Uşaqları Youtube-dan necə qoruyaq?

Uşaqlarımızı sanki “canlı bombalar”a əmanət etmişik. Əllərində telefon, internetə çıxış və yaşlarına uyğun olmayan, tərbiyələrini pozacaq videolar, fotolar seli… Təbii ki, bir çox valideynlər övladları bu tələyə düşməsin deyə zərərli saytlara girişi məhdudlaşdırıblar. Amma bəzən çox güvəndiyimiz YouTube-da belə əxlaqsız qadınların səs yazıları daxil olan videolar, senzuradan kənar söhbətlər, görüntülər yer alır.

Uşaq bəzən YouTube-un trend videolar siyahısına daxil olanda ona uyğun olmayan görüntülərlə qarşılaşır. Birinə baxanda oxşar məzmunlu videoların siyahısı ilə tanış olur. Saytın strukturuna uyğun olaraq, adətən seçib baxılan videodan sonra məzmun etibarilə ona yaxın olanların siyahısı ilə tanış olursuz. Bəs övladlarımızı YouTube-da belə zərərli videolardan necə qoruyaq? Hər kəsə çatımlı olan, qadağan olunmamış bir saytda uşaqların tərbiyəsini zədələyəcək məzmunlu göndərişləri necə onların həyatından çıxara bilərik?
Davamı →

İtan Zukerman - internetin ilkin günahı

Dizayner və proqramçı İtan Zukerman 1990-cı illərin ortalarında reklam pəncərələri yaratdığına görə internet istifadəçilərindən üzr istəyib. Zukermanın məqaləsi "İnternetin ilkin günahı" başlığı altında «The Atlantic» nəşrində dərc edilib.  

«ICTnews» elektron xəbər xidməti «hitech.vesti.ru» saytına istinadən bildirir ki, 20 il bundan əvvəl Zukerman «Tripod» şirkətində işləyib. Bu şirkət istifadəçi səhifələrinin təhlili ilə məşğul olaraq hədəflənmiş reklam sahəsində pioner olub. Bu fəaliyyət nəticəsində bu günədək istifadəçilərin narahatçılığına səbəb olan reklam pəncərələri yaradılıb.   «Bu, reklamın bilavasitə səhifədə yerləşdirmədən reklam xəbərinin tərkibini istifadəçi səhifəsi ilə əlaqələndirmək üsulu idi. Çünki reklam brendi və səhifənin məzmunu arasında arzuolunmaz uyğunluq elan verənləri narahat edirdi. Mən ayrıca pəncərənin işə salınması və ora reklam bannerinin yüklənməsi üçün kod yazdım. Mən üzr istəyirəm. Bizim niyyətimiz xeyirxah olub», – Zukerman yazıb.  

 İki həftə sonra rəqib «Geocities» saytı Zukermanın proqram kodundan istifadə edərək üzə çıxan pəncərə kodunu kopyalayıb. İndiyədək mövcud olan reklam biznes modeli beləcə yaranıb.

mənbə: 365.Az


Davamı →

İnternetə yüklənmiş ilk şəkil

Les Horribles Cernettes«The Daily Mail» bildirir ki, 20 il əvvəl çəkilən foto internetə ilk dəfə yüklənmiş şəkildir. «Motherboard» saytı həmin fotonun tarixçəsini araşdırıb. Fotoqraf Silvano de Cennaronun çəkdiyi bu fotoda CERN-də çalışan xanımlar əks olunub.

 Qeyd edək ki, ilk saytı da CERN şirkətinin işçisi yaratmışdır. Sayt info.cern.ch adını daşıyır. O, 1991-cı il 6 avqustda tarixə düşərək ilk Web sayt yaradıcısı oldu.

"İnternetin atası" sayılan Tim Berners Li həmin dönəmdə CERN laboratoriyasında çalışırdı. Berns və onun qrupu internet şəbəkəsini yoxlamaq üçün bu fotonu ilk dəfə dünya veb şəbəkəsinə yükləmişdilər.

 Layihədə çalışmış Jan-Fransua Qroff danışır: «Rəhbərliyi CERN-in internetə qoşulmasına razı salmaq üçün virtual şəbəkənin nə qədər xeyirli olduğunu göstərməliydi. Bu səbəbdən də internetə yalnız ciddi kontent yükləmişdik. Lakin sonra qərara gəldik ki, əyləncəli nə isə edək».

 Fotonun «Photoshop»da işlənmiş versiyasının üzərində "«Les Horribles Cernettes» (CERN-in qorxunc qızları) yazılmışdı.


Davamı →