“Qulaq”

Yazının əksər qəhrəmanları real adamlardır.Öz qulağımla eşitmişəm
“Kəndçilər” xəstəxanası adlanan 4 nömrəli xəstəxananın “LOR” deyilən şöbəsində – bu “LOR” nə şeydisə, burda qulaq, boğaz və burunu bir yerdə müalicə edirlər – yaxın qohumumun çıxmağını gözləyirdim ki, tibb bacılarının, sanitarların, xadimələrin halallığını edib gəlsin; əslində o, şöbə müdiri və baş həkimi çoxdan görmüşdü. Xəstəxananın pillləkanlərindəcə qərara aldıq ki, yaxın kafelərdən birində onun bir həftə əvvəd kəsilmiş burnunu-yəni kəsilmiş “əti”- yuyaq. Əslində qohumun burnu çox böyük idi. Onu ən azı iki ədəd “Xan”la yumaq daha insaflı olardı. Amma özü demiş “opres”dən təzə çıxdığına görə, daha zilə çıxmamaq qərarına gəldik.
Davamı →

Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən


Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.

Ardı →

Günahsız fahişə

  • Qadın

Bu günləri çox ağır keçirirəm. Sanki bir zaman mənim üçün müqəddəs, əvəzolunmaz olan hər şey mənasını itirməkdədir. Telefon zənglərinə cavab verməyə də əlim gəlmir. Çünki bilirəm ki, yenə də kimsə hansısa xırda problemini böyük dərdə çevirərək üstümə gələcək. Ya da...
Bunları fikirləşə-fikirləşə iş telefonuna zəng gəlir. Götürmək istəmirəm. Ya kimsə səhv düşüb, ya da yenə məndən nəsə soruşacaqlar...

...Telefon isə susmaq bilmir. Dəstəyi götürüb yerə qoymaq istəsəm də, fikrimdən vaz keçirəm. Daha bir zəng və yenə də dəstəyə yaxınlaşmağa ərinirəm. Deyəsən bu telefon mənim lap əsəblərimlə oynadı.
Nəhayət, dəstəyi götürüb kefsiz bir şəkildə «alo» deyirəm. Qarşı tərəfdən həzin və həzin olduğu qədər də kövrək bir səslə «Laləgilin evidir?» deyə bir xanım soruşur. Acıqlı-acıqlı «xeyr» cavabını verib dəstəyi yerə qoyuram.


Ardı →

Səndən nigaranam | İlqar Fəhmi

Biz bu kafeni alanda Əbdül kişini də üstündə hədiyyə kimi verdilər. Havayı. Kafenin köhnə sahibi yüz qırx min manatı sayıb çantasına yığandan sonra elə bu cür də dedi:
— Əbdül kişini də havayı bağışlayıram sizə. Amma bir şərtlə ki, işdən çıxartmayasız. Ev-eşiyi yoxdu, burda yaşayır.
Niyə çıxartmalıydıq ki? Onsuz da ağaclara qulluq edən adam tapmalıydım. Hazır var da.
Şəxsən mənim alverdən başım çıxmır. Tələbə adamam, ömrü boyu da atamın əlinə baxmışam və düzünə qalsa, texnikumu qurtaranacan da onun əlinə baxmaq fikrim vardı. Niyə də yox? Kişi neçə illərdi Bakıyla Moskva arasında güclü işlər fırladır, bir gün burdadı, üç gün Rusiyada. Deyəsən nəsə elektrik avadanlığının alveri ilə məşğuldular. Burdan Rusiyaya, ordan Qazaxıstana, nə bilim Sibirə. Dəqiq bilmirəm. Heç vaxt maraqlanmamışam.
Davamı →

Pıspısa | Gülşən Lətifxan

Pıspısa onun ayaması idi və o, bu ada o qədər öyrəşmişdi ki, hərdən əsl adını kiminsə dilindən eşidəndə təəccüblənirdi, amma bununla belə çox yaxşı bilirdi ki, halalca ərinin xudpəsənd, dəymədüşər anasının dilindən alıb ona pərçim etdiyi bu ayamanın mənbəyi hardandı, Pıspısa nədi, el arasında hansı böcəyə «Qara pıspısa» deyirlər və bu qara böcəklər daha çox harda eşələnirlər?
Simnarə bu qara böcəklərin adı ilə bağlı ayaması haqqında bir zamanlar düşünüb-daşınmışdı, amma taleyi kimi, bu ayama ilə də barışmışdı.
Ad, ayama sarıdan onun baxtı əzəldən gətirməyib. Belə ki, bisavad atası Nemət kişinin savadlı adamlara həsəd aparması və bir axşam kolxozun klubunda «Dəli Kür» filminə baxması və bu filmdə səslənən «Seminariya» sözünün nə olduğunu anlaması onunla nəticələnib ki, elə o arada doğulan doqquzuncu qızının adını Simnarə qoyub, amma bu ad el arasında dilə yatmadığından, bir qədər qəribə səslənsə də, qızı sadəcə Sim çağırıblar.


Ardı →

Həyatın girdabında

İkinci gün idi ki, Əsmərin dilinin altından sudan başqa heç nə keçməmişdi. Aclıq ona güc gəlirdi. Yeridikcə başı gicəllənirdi. Buna baxmayaraq tozlu dağ yolu ilə ayaqlarını sürükləyirdi...
...Neçə gündən bəri Füruzəni bir anlığa olsa da yadından çıxara bilmirdi. Mənzil başına uzanan yolu da hələ yarı deyildi. Füruzənin adı xəyalında canlananda sol əlini qaldırıb barmağındakı nişan üzüyünə baxdı. Evində bundan başqa satmağa yararlı heç nə qalmamışdı. Neçə illər əzizləyib saxladığı bu üzüyü satmağa isə ürəyi gəlmirdi. Əvvəlcədən özünə söz vermişdi: «Lap acından ölsə də, bir tikə çörəyə möhtac qalsa da üzüyü satmayacaq. Onu Füruzəyə pay verəcəkdi.»
Ardı →

Axmaq alim

Yetmiş doqquz gün qalmışdı təxris olunmağıma. Yəqin əsgəri xidmətdə olanlar bilir bu son günlərin dadını. Həmişəki kimi tibb məntəqəsində uzanıb, mürgü döyürdüm dəmir çarpayımda. Qulluq elədiyim hərbi hissə, balaca bir tank batalyonuydu. Daimi tibb xidməti rəisi olmadığına görə hospitaldan ezamiyyətə həkim göndərilirdi. Onların da əksəriyyəti feldşer olurdu. Ona görə də, ali təhsilimə görə əsas həkim kimi məni tanıyırdılar. Hörmətim də ki, öz yerində. Tibb məntəqəsinin bütün kağız-kuğuz işləri də mənə baxırdı. Axır vaxtlar da lap kökəlmişdim. Ürəyim istəyəni bişirib yeyir, kefim istəyən vaxt yatıb-dururdum. Əsgərlərlə elə də yaxın ünsiyyət qurmazdım. Hamısı 18-19 yaşlı coluq-cocuqlarıydı. Öz yaşıdım olan qərargahın yazarı İbrahimlə dostluq eləyirdim ancaq. Çox vaxt qərargahda rəislərdən kimsə olmayan kimi, gedib otururdum kompyüterin qabağında, oyun oynayırdım. Təzə bir məşğuliyyət də tapmışdım. Telefonla daxil olduğum wap çatlar əməlli-başlı vaxt öldürürdü


Ardı →

Sükut | Haruki Murakami

— Cənab Ozava, siz heç dalaşanda kimisə vurmaq məcburiyyətində qalmısınız?
O, sanki qarşısında gözqamaşdırıcı obyekt görəntək, gözlərini qıyıb mənə baxdı:
— Bu, sizi niyə maraqlandırır?

Özünəxas olmayan baxışlarında qığılcımlar canlanmağa başladı və elə bir göz qırpımındaca yoxa çıxdı; dərhal üzünün adi, soyuqqanlı ifadəsi özünə qayıtdı.
— Heç, elə-belə,- mən cavab verdim. Həqiqətən də sualın heç bir anlamı yox idi. Yəqin ki, mənim bunu soruşmağımın səbəbi, sadəcə, mənasız yerə doğan maraqdan irəli gəlirdi.
O dəqiqə söhbətin mövzusunu dəyişdim, lakin Ozavanı aldatmaq mümkün olmadı. Aydın idi ki, o, həmişə nəsə haqqında düşünür. Elə bil, ya nəyinsə qayğısını çəkir, ya da ona qarşı mübarizə aparırdı.


Ardı →

Kasıbların aşnası | Yasunari Kavabata

Limon onun özünə lazım bildiyi yeganə naz-nemət idi. Məhz limona görə dərisi hamar, ağappaq görsənir, xüsusi təravət saçırdı. O, meyvəni dörd yerə bölür, bir parçasından tualet suyu — ətirləndirici vasitə hazırlayırdı ki, bu da ona gün ərzində bəs edirdi. Qalan üç dilimi ehmalca papiros kağızına bükürdü ki, qarşıdakı növbəti günlərdə istifadə etsin. Açılan səhərin gözəlliyini də məhz limon suyu ilə sifətini təravətləndirəndə duyardı. Kişidən gizlin bu gün həm də sinəsi ilə budlarına sürtmüşdü ondan.
Kişi onu öpərək ucadan dedi:
— Limon! Deyəsən, sən limon çayında çimmisən. Ey, limon iyi burnuma dəydi, ürəyimdən portağal keçir.


Ardı →

Yazıçı və “koka-kola”

Vallah, birinci mərtəbədə yaşamaq da bir şey deyil. Həyətdə qonum-qonşu bir az bərkdən danışan kimi elə bil evdə onlarla  diz-dizə oturub söhbət edirsən. Səhər tezdən məktəbə gedən uşaqların hay- küyünü də bunun üstünə gələndə adam istəyir ki, ya evdən baş götürüb getsin, ya da satıb beş-altı mərtəbə yuxarı qalxsın. Amma başqasının evini necə satasan? Sağ olsun arvadın qardaşı, pulsuz-parasız verib ki, nə qədər istəyirsiniz yaşayın. Qohum-qardaşın kirayənişin həyatından danışdıqlarını eşidəndə arvadın yanında olmasa da, özlüyümdə qaynıma minnətdarlığımı bildirirəm ki, məni belə qayğılarla üz-üzə qoymayıb.
Ardı →