İntihar, gərginlik, linçləmə: Çıxış yolu nədir?

Küçük bir mutluluk istiyorum..
O kadar küçük olsun ki,
İstemesin kimse benden onu!
( Nazım Hikmet )
 
Gündəmimiz baş-ayaqdır, gərginlik, əsəb, stress yaradır. Sosial şəbəkələr giriləsi deyil, hər statusdan pessimizm, aqressiya, qəzəb tökülür. Bir yandan pandemiya, o bir yandan artan intiharlar, digər yandan feministləri linçləmə kampaniyası, onların ən öndə gedəninin profilini ələ keçirib inbox yazışmalarını göstərmək...

Davamı →

Bizim cəmiyyətdə intihar riski qat-qat azdır

Dünyada koronavirusa yoluxma statistikası durmadan yenilənir. Deyə bilərik ki, yoluxma sürəti artan templə irəliləyir. Bəşəriyyəti cənginə alan Covid — 19 ərəfəsində Dünya Səhiyyə Təşkilatının verdiyi bəyanat birmənalı qarşılanmayıb. Təşkilatın rəhbərinin «heç vaxt normal həyatımıza qayıda bilməyəcəyik» fikri insanlar arasında böyük təşviş yaradıb.

Davamı →

Bullinq nədir?

UNICEF-ə görə bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.

Kiber — Statistika müasir dövrümüzdə bu növ zorakılığın daha çox artdığını göstərir. Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiber zorakılığa aid edilir.
Davamı →

Yaşayın, gənclər, ölməyin!

90-ların əvvəli idi. Pulsuzluq, evsizlik və iki körpə uşaq.
Həyatımda birinci dəfə intihar fikri gəldi ağlıma. Eqoistcəsinə. Çıxıb getmək və bütün bu sıxıntılardan qurtulmaq.
Fikir yüngüllük kimi gəldi ağlıma. Günahsız günahkar olmaqdan qurtulacaqdım. Yorulmuşdum.
Pencəyimi götürüb çıxdım çölə, Sumqayıtın bir birinə bənzər mikrorayonları arasında dolaşmağa başladım. Fikrə öyrəşmək və həyatdan getməyin yolunu düşünmək lazım idi.
Gəzdim şəhəri bir xeyli. İnsanların üzünə baxırdım. Fikrimdə artıq bu dünyadan ayrılmışdım deyə hər şey mənə xeyli məzəli və risksiz görünürdü. Ölmüş Müşfiqin gözləri ilə
Davamı →

İntihar meşəsi

Seicho Matsumoto adlı yapon yazıçının 1960 cı ildə yazdığı «Black sea of trees» adlı romanının sonunda iki sevgili intihar etmək üçün Aokigahara meşəsinə gedib özlərini asırlar. O tarixdən etibarən Aokigahara meşəsi yapon xalqının intihar etmək üçün getdikləri məskən halına gəlir.

Meşə dünya üzərindəki ən ürkütücü yerlərdən hesab olunur. Belə ki, ağaclardan asılmış cəsədlər, insan skeletləri, dərman qabları, kolluqlarda çürümüş insan bədəni mənzərələri, bəzi ağacların dibində orada intihar edən insanların yaxınları tərəfindən qoyulmuş güllər, yandırılmış şam qalıqları və sairə.

Hətta meşədə intihar edən kimsəsiz insanlardan qalan maşınları da aylarla orada görmək mümkündür. Meşənin girişində isə «Bu həyat sizə verilmiş bir hədiyyədir. İntihar etmədən öncə sizi sevənləri və sevdiklərinizi yaxşı düşünün» şüarı və intihar yardım xəttinin əlaqə nömrəsi var.
Davamı →

Tarixin ən gözəl intiharı


«Tarixin ən gözəl intiharı» adı verilən bu hadisə 1947-ci ilin 1 may günündən baş verib. 
Adı Evelyn Mchale olan gözəl bir xanım Nyu-Yorkda yerləşən məşhur Empire State-in (102 mərtəbəli göydələn) 83-cü mərtəbəsindən özünü ataraq intihar edir.

Nəticədə binanın aşağısında dayanmış BMT-ə aid olan limuzin avtomobilinin üzərinə düşür və ölür. Həmin vaxt təsadüfən oradan keçən fotoqraf Robert Viles tərəfindən bu hadisə lentə alınır.
Ardı →

Gecikmiş mesaj


intiharOfeliya və Sənan bir-birlərini dəlicəsinə sevirdilər. Ancaq qızın valideynləri onların evlənməyinə razılıq vermirdi. Ona Sənanla görüşməyi qəti qadağan etmişdilər.

  Ata-anası Ofeliyanı varlı oğlana ərə vermək istəyirdi. Sənan kimi kasıb oğlanı özlərinə yaraşdırmırdılar. Ancaq Ofeliyanın Sənana olan məhəbbəti o qədər güclü idi ki,  ondan başqa kiməsə ərə gedə biləcəyini təsəvvürünə gətirə bilmirdi.


Ardı →

İntiharın göstəriciləri

İntihar baş verəndə intihar edənin ailəsi və ətrafı şok keçirir və həmişə “ heç ağlıma gəlməzdi, o qədər xoşbəxt görünürdü ki,..” kimi sözlər deyirlər. Ümumiyyətlə hər hansı bir adamın intihar edəcəyini hiss etmək, bilmək çox çətindir, amma onun davranışlarındakı dəyişiklikləri yaxından müşahidə etsək və intihar göstəricilərini bilsək o zaman bunu bilərik; intihar edəni daim izləmək, ən kiçik bir dəyişiklikdə intihar edə biləcəyini fikirləşərək psixoloqla, psixoterapevtlə görüşmək əsas şərtdir.

İntiharın aşağıdakı göstəriciləri qeyd olunub. Unutmayaq ki, insanlar fərqli olduğundan tək bir “intihar tipi adam” yoxdur.

1. Özünə qapanma — Həmin adam heç kimlə münasibət qurmaq istəmir və tək qalmaq üçün əlindən gələni edir. Tamamilə daxilə, içə qapanır. İşdə problemlər, işə gəlmək istəməməsi, məktəbdə aşağı qiymət alması şagirdin məktəbdən qaçma istəyini artırır. Ümumiyyətlə belə adam özünün zövq aldığı işlərlə belə məşğul olmaq istəmir. Bu da həmin adamın ruh halında pozuntunun olmasına işarədir.

2. Bədbinlik — Hamı aradabir özünü yaxşı və pis, xoşbəxt və bədbəxt hiss edə bilər. Amma bir gün həddən artıq xoşbəxt görünür, sabahı gün dərin bir bədbinlik hissi yaşayırsa və ruh vəziyyəti bu qədər tez bir zamanda dəyişirsə bu siqnal işarəsidir. Çox bədbin və neqativ bir davranışdan sonra coşğulu, enejili və pozitiv olması intihar göstəricisi ola bilər. Ola bilər ki, həmin adam intihar etməyə qərar verib və öz durumunu belə həll etdiyi üçün çox sevinir.

3. Həyatdakı travma keçidləri — Qocalmış bir adamda həyat yoldaşından ayrılmaq və ya bir yaxınının ölümü intihar etməsi üçün səbəb yarada bilər. İşini itirmə və ya maliyyə problemlərini həll edə bilməyəcəm düşüncəsi də intihara yönəldici bir vəziyyət ola bilər.
Ardı →

İntihar etməmək üçün 100 səbəb

intiharSon dövrlər ha istədim bu intihar xəbərlərinə qulaq tıxayım, internetdə gedən bu pessimizm, depressiya gətirən xəbərlərə gözümü yumum, mümkün olmadı. Bəd xəbərlərin qolları məndən güclü çıxdı. Əslində, intihar haqqında yazmağı çoxdan düşünürdüm. Belə ki, hardasa 2-3 il bundan qabaq ölkədə, sanki, intihar bumu yaşanırdı. İntihar edənlərin də çoxu az yaşlı uşaqlar və cavan gəlinlər idi.

Məni dəhşətə salan xəbərlər 7-9 yaşlı uşaqların intihar etməsi idi. Belə sadə və eyni zamanda da faciəli sual məni girinc-giriftar eləmişdi: “7 yaşında uşağın kəndiri bağlamağa gücü, hündür yerə əli və intihar etməyə cəsarəti necə çatırdı?” 
Bu tip xəbərlərin sonu insanı daha da qıcıqlandırırdı: “Cinayət işi başlanıb, fakt üzrə araşdırma aparılır”. Amma sonradan intihar üzrə heç bir araşdırma faktının nəticəsi xəbər saytlarında yayımlanmırdı. Xəbər saytları, sanki, intihar xəbərlərinə daha maraqlı idilər, nəinki, onun araşdırma nəticəsinə.

İndi yenidən bu intihar dalğasının ölkəmizi bürüməsindən sonra məni fikir götürdü. Nədir axı səbəb? Hərçənd ki, bu məsələ ilə sosial institutlar, psixoloqlar, dövlət orqanları məşğul olmalıdır. Bəlkə, məktəblərdə bununla bağlı yeni dərs salınmalı, “İntihar etməmək üçün 100 səbəb” adlı dərslik üzrə də tədris olunmalıdır.
Ardı →

İntihar etmiş məşhurlar

Cek Londonİntihar etmək üçün əsas səbəb pulsuzluq götürülsə də, bu belə deyil. İntiharı çıxış yolu kimi düşünürlər.

Dünyada müxtəlif səbəblərlə özünə qəsd edən şəxsiyyətlər olub. Azens.az intihar edən məşhurları araşdırıb, onları sizə təqdim edirik:
* Cek London intihar edən şəxsiyyətlərdəndir. Onun intiharına səbəb olan əsas amillər içki idi. İçkini atmağı asan hesab edən yazıçı, sonradan bunun mümkünsüz olduğunu anladı. Gənc yaşlarında morfi iynəsini böyük doza ilə vurmaqla həyatdan vidalaşdı. Bir çox mənbələrdə isə, onun 1916-cı ildə yuxu zamanı öldüyü bildirilir.
Davamı →