Uşaqlıq dövründə rast gəlinən keçici xəstəlikər
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
İnfeksion xəstəliklər insanı onun heyvanlar aləmindən ayrıldığı və növ kimi təşəkkül tapdığı andan müşayiət edir. Cəmiyyət əmələ gəldikcə və insanın sosial həyat tərzi inkişaf etdikcə bir çox infeksiyalar kütləvi yayılmışdır.
İnfeksion xəstəliklərin bütün dövrlərdə çox geniş yayılması milyonlarla insanın ölümü ilə nəticələnmiş, həm də insan ömrünün qısalmasının əsas səbəbi olmuşdur. Keçmişdə insan ömrü 20-30 ildən artıq deyildi. Afrikanın bəzi rayonlarında indi də 35-40 ildir.
İnfeksion xəstəliklər insan xəstəliklərinin patogen virusların, bakteriyaların, ibtidailərin törətdiyi geniş qrupudur.
İnfeksion xəstəliklər təsadüfi olmayıb, insan cəmiyyəti tarixində onunla birlikdə inkişaf edən və dəyişən qanunauyğun təzahürlərdir. Bir infeksiyanı başqası əvəz edir, bununla da onların profilaktikasının yeni problemləri yaranır.
İnfeksion xəstəliklər üzrə profilaktik tədbirləri şərti olaraq iki böyük qrupa — ümumi və xüsusi qrupa bölmək olar.
Ümumi profilaktika tədbirləri qrupuna əhalinin maddi rifah halının yüksəldilməsinə, tibbi təminatın əmək və istirahət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş dövlət tədbirləri, habelə sanitariya-texniki, aqromeşə-texniki, hidrotexniki və meliorasiya tədbirləri, yaşayış məntəqələrinin tikintisi və səmərəli planlaşdırılması tədbirləri, infeksion xəstəliklərin profilaktikasında və ləğv edilməsində müvəffəqiyyətlərə imkan verən bir çox başqa tədbirlər aid edilir.
Helmintozlar parazit qurdların — helmintlərin törətdiyi xəstəliklər qrupudur. İnsan bədənində 250 növdən artıq helmint parazitlik edir. Helmintlər həyat prosesində bir neçə ardıcıl inkişaf dövrü keçir. İnsan helmintlər üçün həm son, həm də ara sahib ola bilər.
Helmintozlarla mübarizə üçün sanitariya-baytarlıq, sanitariya maarifi tədbirləri həyata keçirirlər.
Tetanus — kəskin infeksion xəstəlikdir. Törədicisi — sinir sisteminə çox güclü təsir edən ekzotoksin buraxan sporlu çöpdür. Ümumi və yerli tetanus olur. Ümumi (yayılmış) tetanus ağır keçir və ölüm faizi yüksək olur (40-60%).
Tetanusun klinik mənzərəsi: ümumi intoksikasiya, ağzı açmağı və çeynəməni çətinləşdirən çeynəmə əzələlərinin (trizm) və mimiki əzələlərin qıcolmaları (xəstənin üzündə qəribə sardonik gülüş olur), arxa gövdə əzələlərinin tonik yığılmaları və bunun nəticəsində opistotonus və lordoz əmələ gəlməsi; şiddətli qıcolmalarda xəstə ənsəsini və dabanlarını yatağa dirəyib qıvrılıb qalır, hər cür xarici qıcıq güclü klonik qıcolmalar törədə bilər. Asfiksiyaya (boğulmaya) səbəb olan ağciyər, ürək çatışmamazlığı da döş və qabırğaarası, səs yarığındakı əzələlərin və diafraqmanın qıc olmaları ilə əlaqədardır.