İnfarktın yaxınlaşmasını göstərən 5 simptom

İnfarkt keçirmiş bir çox insan sonradan etiraf edir ki, infarktdan bir neçə gün və hətta 1-2 həftə əvvəl onlar yaxınlaşan infarktın bəzi simptomlarını hiss edirdi.

Kardioloqlar da bunu təsdiq edir. Ürək həqiqətən bəzi simptomlarla insana sanki xəbərdarlıq edir. Təəssüf ki, insanların əksəriyyəti buna ciddi yanaşmır. Özünüzdə bu kimi simptomları və ya heç olmasa simptomlarda bir neçəsini müşahidə edirsinizsə, vaxt itirmədən kardioloqa müraciət edin.

Bununla siz böyük bəladan qurtula bilərsiniz.
1. Ürək nahiyəsində ağrılar. İnfarktdan əvvəl bu ağrılar dəyişilir, daha güclü olur, nitroqliserin bu ağrılara çox gec təsir edir.
Davamı →

Diş fırçası insanı infarkt xəstəliyindən qoruyur

Dişlərin təmizlənməsi təkcə dişlər və ağız boşluğu üçün faydalı deyildir, təəccüblü də olsa, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

ABŞ və Britaniya həkimlərinin apardıqları tədqiqatları göstərmişdir ki, dişlərə gündəlik qulluq arteriyalarda qan dövranını yaxşılaşdırır. Alimlər bildirirlər ki, tədqiqatın nəticələri ürək tutmalarının və insultun qarşısını almağa kömək edəcəkdir.

Ardı →

Ürək-damar sisteminin xəstəlikləri

Bu sistemin xəstəliklərinin ümumi əlamətləri aşağıdakılardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma. Taxikardiya bəzən müxtəlif emo­siyaların nəticəsi kimi sağlam adamlarda da ola bilər. Bu zaman pişikotu kökünün preparatları yaxşı təsir göstərir. Ürək nahiyəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.
Təngnəfəslik karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında venoz durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindən biridir. Xəstəyə münasib vəziyyətdə oturmağa kömək edilir, oksigen verilir. Bəzən başgicəllənməsi, başağrısı, bayılma və zəiflik olur.
Davamı →