Ayətullahları Allahdan və peyğəmbərindən çox sevənlər

Azərbaycanlılar iki cür dindar olur: ya özləri də bilmədən yaşadıqları coğrafiya, doğulduqları ailənin inanclarını mənimsəyir (təklif edirəm ki, buna genetik dindarlıq deyək), ya da müəyyən yaşdan sonra kimlərinsə təsirinə düşüb sürü psixologiyası ilə müəyyən şeylər qarşılığında dindar olurlar (bu adamlara da casus dindarlar deyək).

Davamı →

İran rejiminin mədəniyyət düşmənçiliyi

  • Kino
Bu günlərdə İranın ölkəmizə xoş olmayan, aqressiyaya köklənən münasibəti fonunda istər-istəməz İran mədəniyyətini, onun mühüm parçası olan kinosunu xatırlayıram.
Bu, peşəmə bağlı məqamdır — istənilən ölkə mənim təsəvvürümdə hər şeydən öncə onun mədəniyyəti, yaradıcı şəxsiyyətləri ilə xatırlanır.
Müasir İran kinosunun yaradıcılarından biri Mohsen Malhmalbafın alman kinosunun ustalarından sayılan Verner Herçoqla illər əvvəl yayılmış maraqlı söhbəti var. Həmin söhbətdə kino sənətindən başqa, televiziyanın çağdaş insanın həyatında oynadığı mənfi rolundan, onu zombiləşdirməsindən, tarixdən, siyasi məqamlardan, şərq və qərb insanı arasındakı fərqlərdən, ziddiyyətlərdən danışılır.

Davamı →

İslam inqilabı İranda nələri dəyişdi?

İran İslam inqilabının 40 ili tamam olur. 1979-cu il fevralın 11-də kütləvi etirazların fonunda Rza Pəhləvinin sonuncu baş naziri Şapur Bəxtiyar istefa verir. Bununla da İranda 54 il davam edən Pəhləvi sülaləsinə rəsmən son qoyulur. İran şahı özü isə yanvarın 16-da müalicə adı ilə Tehranı tərk etmişdi. İnqilabın lideri, 14 il sürgündə yaşamış ruhani lider Ayətullah Ruhullah Xomeyni fevralın 1-də 4 ay yaşadığı Fransadan İrana qayıtmışdı.

Davamı →

Təərrüf - İranın ədəb-ərkan qaydaları

BBC müxbiri yazır ki, baqqal dükanından tutmuş nüvə danışıqlarınadək iranlılar hər yerdə özlərinə məxsus ədəb-ərkan qaydalarına riayət edirlər. «Befərmayid» deyir Fatimə və əlinin amiranə işarəsi ilə mənim bir az da yeməyimi istəyir.
Mən qənirsiz iranlı ev sahibəsi, onun anası, iki qızı və bir oğlu ilə döşəmədə — mükəmməlcəsinə kamil İran xalçasının üstündə açılmış süfrənin kənarında əyləşirəm və özümün təərrüf təcrübəmi ilk dəfə olaraq işə salmalıyam.

Davamı →

İran tarixi İkinci Dünya Müharibəsindən sonra

İkinci Dünya müharibəsində İran özünü bitərəf elan etsə də, şah hökumətinin Almaniya ilə yaxınlaşması onun ərazisinin 1941-ci ildə SSRİ və İngiltərə qoşunları tərəfindən işğal edilməsinə səbəb oldu. Rza şah devrildi və onun oğlu Məhəmməd Rza (1941–1979) şah elan edildi. Razılaşmaya əsasən, müharibə bitdikdən sonra bu dövlətlər qoşunlarını geri çəkməli idilər. Ona görə də ABŞ və İngiltərə qoşunları 1945-ci ildə İranı tərk etdilər. Lakin sovet qoşunları işğal bölgəsi olan Cənubi Azərbaycanda qalırdı. Cənubi Azərbaycan məsələsi Soyuq müharibənin başlanmasına təsir edən amillərdən biri oldu. Bu məsələ 1945-ci ildə yaradılmış BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilən ilk hadisə idi.


Davamı →

İranın Birinci Dünya Müharibəsindən sonra tarixi

Qacarlar dövləti. Birinci Dünya müharibəsində bitərəfliyini elan etməsinə baxmayaraq, Qacarlar dövlətinin ərazisi vuruşan dövlətlərin mübarizə meydanına çevrilmişdi. Rusiyanın müharibədən çıxmasından, Almaniya və Osmanlı imperiyalarının Birinci Dünya müharibəsində məğlubiyyətindən sonra bu dövlətin ərazisi, demək olar ki, bütünlüklə ingilis ordusu tərəfindən zəbt edilmişdi. Belə şəraitdə iqtisadiyyat çökmüş, ölkə müflisləşmiş, məclis buraxılmışdı. Dövlətdə hökumət kabinetləri tez-tez dəyişilirdi. İngilispərəst Vüsuquddövlə hökuməti məclisin razılığı olmadan Konstitusiyanı pozaraq 1919-cu ildə İngiltərə ilə saziş imzaladı. Bu saziş Qacarlar dövlətinin ordusunu, maliyyəsini, yol tikintisini, xarici ticarəti və ölkənin digər ictimai-siyasi sahələrini ingilislərin nəzarətinə verdi.


Davamı →

İran xanımlarının gözəllik sirləri

Badam gözləriylə məşhur İranlı qadınların gözlərini gözəl göstərmək üçün çox səy sərf etməsinə ehtiyac yoxdur. Gözlərindəki qəhvə rəngini daha ön plana çıxarmaq üçün tünd rəng ten və qələm istifadə etmək kifayətdir. Transparan bir teni göz qapağına tətbiq edib yaş eyeliner istifadə etməyə üstünlük verirlər. Qaş şəkilləri isə ümumiyyətlə iti və qalınlığı ilə seçilir. 

İranlı qadınlar dərilərinin hamarlığını təbii yağlayara, ölü dəniz duzuyla etdikləri peelinglere və süd duşuna borclular. Nizamlı olaraq süd duşu etmək dərinin hamar olmasını təmin edərkən eyni zamanda rənginin də açılmasına kömək edir.

Saçlarının gözəlliyinə diqqət göstərən İran qadınları saç rənglərini dəyişdirməkdən xoşlansalar da təbii yağlarla tez-tez qaçlarına qulluq etməyi də unutmurlar. Nizamlı fasilələrlə argan yağıyla edilən baxım sayəsində yumşaq və gur saçlara sahib olurlar.

Göz makiyajını ön plana çəkmək üçün dodaq makiyajını ümumiyyətlə daha sadə etməyə üstünlük verirlər.
Gözəllik rəflərində təbii yağlar var. Suysam, kokos, argan və badam yağlarını müntəzəm istifadə edirlər.
Davamı →

İran kinosu

  • Kino
İran kinosuCənub qonşumuz bəlkə də bir çox şeylərə görə bizə həsəd apara bilər. Amma bunların içərisində dəqiq kino yoxdur. Qılınc və çadra altında yaradılsa da, bütün dünyaya meydan oxuyan kinoları ilə İran rejissorları qarşısında baş əyməkdən başqa çarəmiz yoxdur.

Tarkovski bizim qonşumuz olsa da, onlar daha çox bəhrələndilər, özününkiləşdirdilər. Sonra bir az Odzulaşıb, bir az da Qodarlaşdılar, arada lap Felliniləşdilər də.

Amma eybəcər şəkildə onları imitasiya etmədilər, əksinə, özlərinə qatıb yeni bir şey ortaya qoydular. Elə bir şey ki, az bir zamanda Kann, Berlin və Venesiyada onun öz yeri oldu. Bəli, bu İran kinosu idi, bu Kiarostami, bu Pənahi, bu Maxmalbaf, bu Qobadi, bu Məcidi, bu Fərhadi və onlarla başqaları idi.
Ardı →

Mətbuatın Oğurladığı Kimlik

Facebook hesabından götürülən şəkil onun qaçqın həyat tərzi sürməsinə səbəb oldu. Şəklinin qara əklil üzərinə yapışdırılaraq matəminin keçirilməsi bütün aparıcı dünya telekanallarının baş xəbəri olan müddət o sadəcə olaraq bunları teleekrandan izləyərək, ağlını itirməməyə çalışırdı. Hər şey isə mətbuat nümayəndələrinin diqqətsizliyi nəticəsində baş verdi.

Neda


Ardı →

Qədim İran memarlığı

Mesopotamiyadan şərqdəki vadilərdə və dağlardakı yaylalarda fars tayfaları köçəri həyat sürürdülər. E.ə. zərdüştlük Əhəmənilərin rəsmi dini oldu. I Dara Bisütun qayası üzərində ən məşhur kitabə həkk etdirmişdir. Pasarqad şəhərinin ətrafında böyük qülləli bina və onun ətrafında ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman adlandırırdılar. Persepol xarabalıqlarına orta əsrlərdə Təxti- Cəmşid deyirdilər.
Əhəmənilər dövründə Farsın yaşayış memarlığı lokal xarakter daşıyır. Farslılar Qədim Babilistanın və Asiriyanın mistik dinini qəbul etmədilər. Onlar atəşpərəst idilər və şərəfinə qurbangah və məbəd tikdirdikləri işığı ilahiləşdirirdilər.  Imperiya güc üzərində dayanırdı və tabe edilmiş xalqların, onların ənənələrinə, ibadətlərinə, sosial quruluşuna toxunmadan planlı qarət edilməsi hesabına çiçəklənirdi. B.e.əv. 331-ci ildə gənc makedoniya şahı İskəndər Misiri zəbt etdikdən sonra, böyük Fars şahlığı Makedoniyalı İskəndərin imperiyasının bir hissəsi olur.
Ardı →