27 Fişer effekti

Pulların neytrallıq prinsipinə uyğun olaraq onların miqdarının çoxalması inflyasiyanın templərinin artmasına gətirib çıxarır, lakin iqtisadiyyatın real dəyişənlərinin vəziyyətinə təsir etmir. Pulun miqdarının faiz dərəcəsinə təsirini qiymətləndirmə zamanı bu prinsipin tətbiqinin mühüm nəticəsini əldə etmək olar. Makroiqtisadiyyat üzrə mütəxəssislər üçün faiz dərəcəsi – vacib parametrlərdən biridir, ona görə ki, əmanət və investisiyalar vasitəsilə iqtisadiyyatın indiki və gələcək vəziyyətini bir-birinə bağlayır.
Davamı →

30. Məcmu tələb əyrisi

Məcmu tələb əyrisi qiymətlərin hər bir səviyyəsində əmtəələrə və xid­mət­­lərə olan tələb haqqında bizə məlumat verir. 30.3. şəklində göstərilmişdir ki, məcmu tələb arzuolunmaz vəziyyətdədir. Bu, o deməkdir ki, eyni şəraitdə iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi (P1 ¯ P2) onunla nəticələnir ki, (Y1 ¯ Y2) əmtəələrə və xidmətlərə olan tələb artır.
Məcmu tələb əyrisinin arzuolunmaz meyli
WHY THE AGGREGATE-DEMAND CURVE SLOPES DOWNWARD
Əmtəələrə və xidmətlərə olan tələbin həcmi ilə qiymət səviyyəsi arasında olan əks asılılığın əsasında nə dayanır? Bu suala cavab vermək üçün yada salaq ki, ÜDM (Y) istehlakın ©, investisiyanın (I), dövlət alışının (G) və xalis ixracın (NX) məcmuyudur:
Davamı →