı, uşaqların unutduğu atanı və Paris jurnalistlərinin ələ saldığı yazıçını irəlidə heç nə gözləmirdi. Ticarətçilər və çinovniklərlə bir dəstədə vaxtından qabaq qocalmış, hündür və kürəyi əyilmiş insan da sahilə düşdü. Vaxt vardı, indi hamının rədd etdiyi rəssam firavan burjua sayılırdı.
Davamı →