İnformasiya modeli

Ətrafımızda insanın yaratdığı elə obyektlər var ki, onlar gerçək obyektlərin bənzəridir. Yer kürəsinin qlobusu, hansısa görkəmli şəxsiyyətin heykəli, mağazalardakı mane kenlər, uşaq oyuncaqları real obyektlərə çox oxşayır.
Obyektlərin sadələşdirilmiş bənzəri model adlanır. Dərsin əvvəlində verilmiş modellər xarici görünüşcə gerçək obyektlərin özlərinə çox bənzəyir.
Davamı →

Altproqram

Gördüyünüz kimi, aşağıda verilmiş fiqurlar bərabər sayda eyniölçülü kvadratlardan təşkil olunub. Ona görə də həmin fiqurları qrafik redaktorda eyni asanlıqla çəkmək olar: sadəcə, bir kvadratı çəkib, sonra isə onu çoxalda- raq tələb olunan mövqeyə yerləşdirmək lazımdır. Ancaq O, S, J, T fiqurlarını ALPLogo mühitində çəkməyə cəhd etsəniz, onların proqramlarının I fiqurunun proqramı qədər sadə olmayacağını görəcəksiniz. Bunun səbəbi ardıcıl çəkilən kvadratların başlanğıc mövqeləri arasında qanunauyğunluğun olmamasıdır. Ona görə də bu məsələnin bir dövr daxilində həlli çətinlik yaradır. İndi öyrənəcəyiniz yanaşma isə problemi asan yolla həll edir.

Davamı →

İnformasiya modellərinin təqdimolunması

Bizi əhatə edən aləmdə çox sadə kimi hesab edilən obyektlər də, əslində, çox mürəkkəbdir. Hər hansı obyekti, hadisəni, yaxud prosesi başa düşmək üçün bəzən onun sadələşdirilmiş variantından — modelindən istifadə etmək lazım gəlir. “Model” termini latın dilindəki “modulus” sözündən alınıb və “örnək, nümunə” anlamını verir.
Model obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolunma formasıdır. Modelin yaradılması prosesi modelləşdirmə adlanır. Modeli yaradılan obyektin özünə orijinal, yaxud prototip deyilir.
Davamı →

İnformasiya və informatika

İnformasiya latın dilindəki «informatio» sözündən olub “məlumat, ifadə, izah” deməkdir. Bu termin informatikada ilkin olduğundan ona tərif verilmir.
Praktikada, əsasən, “informasiya” əvəzinə “verilənlər” və ya “bilik” sözlərindən istifadə olunur. Buna səbəb həmin terminlər arasında çox incə fərqin olmasıdır. İnformasiyanı saxlamaq və başqa insanlara ötürmək üçün onları hər hansı bir dildə ifadə etmək (məsələn: nəql etmək, yazmaq, şəklini çəkmək və s.) lazımdır. Yalnız bundan sonra onları saxlamaq, emal etmək, ötürmək olar, həm də bu işlərin öhdəsindən kompüter də gələ bilər. Hər hansı bir formada qeyd edilmiş (kodlaşdırılmış) informasiyanı elmi ədəbiyyatda verilənlər adlandırırlar; nəzərdə tutulur ki, kompüter onlar üzərində hansısa əməliyyatlar apara bilir, ancaq onların mənasını anlamır.
Davamı →

Qrafik informasiyanın kodlaşdırılması

Təqdimolunma formasından (rastr və ya vektor) asılı olmayaraq, qrafik informasiya kompüterin ekranında rastr formatında kodlaşdırılır. Bu zaman hər bir görüntü rəngli nöqtələrdən – piksellərdən təşkil edilmiş düzbucaqlı cədvəldən ibarət olur. Hər bir nöqtənin rəngi və parlaqlığı ədədlə ifadə olunur ki, bu da qrafik informasiyanı təqdim etmək üçün ikilik koddan istifadə etməyə imkan verir.
Görüntünün bir pikselinin rəngini kodlaşdırmaq üçün istifadə olunan bitlərin miqdarına rәng dәrinliyi deyilir. Bildiyiniz kimi, 1 bitlə 2 rəngi (21), 2 bitlə 4 rəngi (22), 4 bitlə 16 rəngi (24), 8 bitlə 256 rəngi (28) kodlaşdırmaq mümkündür.
Davamı →

Vektor qrafikası

Kompüterdə qrafik informasiyanın təqdim olunması üçün iki yanaşmadan istifadə olunur. Onlardan birinin – rastr qrafikasının mahiyyəti və onun çatışmazlıqları ilə ötən dərsdə tanış oldunuz. Rastr qrafikasında olan problemləri həll etmək üçün ikinci yanaşmadan – vektor qrafikasından istifadə olunur. Şəkil, sxem, çertyoj kimi rəsmlərdə obyektlərin konturlarını yüksək dəqiqliklə və aydın göstərmək lazım olduqda vektor görüntülərin üstünlüyü üzə çıxır.
Davamı →

Şəbəkədə kompüterlərin ünsiyyəti

İnsanlar ünsiyyət üçün çox zaman şifahi nitqdən istifadə edirlər. Ancaq belə birbaşa ünsiyyət yalnız həmsöhbətlər bir yerdə olduqda mümkündür. İndi tutaq ki, başqa bir yerdə (şəhərdə, ölkədə) yaşayan tanışınıza hansısa məlumatı çatdırmaq istəyirsiniz.
Bu halda müəyyən hərəkətlərsiz keçinmək mümkün deyil: mətni kağız vərəqinə yazmaq, onu imzalamaq, zərfə qoymaq, zərfin üzərində göndərən və alanın ünvanlarını göstərmək, marka yapışdırmaq və poçtalyona vermək (yaxud poçt qutusuna atmaq) lazımdır.
Davamı →

“WhatsApp”-dan yeni visual xidmət

whatsappSmart telefonlarda ən çox üstünlük verilən ünsiyyət proqramı hesab edilən WhatsApp istifadəçilərinə yeni xidmətlər təklif etməyə hazırlaşır. Artıq mobile telefonunuzda bu proqramın köməyi ilə visual ünsiyyət yarada biləcəksiniz. Pulsuz məktublaşma, şəkil, video faylları göndərmə kimi imkanlar təklif edən WhatsApp artıq istifadəçilərinə səsli danışma və danışıqları qeyd etmə kimi xidmətlər göstərməyə başlayıb. Uzun müddətdir səbirsizliklə gözlənilən səsli danışma funksiyasının proqramın yenilənməsi ilə istifadəçilərə təqdim edilməsi gözlənilir.

Bildiyimiz kimi WhatsApp əvvəllər yalnız isitifadəçilər  arasında internet vasitəsilə pulsuz məktublaşma xidməti təklif edən bir proqram olsada, artıq Blackberry, iPhone, Windows Phone ve Nokia kimi smart telefonuna sahib olan müştərilər bu proqram vasitəsilə, 3G və ya WiFi Internet bağlantısı yolu ilə bir-birlərinə şəkil, video çəkiliş, səsli və yazılı məktub göndərə bilirlər. Proqramla eyni adı daşıyan şirkət Yahoo!-nun keçmiş işçiləri olan Biran Acton və Jan Koum tərəfindən 2009-cu ildə ABŞ-nın Kaliforniya statının Santa Clara şəhərində yaradılmışdır.


Ardı →

Modelləşdirmə

Model  anlayışı. Modelləşdirmənin  mahiyyəti.

      Model  maddi  və  ya  xəyali  göstərilə  bilən  elə obyetdir ki, tədqiqat  prosesində  obyek  orijinalı  əvəz  edir  və  onun  bilavasitə  öyrənilməsi obyekt  orijinalı  haqqında  yeni  biliklər verir.Model  özünəməxsus  bir  idrak  vasitəsidir.Tədqiqatçı  onu  maraqlandıran  obyekti  məhz  onun  köməyi  ilə öyrənir. “Model” termini  insan fəaliyyətinin  müxtəlif  sahələrində  geniş istifadə  olunur.Hətta  o dərəcədə  çox  istifadə  olunur  ki, modellər  “dünyasının”  harada  qurtardığını  müəyyənləşdirmək  və  idrak proseslərində nəyin modelləşditmə  olmadığını demək o qədər  də  asan olmur.Model  və  modelləşdirmə  anlayışlarının  geniş  yayılmasına  baxmayaraq  elmi  ədəıbiyyatda  onların  birmənalı  izahı  yoxdur.Model  sözü ”(fr. – modele,lat.-modulus – ölçü,nümunə)geniş  mənada  hər  hansı  obyektin,prosesin,hadisənin əvəzləyicisi kimi istifadə olunan  obrazdır.Təsvir,sxem,çertyoj,qrafik,plan,riyazi  ifadə  və s.başqa  sözlə  model- real obyektin  sadələşdirilmiş  oxşrıdır.


Ardı →

Kompüter terminləri 2

C: Bir proqramlaşdırma dilidir. C ilə yazılan kod maşın dilinə uyğundur. Buna görə proqramçılar bu proqramlaşdırma dilini təsirli bir şəkildə istifadə edərlər.

C++:
C dili üzərinə yeni xüsusiyyətlər əlavə olunaraq meydana gətirilmiş bir proqramlaşdırma dilidir.

C DRIVE:
Kompüter üzərində ol/tapılan sabitdisk sürücülərindən ilkinə verilən addır. C sürücüsü ümumiyyətlə əməliyyat sistemini qurmaq üçün istifadə edilən diskdir. Kompüter C sürücüsündən açılar və qurulan proqramları C sürücüsü üzərində saxlayar.

CABLE:
Kompüterlərimizi başqa vahidlərlə fiziki olaraq bağlamaq üçün istifadə etdiyimiz vasitədir. Kabellərin iki ucunda lazımlı əlaqəni edə bilməsi üçün ol/tapılan konnektör vardır.

CACHE MEMORY:
Axtar/ara yaddaşa verilən addır. Bu yaddaşlar yüksək daxilolma/müraciət sürətinə sahibdirlər. Yaddaş tiplərinin hamısı eyni xüsusiyyətə sahib deyil. Kompüterlərimiz üzərində istifadə edilən yaddaş növləri SDRAM, DDRAM, RDRAM ola bilər.

CAD/Computer Aided Desing:
Kompüter dəstəkli dizayn. Ümumiyyətlə mühəndis və memarların dizaynlarını reallaşdırmaq üçün istifadə etdikləri proqram və təchizat bütününə verilən ad.


Ardı →