İradəni gücləndirməyin yolları | Güclü bir iradəyə sahib ol

İradə və inam həyatda uğurlu və xoşbəxt bir həyat yaşaya bilmək üçün əsas təməldir. Hər şey və bu iki şeyin üzərində inşa olunur deyə bilərik.

Bəs daha uğurlu bir insan olmaq üçün iradəmizi necə gücləndirək?

Əslində iradə əzələ kimidir. Üzərində işlədikcə daha da güclənə, ya da gücdən düşüb zəifləyə bilər.

Düzgün metod və üsullar ilə iradə inkişaf edə bilər. Qısa müddətdə çətin olan bu tətbiq üçün bəzi şeylərə yox demək lazımdır. Hədəfləri təqib etməlisən.

  1. 10 Dəqiqə Meditasiya 
    Meditasiya diqqət bacarığını inkişaf etdirir və insanın özünə fokuslanmasına kömək edir. Gündə 10 dəqiqə onunla məşğul olmaq 2-3 gündən sonra sizin üçün fərq yaradacaq. Enerjinizin və iradənizin artdığını hiss edəcəksiniz.

Davamı →

İradəmizə güvənməməliyik?

Daima dəyişdirmək, azaltmaq və ya həyatımızdan tamamilə çıxartmaq istədiyimiz vərdişlər, rutinlər və davranışlar olur. Çünki, biz bitmiş, yekunlaşmış deyil, inkişafda olan, dəyişən bir prosesik. Əgər düşünürsünüzsə ki, sizin inkişafınız, dəyişiminiz artıq dayanıb, o zaman dərhal elə bu düşüncə və yanaşmanızın özünü dəyişdirin. Çünki, məşhur bir deyimdə də deyildiyi kimi, bu həyatda dəyişməyən tək bir şey var, o da elə dəyişikliyin özüdür. Bunun üçün də biz istəsək də, istəməsək də daima dəyişirik. Problem də dəyişib dəyişməmək yox, bu dəyişikliyin mənfiyə, yoxsa müsbətə doğru olmasıdır.
Dəyişikliyi müsbət istiqamətə yönəltmək asandır, amma bu cür saxlaya bilmək isə çətindir. Bəzi insanlar üçün əslində dəyişikliyi müsbət istiqamətə yönəltmək də çətindir. Bunun da səbəbləri başqa bir yazının mövzusudur. İndilik sadəcə bunu deyim ki, əsas olan nə qədər tez dəyişmək deyil, davamlı, mütəmadi olaraq müsbətə doğru addımlamaqdır. Əhəmiyyətli olan az da olsa, davamlı olan dəyişiklikdir. Bu, bir gündə hər şeyi dəyişdirmək istəyən deyil, hədəfə çatana qədər addımlamağı davam etdirən bir yanaşmadır.

Davamı →

İradəmizə Güvənməməliyik?