İnsult nədir? Əlamətləri hansılardır?

İnsult, beyin damarlarının tıxanması və bəzi hallarda beyin qanaması nəticəsində meydana gələn sinir toxumasının zədələnməsi nəticəsində meydana gələn funksional itkidir. İnsult riskini azaltmaq üçün nə etmək lazımdır?

Risk qrupuna kimlər daxildir?
Türkiyəli professor Atilla Özcan Özdemir insultun risk qruplarını və risk faktorlarını belə müəyyənləşdirib:
"İnsult, beyin damarlarının tıxanması və bəzi hallarda beyin qanaması nəticəsində meydana gələn sinir toxumasının zədələnməsi nəticəsində meydana gələn funksional itkini ifadə edir. Xroniki sistem və damar xəstəlikləri, xüsusilə də ürək xəstəlikləri «müalicə edilə bilən» risk qrupunu təşkil edir. Xroniki xəstəliyin sabitləşməsi ilə insult riski azala bilər. Ən böyük risk qrupu «uyğun» risk faktorlarıdır. Onların arasında siqaret çəkmək, hipertoniya, şəkərli diabet, dislipidemiya, piylənmə və oturaq həyat tərzi kimi ateroskleroz risk faktorları birinci yerdədir"
Davamı →

İnsultdan sonra nə etməli

Baş -beynin qan dövranının pozulması qan təchizatının beyin damarlarında tutulma, azalma, digər anomaliya və qanaxma nəticəsində neyronların zədələnməsinə və ya məhvinə səbəb olan prosesdir. Beyin qan dövranının pozulması kəskin və xroniki olur.
Bakı Sağlamlıq Mərkəzinin həkim-nevroloqu Sevinc Salamovanın dediyinə görə, kəskin beyin qan dövranı pozğunluğuna insultlar, tranzitor işemik ataklar və subaraxnoidal qansızmalar aiddir. Baş -beynin qan dövranında ən mühüm ağırlaşmalar insultlardır. İnsult nəticəsində məhv olmuş sinir hüceyrələrinə aid bir sıra pozulmalara — ifliclər, udmanın pisləşməsi, müvazinətsizlik, keyləşmələr, ağrılar, bəzi ağır xəstələrdə qeyri-iradi sidik və ya nəcis ifrazı, nitq çətinliyi, depressiya, hövsələsizlik və əsəbilik aiddir.
Davamı →