1.Pablo Pikasso- 290, Mark Şaqal — 220, Salvador Dali — 128, Albrext Dürer — 116. Burdakı ədadlər nə qədər çox olsa,rəssamın başı bir o qədər uca olar))) Bu ədədlər nəyi ifadə edir?
Cavab: oğurlanan rəsmlərin sayı
2.optimist təyyarə haqqında fikiləşir,bəs pessimist?
Cavab: paraşüt haqda
3.Napoleon deyirdi ki,… bir fahişədir və onunla istədiyi kimi rəftar edəcək. Hitler deyirdi ki,ona sahib olmaqdan ötrü əvvəlcə onu zorlamalıdır. Amma hər ikisinin arzusu ürəyində qaldı:-))) qədim yunan əfsanəsinə görə Zevs onu Finikiya çarının sarayından oğurlayıb Krit adasına qaçırtmışdı. Nöqtələrin yerinə hansı coğrafi obyekt yazılmalıdır?
Cavab: Avropa
4. 1 və 2 məhz bizə məxsusdur.3 və 4 havanın soyuq olduğu üçün istəyir ki,qapını örtülsün. 5 və 6 geoloji tədqiqat üçün daşın altına baxmaq lazımdır.7 və 8 hansı qıza aiddir?
Cavab: bir,iki,bizimki
Üç,dörd-qapını ört,
Beş,altı-daşaltı
Yeddi,səkkiz-Firəngiz
Doqquz,on-qırmızı don
5. diplomat,filosof,kimyaçı,həkim,fizik,mexanik,linqvist və əlbəttə ki riyaziyyatçı. Norbert Viner deyirdi ki, kibernetika elminin atası o sayıla bilər.Öz vətənində şərəfinə heykəl ucaldılmış ilk mülki şəxs odur. 1646-cı ildə anadan olmuş bu şəxs kimdir?
Cavab: Vilhelm Leybnits
Ardı →