Etibar qazanmağın vacibliyi haqqında

Son illərdə müxtəlif dövrlərdə baş vermiş üsyanlar, inqilablar, Birinci və İkinci Dünya müharibələri haqqında; həmçinin bəstəkarların, rəssamların, yazıçıların, rejissorların, filosofların həyat və yaradıcılığından bəhs edən xeyli sənədli filmərə baxmışam.
Həqiqətən də indi öyrənmək, məlumat toplamaq istəyən adam üçün hər cür şərait var. Hansı mövzuda desən sənədli filmlər çəkiblər, öyrənmək istəyirsənsə otur bax. Lakin əvvəlki yazılarda da qeyd etdiyimiz kimi kitabı unutmaq olmaz. Kitab oxumayan adamda təffəkkür, analiz etmə və hadisələrə fərdi yanaşma qabilliyyəti olmur.

Davamı →

Özün olmaq cəsarəti: Şübhə və inancdan güvənə doğru

Azadlıq, bir məqsəd deyildir. Azadlıq, insan üçün sadəcə bir fürsətdir.
İnsanların hardasa hamısı, çoxluq içində özünü güvənli hiss edər. Hardasa hər kəsin bir millətə, bir ailəyə, bir dinə mənsub olması, bir quruluşa və ya bir siyasi partiyaya üzv olması; insanların özlərini bağlayacaq zəncirlər tapmağa davam etmələri, güvən duyğusu üçündür. İnsanlar, bu zəncirlər, bu bağlar içində rahatlaşarlar. Bu bağlar artıqlaması ilə güvən verər və heç bir məsuliyyət yüklənməyini gərəkli etməz. Arxanı bir topluma, dövlətə, ailəyə, dinə və ya təqsiri və məsuliyyəti üstünə ata biləcəyin hər hansı bir şeyə söykənməyin, sənə saxta bir güvən duyğusu verər.

İnsanlar nə üçün güvənmirlər? Bunun səbəbi sadədir; çünki insanlar öz zəkalarına, öz hərəkətlərinə güvənmirlər. Özü olmaq məsuliyyətini almaq yerinə, özünü bir yığına, topluma, dövlətə və ya bir qrupa təslim etmək daha asan görünür. İnsanlar hər nə qədər azadlıq istəyir kimi görünsə də, içdən içə azadlıqdan qorxurlar. Məsuliyyət götürmək, hər hərəkətinin fərqində olma disiplini, aydınlanmaqdansa, asan yolu seçməyə üstünlük verir. İnsan, azadlıqla yolunu azacağını zənn edir.
Davamı →

Özünə Söz Ver

Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim  xoşbəxtlik  düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb. 

Özünə söz ver ki,

— O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək,

— Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və uğur haqqında danışacaqsan,

— Dostlarına hər imkanda onların nə qədər dəyərli olduğunu hiss etdirəcəksən,

— Hər şeyin işıqlı tərəfinə baxacaqsan və optimizmin ürəkdən gələcək,

— Yalnız ən yaxşı şeylər düşünəcəksən və ən yaxşılar uğrunda çalışacaqsan,

— Başqalarının uğuruna öz uğurun qədər sevinəcəksən,


Ardı →

İtirdiyimiz inamlar

Bilirəm, siz də kimlərəsə inanmırsınız. Amma kimlərsə sizə neyləyiblər axı? Qurunun oduna yaş yanır yavaş-yavaş...
Bu inamın itkisi indinin işi deyil. Babalardan bizə yadigardır! Məsələn: İnsanlar qırıq-qırıq səslərə inanmadılar, sözlər yarandı… İnsanlar radioya inanmadılar, eşitdikləri səsin sahibini görmək istədilər. Televizor yarandı. Və bütün bunlar hər şeyin vizuallaşmasına gətirib çıxardı.

 İnsanlar telefona inanmadılar, az istifadə olunsa da, vizual funksiyalara malik telefonlar yarandı. Əvvəllər gəlinlər toyxanalara gətirilməzdi, artıq gəlinlər toylarını öz kürsülərində izləyirlər. “Gəlinlər” də artıq görünürlər. Vizuallıq dünya “qağa”nı bürüdü. Daha əllərini heç kəs arxasında gizləmir. Heç buna ehtiyac da yoxdur...

...insanlar insanlara inanmadılar. İnsanlar insanların işini yarıtmadılar. Robotlar yarandı. İnsanlar vaxtlarını düzgün bölə bilmədilər, hərdən ulduzlar,  hərdən günəş adamları aldatdı. Ulduzla, günəşlə vaxtı müəyyən edə bilmədilər, saat yarandı. Sonralar insanlar günəşə, ulduza da inanmadılar.
Ardı →

Hamı “cahildir”, sadəcə olaraq ixtisasları müxtəlifdir

Allahdan ancaq alimlər qorxarUill Rocers “Hamı “cahildir”, sadəcə olaraq ixtisasları müxtəlifdir”, — deyir. Məsələn, mühəndislik bir həkim üçün, həkimlik isə bir mühəndis üçün müəmmadır. Başqa sahələrdə də belədir.

Nə yazıq ki, biz bu həqiqəti çox tez unuduruq. Bəzi adların arxasındakı ünvanların bizi aldatması da bununla bağlıdır və bizi inkar etməyə məcbur edən də budur. Halbuki, inkar adından da göründüyü kimi “tanımamaq”, “bilməmək”… deməkdir. Bunlar isə “yoxluq” ifadə edən məfhumlardır. Əgər söhbət yoxluqdan gedirsə, yoxluq haqqında hər hansı bilikdən danışmaq olmaz. Tanımamaq, bilməmək biliyin yox, biliksizliyin ifadəsidir. Dolayısı ilə insan başqa sahələrdə nə qədər dərin bilik sahibi olursa-olsun, bu bilik ona tanımadığı şey haqqında hökm verməyə imkan verə bilməz. Bu bir az da riyaziyyatçının biologiya haqqında hökm verməsi deməkdir.

İnkar etmək asandır. İnsan gözünü yumub asanlıqla “yoxdur” deyə bilər. Bu mənada bir avstraliyalı aborigenlə bir alimin və ya Əbu-Cəhillə Darvinin arasında heç bir fərq yoxdur. Onların inkar etdikləri şey haqqında biliklərini müqayisə etmək, sıfırları müqayisə edərək hansının daha böyük olduğunu öyrənməyə çalışmaqdır.

Ümumiyyətlə, inkarla bağlı hər hansı bir müqayisə mümkünsüzdür. Çünki olmayan şeyi olmayan bir şeylə müqayisə edərək heç bir nəticə əldə etmək olmaz. İnkar edənlərin bu qədər dəlil-sübuta baxmayaraq, öz inkarlarında təkid etmələrinin əsas səbəbi də elə budur. Qərb mütəfəkkiri Uilyam G. Makadunun dediyi kimi: “Cahil bir adamı mübahisədə məğlub etmək qeyri-mümkündür”. İnanmaq isə səviyyəsindən asılı olmayaraq hər hansı bir biliyin nəticəsidir. “Nəyə inanıram?”, “Xüsusiyyətləri nədir?”, “Necə yaradır?”, “Məndən nə gözləyir?”, “Mən Ondan nə gözləyirəm?” və s. Bu kimi bir çox suallar insanda inamı formalaşdırır. Quran da “Allahdan ancaq alimlər qorxar”, — buyurur və inanmağın hər hansı bir biliyin nəticəsi olduğunu bildirir. 


Davamı →

İnam məsələsi

İngiltərədə hakimlərin maaşları yoxdur. Ancaq əvəzində çek kitabçaları var. Üstəlik, bu kitabçalarda hər hansıbir limit də yoxdur. Buna səbəb isə ingilis hükumətinin öz hakiminə inanmasıdır...

Bir gün bir hakim bir banka gedir və 1 000 000 funt-sterlinqə ehtiyacı olduğunu deyir. Təbii ki, əvvəlcə bank rəhbərliyi nə edəcəyini bilmir. Ancaq sonra «yuxarılardan» razılıq almamış bu qədər pulu verə bilməyəcəklərini deyir və dərhal Ədliyyə Nazirliyinə (həmçinin lazım olan başqa nazirliklərə) zəng edir. Ancaq hər yerdən gələn cavab eynidir: "Ödəyin!"

Ancaq bir məsələ də var ki, bankda bu qədər nağd pul yoxdur və istəsələr də, istəməsələr də, hakim istədiyi pulu almaq üçün ertəsi gün gəlməlidir. Ertəsi gün hakim gəlir və istədiyi pulu alıb gedir…


Ardı →

İnanım, ya yox?


Çox vaxt qarşı tərəfi vəd verməyə sövq edən müxtəlif amillər olur. Bəzən bu amillər qarşı tərəfə müsbət təsir göstərmək və bəzən də qarşı tərəfi bir qədər “yumşaltmaq” üçün də verilir. Ona görə də belə hallarda qarşı tərəfi yaxşı “təhlil etməli”, münasibətlərdə hər hansı bir problem yoxdursa, onun verdiyi vədlərə tərəddüdsüz yanaşmalısınız. Əgər qarşılıqlı etimad varsa, vədlərə də inanmaq olar.
Ardı →

Həyat yoldaşınız dostunuzdurmu?

Həyat yoldaşınıza etibar edirsinizmi? Bu, evli insanları düşündürən ən ciddi suallardan biridir. Burada etibar kəlməsini “sədaqət” mənasında işlətmirik. Demək istədiyimiz odur ki, sirrinizi həyat yoldaşınızla paylaşırsınızmı? Həyat yoldaşınız heç kimə demədiklərini sizə söyləyirmi? Yoldaşınıza qarşı nə qədər səmimisiniz?

Əlbəttə, ən yaxşısı odur ki, həyat yoldaşımızla aramızda dostluq münasibətləri olsun. Ancaq yaxşı bir dost olacağımız təqdirdə, ona etibar edib həyatımıza dair ən məhrəm məlumatları onunla paylaşa bilərik. Yəni başqa insanlardan gizlətməyə çalışdığımız şəxsi məlumatlara ancaq həyat yoldaşımızı ortaq edə bilərik. Lakin tərəflərdən birinin niyyəti xoş deyilsə, onda mübahisə zamanı həyat yoldaşının yalnız ona söylədiyi sirləri açıb hər kəsə deyə bilər. Belə zamanlarda qarşı tərəfi ittiham edən ifadələrin ardı-arası kəsilməz. Halbuki ailə üzvləri bir-birilərinə hamıdan daha çox etibar etməlidir. Əgər tərəflər ailə içərisində bir-birilərinə etibar etməsələr, o zaman fikirlərini paylaşa biləcəkləri başqa insanları axtarmağa başlayacaqlar. Bu da ailənin bütövlüyünə zərər verəcək. Bu baxımdan tərəflər bir-birilərinin sirdaşı olmalıdırlar.


Ardı →

Bağışlayın, mən sizə inanmıram...

Gəlin əvvəlcə sizə bir sirr açım: mən əvvəllər yaman sadəlövh olmuşam. O vaxtlar kim nə desəydi, inanırdım. Çünki uşaqlıqdan bizə öyrədiblər ki, insanlara inanmaq lazımdır. Mən də buna görə həyətdə, məktəbdə, küçədə, bazarda nə danışılırdı, həqiqət bilib inanırdım. Ancaq eşitdiklərimi və oxuduqlarımı evdə böyük qardaşıma, həyətdə isə bəzi “gözüaçıq” dostlarıma danışanda çox vaxt gülüb məni başa salmağa çalışırdılar ki, gərək bu dünyada hər şeyə inanmayasan. Mən isə onların danlağına əhəmiyyət vermirdim. Lakin sonralar bəzi görüb-eşitdiklərim məni, belə demək olarsa, yaman diksindirirdi və başladım insanlara inanmamağa. Deyə bilərsiniz ki, bunu da yaxşı eləməmisən… Elə isə mən başıma gələn, yaxud rastlaşdığım adi və qeyri-adi hadisələrdən bir neçəsini danışım, sonra deyin görüm, bu inamsızlığın əsl günahkarı kimdir: mən, yoxsa başqaları?
Ardı →

Xoşbəxt olmağın yeddi sirri

Bəzən insan böyük bir ümüdsüzlüyə düşür və onu nəyin xoşbəxt edəcəyini bilmir. Ümüd edirəm aşağıda qeyd olunanlar xoşbəxt olmağa müsbət təkan verəcək və kimisə xoşbəxt etməkdə köməyi olacaq.

1. Hər şeylə qane olmağı bacarın. Qane olmaq bacarığı sizə xoşbəxtliyin qapısını açacaq. Malik olduğunuz hər bir şeyi dəyərləndirin. Malik olduqlarını dəyərləndirə bilməyənlər xoşbəxt ola bilməzlər;

Ardı →