Dünya iqtisadiyyatına aid terminlər

Adambaşına düşən pul gəlirləri – pul gəlirlərinin cəmini mövcud əhalinin sayına bölməklə hesablanır.
Bank – Bank termini masa mənasını verən “bansa” italyan, “banque” qədim fransız sözündən götürülmüşdür.  Fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək. Həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin  hesablarını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır
Banknot – Dövlətin rəsmi puludur, pul sisteminin əsas maliyyə alətidir, mərkəzi bank tərəfindən tədavülə buraxılır.
Davamı →

Əmək bazarı

Əmək bazarı dedikdə istehsal amillərindən birinin – əmək mü­na­sibətlərinin meydana çıxdığı bazar nəzərdə tutu-lur. Əmək baza­rının mahiyyətinin aydınlaşdırılması sahə-sində bir-birindən fərqlənən bir neçə konsepsiyanın olduğu məlumdur. Birinci konsepsiyanın əsasında klas­sik siyasi iqtisadın hamı tərəfindən qəbul olunan müddəası durur. Bu­nun tərəfdarları neoklassiklərdir (P. Samuelson, M. Feldstayn, R.Xoll). Keçən əsrin 80-ci illərindən başlayaraq təklif iqtisadiyyatı kon­sep­siya­sı­nın tərəfdarları da (D.Gilder, A.Laffer və b.) bu kon­sep­siyaya tərəfdar çıxmışlar. Onlar belə hesab edirlər ki, bütün başqa ba­zarlar kimi, əmək bazarı da qiymət tarazlığı əsasında fəaliyyət göstərir.
Davamı →

Tələb və təklifin inflyasiyası

Iqtisadçılar inflyasiyanın aşağıdakı iki tipini bir-birindən fərq­ləndirirlər: 1) Tələbin inflyasiyası, 2) Təklifin inflyasiyası.
Ümumi təklif sabit qalmaqla, ümumi tələb artdıqda qiymətlər dəyişir. Və bununla əlaqədar olaraq tələbin inflyasiyası baş verir ki, onu da ən sadə şəkildə belə ifadə etmək olar: «dövriyyədə az miqdarda mövcud olan əmtəələri satın almaq üçün daha çox pul kütləsi olur».
Lakin ümumi tələblə istehsalın həcmi, məşğulluq və qiymətlər arasındakı nisbətin öyrənilməsi ilk baxışda təsəv-vür olunduğu kimi o qədər də sadə məsələ deyildir.
Davamı →

İqtisadi artım

Iqtisadi artım bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı iki göstərici ilə müəyyən edilir. Müəyyən dövr ərzində: 1) Real ümummilli və ya xalis milli məhsulun artması. 2) Hər nəfərə düşən real ümummilli və ya xalis milli məhsulun artması. Bunlardan hər hansı birindən isti­fa­də olunması nəzərdən keçirilən sosial-iqtisadi hadisənin xarak­terindən asılıdır. Belə ki, ölkənin hərbi-siyasi potensialı problemi diq-qət mərkə­zində olduqda birinci, ayrı-ayrı ölkələrdə və regi-onlarda əhalinin həyat səviyyəsi müqayisə olunduqda isə ikinci göstəricidən istifadə etmək da­ha məqsədəuyğundur. Bunun doğruluğunu onunla əsaslan­dırmaq olar ki, məsələn, Hindistanın ümummilli məhsulu Isveçrənin ümummilli məhsulundan 70% çox olduğu halda, əhalinin həyat səviyyəsinə görə Hindistan Isveçrədən 60 dəfədən çox geri qalır.
Davamı →

Istehsal xərcləri

Məhsulların istehsalı prosesində xammal, material, yanacaq, elektrik enerjisi, əməyin müxtəlif növləri sərf olunur, əsas kapital ün­sürləri – maşın və avadanlıqlar, binalar istifadə olunduqca köhnəlir və öz dəyərlərinin bir hissəsini amortizasiya ayırmaları formasında istehsal edi­lən məhsulların üzərinə keçirirlər. Deməli, bu və ya digər məh-sulun istehsalına müəyyən miqdarda canlı və maddiləşmiş əmək sərf olunur və bunlar istehsal xərclərini əmələ gətirir.
Lakin istehsal xərcləri kateqoriyası ilə əlaqədar iqtisadçılar ara­sında fikir birliyi yoxdur. Demək olar ki, iqtisadi məktəblərin ha­mı­sının tanınmış nümayəndələri bu barədə fikir söyləmişlər.
Davamı →

Firmaların fəaliyyətlərinin səmərəliliyi göstəriciləri

Firmaların fəaliyyətlərini təhlil edərkən bir sıra səmərəlilik gös­təricilərindən istifadə olunur. Bunların seçil-məsi təhlilin məqsədindən asılıdır. Təhlilin məqsədi isə olduqca müxtəlifdir və aşağıdakıları əhatə edir: 1) Strateji məqsəd; 2) Taktiki məqsəd; 3) Planlaş­dırma vəzifələri; 4) Digər  məqsədlər.
Strateji məqsədi müəyyən edərkən müxtəlif göstəri­cilərdən istifadə olunmaqla firmanın fəaliyyətinin nəticə-ləri, onun rəqiblərinin, yaxud da onunla əlaqədə olan fir-maların nəticələri ilə müqayisə edilir.
Taktiki məqsəd dedikdə rəhbərliyin firmanın fəaliy­yə­tinə nəza­rət etməsi nəzərdə tutulur. Və bu məqsədlə,  hər hansı bir məhsulun istehsalı ilə əlaqədar səmərəlilik göstəriciləri hesablanır.
Davamı →

Firmaların investisiya ehtiyatları, onların dövranı və dövriyyəsi

Müasir dövrdə bazar sisteminin əsas iqtisadi vahidi firma müəssisələrdir.Bəzən  iqtisadi  ədəbiy­yatda «firma» və «müəssisə» anlayışları eyniləşdirilsələr də, bunlar bir-birin­dən fərqlənir. Belə ki, müəssisə dedikdə milli iqtisadiyyatın hər hansı bir sahəsində əmtəə və xidmətləri istehsal etmək üçün istifadə olunan müəyyən istehsal-texniki kompleks nəzərdə tutulur. Məsələn, tikiş fab­riki, mexaniki zavod, bərbərxana, avto-bus parkı və s. müəssisədirlər. Firma isə istehsalın təşkilati-iqtisadi və ya sahibkarlıq formasıdır. Onun tərkibində bir və ya bir neçə müəssisə ola bilər.
Firma sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün mülkiy­yət­çilərin malik olduqları əmlakdan istifadə kom-pleksidir. Firmanın tərkibinə torpaq da daxil olmaqla, onun fəaliyyət göstərə bilməsi üçün nəzərdə tutulan bütün əmlak növləri – binalar, tikililər, qurğular, ava­danlıqlar, inventarlar, xammallar, satılmamış hazır məhsullar və bir sıra səlahiyyətlərin həyata keçirilməsi hüquqları daxildir.
Davamı →

Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı

Təklifin qiy­mətə görə elastikliyi də tələbin qiymətə görə elastikliyi kimi hesablanır. Fərq yalnız ondandır ki, tələbin kəmiyyəti əvəzinə tək­lifin kəmiyyəti götürülür.
Təklif istehsal prosesinin dəyişməsi ilə əlaqədar oldu-ğuna görə o, tələbə nisbətən qiymətlərin dəyişməsinə ləng uyğunlaşır. Ona görə də elastiklik göstəricisi müəyyən olunanda vaxt amili əsas götürülür. Tək­li­fin elastikliyi qiymətləndirildikdə adətən üç müvəqqəti dövr-qısa müd­dətli, orta müddətli, uzun müddətli – nəzərdən keçirilir.
Qısa müddətli dövr dedikdə məhsul buraxılışının həcmində hər han­sı bir dəyişikliyin aparılmasının mümkün olmadığı dövr nəzərdə tu­tulur. Məsələn, alma yetişdirən və onu bazara satmağa gətirən bağ­ban, bazarda hansı qiymətin formalaşmasından asılı olmayaraq, təklif etdiyi məhsulun miqdarını dəyişdiyinə görə, təklif elastik deyildir.
Davamı →

Tələbin elastikliyi və ona təsir edən amillər

Firmalar istehsal etdikləri məhsulların miqdarını və onların quru­lu­şunu planlaşdırarkən hökmən həmin məhsullara olan tələbin hansı amillərdən asılı olduğunu nəzərə almalıdırlar.
Əvəzedici məhsullar istehsal edən və onları nisbətən aşağı qiymət­lər­lə satan firmaların fəallığının artması, habelə məhsulların qiymətlə­rinin yüksəlməsi nəticəsində digər şərtlər sabit qalmaqla, əmtəə və xid­mət­lərə olan tələbin azalması, firmaların buraxdıqları məhsullara olan tələbin ümumiyyətlə azalmasına gətirib çıxara bilər.
Lakin təkcə tələbin istiqamətinin yox, həm də kəmiy-yətinin öyrə­nilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bir kəmiyyətin başqa bir kəmiyyətin dəyişməsinə təsiretmə reaksi­yasının ölçüsünə, yaxud da başqa bir kəmiyyətin dəyişməsinə təsir edən kəmiyyətin təsir reaksiyasına elastiklik deyilir.
Davamı →

Təklif

Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılma-sından başlanması tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim (təklif) edirlər.
Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiy-mətlərlə sat­maq üçün hazırladıqları və satmaq istədikləri əmtəə və xidmətlərin miqdarı və ya onların toplusudur.
Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəf-dən qiymət­lər yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin sahədə məhsul istehsalının armasına şərait yara­dırlar.
Davamı →