Necə proqramçı ola bilərsiniz?

Proqramçılığa başlamaq üçün ilk addım bu sahənin əsasları ilə tanış olmaqdır. Kompüter elmləri alqoritmlər, verilənlər strukturları və proqramlaşdırma prinsipləri ilə tanışlıq proqramçı kimi inkişafınızda əsas təşkil edəcək. Bu mərhələdə Python, JavaScript və Java kimi başlanğıc səviyyəli proqramlaşdırma dillərini öyrənmək lazımdır.


Davamı →

İnformasiya-kommunikasiya texnologiyaları

Texnologiya” fənnində müxtəlif sahələrə aid bir sıra texnologiyalarla tanış olmuşsunuz. İnformasiyanın yaradılması, emalı, saxlanması, istifadəsi, ötürülməsi və idarə olunması ilə bağlı texnologiyaları ifadə etmək üçün “informasiya texnologiyaları” (İT), yaxud “informasiya-kommunikasiya texnologiyaları” (İKT) terminindən istifadə olunur. Son zamanlar “informasiya texnologiyaları” dedikdə, adətən, “kompüter texnologiyaları” nəzərdə tutulur.

Davamı →

Şəbəkədə kompüterlərin ünsiyyəti

İnsanlar ünsiyyət üçün çox zaman şifahi nitqdən istifadə edirlər. Ancaq belə birbaşa ünsiyyət yalnız həmsöhbətlər bir yerdə olduqda mümkündür. İndi tutaq ki, başqa bir yerdə (şəhərdə, ölkədə) yaşayan tanışınıza hansısa məlumatı çatdırmaq istəyirsiniz.
Bu halda müəyyən hərəkətlərsiz keçinmək mümkün deyil: mətni kağız vərəqinə yazmaq, onu imzalamaq, zərfə qoymaq, zərfin üzərində göndərən və alanın ünvanlarını göstərmək, marka yapışdırmaq və poçtalyona vermək (yaxud poçt qutusuna atmaq) lazımdır.
Davamı →

İnformasiya sistemlərinin təsnifatı

İnformasiya sistemləri vasitəsilə həll edilən məsələlərin rəngarəngliyi çoxlu sayda müxtəlif növ sistemlərin yaranması ilə nəticələnmişdir. Bu sistemlər həm quruluş prinsipləri, həm də informasiyanın emalı qaydaları baxımından bir-birindən fərqlənir. Ona görə də informasiya sistemlərini bir sıra fərqli əlamətlərə görə təsnif etmək olar; məsələn: arxitekturaya, avtomatlaşdırma dərəcəsinə, tətbiq sahəsinə və başqa əlamətlərə görə. Gəlin bu təsnifatlardan biri — informasiya sistemlərinin tətbiq sahəsi, yaxud təyinat üzrə növləri ilə yaxından tanış olaq.
Davamı →

Biznes Proses və onun informasiya texnologiyaları ilə uyğunlaşdırılması (BP and IT alignment)

Bildiyimiz kimi, İT hər bir şirkət üçün əsas biznes funksiyasını həyata keçirir və İT-yə yatırılan investisiyanın gələcəkdə yüksək gəlir gətirəcəyi gözlənilir. İT-nin müəssisələrdə, təşkilatlarda tətbiqinin aşağdakı üstünlükləri vardır:

  1. Qiymətin azaldılması
  2. İşin standartlaşdırılması
  3. Məhsuldarlığın artırılması
  4. Əlaqələrin genişləndirilməsi
  5. Risk idarəsinin genişləndirilməsi
  6. Yeni biznes strategiyasının yaradılması

    

İT vasitəsi ilə biznesin bütün formal və qeyri-formal prosesləri təyin edilir. İT funksiyası şirkətin məlumat bazasını yalnız əldə saxlamır, həmçinin bölüşdürür və istifadə edilməsinə şərait yaradır. Bütün bunlar göstərir ki, biznesin İT uyğunlaşması biznesin başa düşülməsini daha da asanlaşdırır. İT tətbiq edilməzdən əvvəl əsas müəyyən etmək lazımdır ki, şirkətin nəyi var və ən əsası şirkət hansı işləri görür. Şirkətin uğurunun əsas səbəbi onun işinin düzgün təhlil edilməsidir. Təhlil mərhələsinin əsas faktorları aşağıdakılardır:


Ardı →