I Riçard Aslanürəkli

Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi. Riçard da qiyamçı qardaşlarına qoşuldu.


Ardı →

Oliver Kromvel

Demək olar ki, müasir dünya parlamentar demokratiyasının banisi Oliver Kromvel(Oliver Cromwell) Böyük Britaniyanın bu günə qədər məğlubiyyət nə olduğunu bilməyən hərbi qüdrətinin də yaradıcısıdır. O, Hantinqdonda zadəgan ailəsində doğulmuş, gəncliyində Avropa ölkələrində muzdlu döyüşçü kimi gün keçirmişdi. Kromvel Puritan dini tərbiyəsinə bütün ömrü boyu sadiq qalmış və qətiyyətlə bu dini prinsipləri ölkəsində tətbiq etmişdir.


Bir sərkərdə kimi isə o, dühasını çox gec — 40 yaşından sonra göstərmişdi. Əlbəttə, o vaxt İngiltərə parlamenti ilə kral I Karlın konflikti başlamasaydı, Kromvel bəlkə də Hantinqdonda öz zəmilərində əkinçiliklə məşğul olacaqdı. Lakin kral parlamenti buraxanda bir deputat kimi bu Kromveli də narazı saldı.


Ardı →

Admiral Nelson

Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı. Buna görə 12 yaşı olanda Horatsio dayısı Sanqlinqin kapitan olduğu «Trayemfom» keşikçi gəmisində qulluğa girdi. Lakin dayısı onu Hindistana gedən ticarət gəmisinə düzəltdi. İki il çəkən bu səfərdən qayıdan 15 yaşlı Nelson artıq mahir dənizçi idi.


Ardı →