HR Analitika nədir?

Bu gün dünyada ən trend sahələrdən biri və bəlkə də birincisi Big Datadır. Dünyanın ən nüfuzlu dövlətləri və ya şirkətləri bu sahəyə xüsusi maraq göstərir və investisiya yatırır. Big Data iri həcmli dataların (məlumatların) saxlanılması və öyrənilməsi ilə məğul olan elm sahəsidir. Bu gün dünyada Data 21-ci əsrin “nefti” kimi qəbul edilir.

Big Datanın tərkibində məlumatların analizi ilə məşğul olan sahə isə Data Analitika adlanır. Bu günki gündə Big Data olmadan hər hansı bir ciddi inkişafdan danışmaq yersizdir. Məqsədim Big Data və Data Analitika barədə detallı məlumat vermək olmadığı üçün bu sahəylə bağlı bir misal qeyd edib mövzunun əsas hissəsinə keçid etmək istəyirəm. Məsələn, dünyada xüsusi şirkətlər vardır ki, bu şirkətlər Data Analitika vasitəsilə bizim sosial şəbəkələrdəki fəaliyyətimizi analiz edərək bizim temparamentimiz, zövqümüz, arzu və istəklərimiz barədə kifayət qədər dəqiq nəticələr ortaya qoya bilirlər.
Davamı →

Qərar verən insanlara təsir etmək üçün 10 məsləhət

Bestseller müəllifi və dünyanın ən titullu biznes mütəfəkkirlərindən biri Marshall Goldsmith əmindir ki, hər birimiz insanlar üzərində birbaşa hakimiyyətə malik olmadan, onlara müsbət təsir göstərə bilirik. Peter Drucker-in əsas ideyalarından imtina edərək, o bilavasitə rəhbər, top-menecer və ya sadəcə həmkar olmasından asılı olmayaraq, qərar verən insanlara təsir etmək üçün 10 məsləhət verir.

Faktları qəbul edin
Həyatınıza təsir edən hər bir qərar “düzgün”, “ağıllı” və “ən yaxşı” insan tərəfindəndən deyil, sadəcə qərar vermək səlahiyyətinə malik olan insan tərəfindən verilir. Bu faktdır.
Davamı →

İşi dəyişmək qorxusu

İşi dəyişmək fikri əl-qolunuzu bağlayırsa və öz gücünüzə əminisizliklə bağlı əzab çəkməyə vadar edirsə narahat olmayın. Həqiqətən də irəli getmək və seçdiyiniz fəaliyyət sahəsi üzrə uğura nail olmaq istəyirsinizsə bu qorxunun öhdəsindən gəlmək mümkündür.

Alimlər belə hesab edir ki, beyin işi dəyişməyi həyata təhlükə doğuran hadisə kimi qavrayırlar. Bu və ya digər hadisə ilə bağlı stress səviyyəsini ölçən The Holmes-Rahe Stress Inventory şkalasına əsasən, işi dəyişmək 20 ən ağır həyat vəziyyəti siyahısına daxildir.
Davamı →

Sürücünün əmək funksiyası (dərəcələr üzrə)

3. Avtomobil sürücüsü

İşin xüsusiyyəti.

4-cü dərəcə

Yük götürmə qabiliyyəti 3-dən 5 tona qədər yük maşınlarının, bütün növdən olan minik avtomobillərinin və qabarit uzunluğu 7 m-ə qədər avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması. Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması. Avtomobillərin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirililə kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması. Avtobuslarda radio qurğudan istifadə etməklə gedişin ödəmə qaydasının, dayanacaq məntəqələrinin elan edilməsi. Yol sənədlərinin rəsmiləşdirilməsi.


Ardı →

Anbardarın əmək funksiyası

3-cü dərəcə

      Yanacağın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması. Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması. Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması. Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması.


Ardı →

Avtomobil sürücüsünün əmək funksiyası

        İşin xüsusiyyəti.

4-cü dərəcə

      Yük götürmə qabiliyyəti 3-dən 5 tona qədər yük maşınlarının, bütün növdən olan minik avtomobillərinin və qabarit uzunluğu 7 m-ə qədər avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması. Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması. Avtomobillərin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirililə kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması. Avtobuslarda radio qurğudan istifadə etməklə gedişin ödəmə qaydasının, dayanacaq məntəqələrinin elan edilməsi. Yol sənədlərinin rəsmiləşdirilməsi.


Ardı →

Ezamiyyə vərəqəsi

                                                                            

                                      (I üz)

                             Ezamiyyə vərəqəsi

Verilir ____________________________________________________________________

                                ( soyadı, adı, atasının adı)

__________________________________________________________________________

                             (vərəqə verən birlik, müəssisə, idarə)

ezam olunan_____________________________________________________________

                                          (təyin olunan məntəqə,

_________________________________________________________________________

                                   birlik, müəssisə, idarə, təşkilatın adı)

Ezamiyyət müddəti ________________________________________________ gündür.


Ardı →

Kadr kargüzarlığının düzgün aparılması vacibdir!

                                 Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq, hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr kargüzarlığı savadlı şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Onlardan yalnız kadrlar şöbəsinin və ya heyətlə iş üzrə xidmətin işində istifadə olunmur, əmək haqqının, pul mükafatlarının, məzuniyyət pullarının hesablanması üçün mühasibat işçilərinin də bu sənədlərə ehtiyacı var. Əmək və vergi müfəttişliyi kadr sənədlərini yoxlaya bilər, Əhalinin Sosial Müdafiəsi Fonduna təqdim etmək və ya qanunvericilikdə nəzərdə tutulmuş imtiyazların alınması üçün işçilərin özlərinin onlara ehtiyacı ola bilər. Əmək və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi üçün kadr kargüzarlığının təşkili zəruridir.
Ardı →