Düz qarın üçün 7 tövsiyə

Düz qarın bədən quruluşunun gözəl olması üçün ən vacib amillərdən biridir. Lakin bəzən hətta normal çəkisi olan insanların qarnı "çıxır". Bunun səbəbləri arasında həzm problemləri, qəbizlik, qarın əzələlərinin zəif olmasıdır. 

1. Düzgün qamət. Bu həm onurğanın sağlamlığını təmin edir, həm də qarın əzələlərini möhkəmləndirir. Yeriyəndə və oturanda qamətinizə daim nəzarət edin.
Davamı →

Halqa ilə incəbel olun

İdman zalına getmədən ev şəraitində daha feminəl bədən quruluşuna sahib olmaq istəyirsən? O zaman halqa gözəl seçimdir! Adi halqa ilə belinizi incəldə, pres ilə isə onu möhkəmləndirə bilərsiniz. Bəs halqa ilə necə məşq etmək olar? Siz xanımlara bununla bağlı bəzi ipucları veririk. Başlamazdan əvvəl mühüm qaydaları bilməyiniz vacibdir:

 Məşq zamanı qarnınızı həmişə içəri yığılmış vəziyyətdə, əzələləri isə gərgin saxlayın.
 Aramla nəfəs alıb-verin.
 Halqa ilə məşq etdiyiniz zaman çalışın sabit dayanın, gəzməyin.
 Məşqə 10 dəqiqədən başlayaraq müddəti tədricən 30 dəqiqəyə qədər çatdırın.
 İlk halqanız hamar və yumşaq olmalıdır.

30 dəqiqə məşqdən sonra yorğunluğu aradan qaldırmaq üçün masaj edilmənizi tələb edən ağır halqaları sonraya saxlayın. Bütün bu qaydalardan sonra məşq prosessinə rahat başlamaq olar!
Davamı →

Düz qarın üçün sadə üsul

Qarın əzələlərini idman etmədən də möhkəmləndirmək mümkündür. Bunun üçün səhər belinizə lent və ya qalın bərk ip bağlayın və yalnız yatmazdan əvvəl açın.

Bu üsul sizə gün ərzində həddindən artıq çox yeməyə imkan verməyəcək — lent dartılacaq və bədəninizə girəcək ki, bu da diskomforta səbəb olacaq. Beləliklə siz heç bir pəhriz tutmadan arıqlaya bilərsiniz.

Həmçinin lentə görə siz qarın əzələlərinizi daim gərginləşmiş vəziyyətdə saxlayacaqsıznız ki, bu da trenajor funksiyasını yerinə yetirəcək, əzələləri daha möhkəm, qarnı daha yastı edəcək. Mütəxəssislər də bu üsulu effektli hesab edir.

Lakin nəzərə almaq lazımdır ki, lenti çox sıx bağlamaq olmaz. Bu daxili orqanların fəaliyyətinə mənfi təsir edəcək.
Davamı →

İncə bel üçün üç hərəkət

İncə belli olmaq demək olar ki, çoxumuzun arzusudur. Amma bu arzunu elə arzu olaraq saxlamaq da olmaz. Bəs bunun üçün nə etmək lazımdır deyə düşünürsünüzsə, bunun cavabı məqsədə doğru düzgün idman hərəkətləri etməkdir.

1. Dairəvi ayaq hərəkətləri
 Kürəyi üstə uzanıb sağ ayağınızı qaldırın yuxarı. Sonra dizinizi qarnınıza tərəf çəkin və ayağınızı yenidən düzəldin. Elə edin ki, ayaq barmağınız tavana doğru düz olsun. Barmaqlarınızla sanki tavana yumru dairələr çəkirsiniz. Bunu 10 dəfə sağ, 10 dəfə də sol ayağınızla edirsiniz. Bu hərəkəti edərkən qarın əzələlərinizi nəzarətdə saxlamalısınız və çalışmalısınız ki, böyük dairələr əvəzinə kiçik dairələr çəkəsiniz.

Davamı →

İncə belinizin olmağı üçün nə etməlisiniz?

Hər bir qadın incəbel olmaq istəyir. Arıq olmaq mümkünsüz deyil. Arıq olmaq üçün ilk növbədə sağlam qidalanmalısınız. Beləliklə belinizin incə olmağı üçün nə etməlisiniz...

1. Yeməklərdən əvvəl bir stəkan su içməyə vərdiş edin.

Su toxluq hissi yaradcaq buna görə də yediyiniz yeməyin həcmi azalacaq.

2. Ağ çörəyi həyatınızdan çıxarın !

Tam taxıllı çörəklə qidalanın bu sizin həm daha sağlam olmağınıza kömək edəcək həm də kökəlməyinizi mane olacaq. Lifli qidalar həzm sistemini sürətləndirdiyi üçün qəbul etdiyiniz qidaların həzmi daha asan olacaq.


Ardı →

İncəbel olmaq üçün


İncə bel hər bir qadının xəyalıdır. Sahib olmaq isə imkansz deyil...

İncə belə sahib olmaq üçün sadəcə sağlam qidalanmaq lazımdır. Yeməkdən əvvəl bir stəkan su içməyi vərdiş halına gətirin. Suyun verdiyi toxluq hissi sayəsində porsiyonlarınızda azalma meydana gələcək. 
Ardı →