Özün olmaq cəsarəti: Şübhə və inancdan güvənə doğru

Azadlıq, bir məqsəd deyildir. Azadlıq, insan üçün sadəcə bir fürsətdir.
İnsanların hardasa hamısı, çoxluq içində özünü güvənli hiss edər. Hardasa hər kəsin bir millətə, bir ailəyə, bir dinə mənsub olması, bir quruluşa və ya bir siyasi partiyaya üzv olması; insanların özlərini bağlayacaq zəncirlər tapmağa davam etmələri, güvən duyğusu üçündür. İnsanlar, bu zəncirlər, bu bağlar içində rahatlaşarlar. Bu bağlar artıqlaması ilə güvən verər və heç bir məsuliyyət yüklənməyini gərəkli etməz. Arxanı bir topluma, dövlətə, ailəyə, dinə və ya təqsiri və məsuliyyəti üstünə ata biləcəyin hər hansı bir şeyə söykənməyin, sənə saxta bir güvən duyğusu verər.

İnsanlar nə üçün güvənmirlər? Bunun səbəbi sadədir; çünki insanlar öz zəkalarına, öz hərəkətlərinə güvənmirlər. Özü olmaq məsuliyyətini almaq yerinə, özünü bir yığına, topluma, dövlətə və ya bir qrupa təslim etmək daha asan görünür. İnsanlar hər nə qədər azadlıq istəyir kimi görünsə də, içdən içə azadlıqdan qorxurlar. Məsuliyyət götürmək, hər hərəkətinin fərqində olma disiplini, aydınlanmaqdansa, asan yolu seçməyə üstünlük verir. İnsan, azadlıqla yolunu azacağını zənn edir.
Davamı →

İnsan və Din

Yarandığı gündən insan fövqəladə hadisələrin, təbiət şıltaqlıqlarının; bilinməzliyin və əsrarəngizliyin; bilmədiyi, görmədiyi qüvvələrin qarşısında acizliyinin fərqinə varıb. Bilinməyən, görülməyəndən gələ biləcək təhlükələrdən qaçıb-gizlənmək üçün özünə sığınacaq axtarıb, müdafiə sistemi yaradıb.
Dinin yaranması da bu axtarışların nəticəsidirmi, yoxsa həqiqətən də Allahın seçilmiş bəndələri vasitəsilə bəşəriyyətə göndərdiyi qanunlar toplusudurmu — bunu dəqiq deyə bilmərəm. Ancaq insanların hər hansı dini qəbul etmələrinin və dini ehkamlara müticə əməl etmələrininin səbəbi özlərini bilinməyəndən gələcək təhlükələrə qarşı sığortalamaq, fövqəlbəşər qüvvə(lər)nin qəzəbindən qorunmaq cəhdidir.
Ardı →