İntonasiya

İntonasiya — melodika, vurğu, ritm, pauza, temp və tembr kimi akustik vahidlərin vəhdətidir. Hər dilin özünəməxsus intonasiyası var və onun düzgün mənimsənilməsi xarici dilin öyrənilməsinin ən mühüm şərtlərindən biridir.
Türk və Azərbaycan dillərinin intonasiyalarında ümu­mi cəhətlər çoxdur. Bu, hər şeydən əvvəl, iki dil arasındakı yaxın qohumluqdan, türk və Azərbaycan dillərinin qrammatik quruluşlarının eyniliyindən irəli gəlir. Nitq axınında əsas tonun hərəkəti — nəqli cümlələrdə intonasiyanın alçalan, sual və əmr cümlələrində isə yüksələn olması, intonasiyanın nizamlama, məna fərqləndirmə, münasibət yaratma imkanları və s. bu iki dilin ortaq, ümumi cəhətlərini təşkil edir. Lakin intonasiyanı yaradan akustik vahidlərin türk və Azərbaycan dillərində fərqli şəkildə reallaşması, cümlə daxilində onların müxtəlif tezliyə malik olması bütövlükdə bu dillərin intonasiyasına da təsir göstərir.
Ardı →