İrqi daltonizm

Sübut olunub ki, ilk görüşdə həmsöhbətimizin ən gec fərqinə vardığımız xüsusiyyəti onun dərisinin rəngidir. Buna baxmayaraq bir çox insan iş həyatında kolleqasının və ya partnyorunun irqi ilə əlaqədar məsələlərində özlərini kifayət qədər narahat hiss edirlər və çox şeyi gizlətməyə çalışırlar. Belə davranışa irqi daltonizm adı qoyulub.

Aydın olub ki, irqi daltonizm bir çox anlaşılmazlıqlara gətirib çıxarır. Məsələn, əgər siz iş yerində irqi məsələləri görməməzlikdən gəlsəz və özünüzü narahat hiss etsəz, ətrafınız tərəfindən bu tam əks mənada anlaşıla bilər. Sizi qatı irqçi kimi başa düşə bilərlər.


Davamı →

Sən indi mənə RƏNGLİMİ deyirsən?!



Doğulduğumda Qaraydım 
Böyüyərkən Qaraydım 
Günəşə çıxdığımda Qaraydım 
Qorxunca Qaraydım
Xəstəykən Qaraydım.. 
Öldüyümdə hələ Qarayam... 
Və Sən Ağ Uşaq...
Doğulduğunda Çəhrayısan
Böyüyərkən Ağsan
Günəşə çıxdığında Qırmızı 
Üşüdüyündə Bənövşəyi 
Qorxduğunda Sarı 
Xəstəykən Yaşıl
Öldüyündə də Bozsan...
Sən indi mənə RƏNGLİMİ deyirsən?!

P.S: Afrikalı zənci uşağın şeiri...
2005-ci ildə ən yaxşı şeir olmağa namizəd göstərilmişdir.
Davamı →

Mexiko 1968, Qara Qüvvə Alqışı: Meksikada qaçdıqdan sonra niyə Amerikada sürünməliyik?

1968-ci il, oktyabr.
Mexiko şəhəri Yay olimpiya oyunlarına ev sahibliyi edir. Bu vaxta kimi yalnız inkişaf etmiş ölkələrdə keçirilən bu yarış iki ilkə imza atdı. Belə ki, Meksika inkişaf etmiş ölkələrin sırasına daxil deyildi və Olimpiya oyunları əvvəllər heç vaxt Latın Amerikası və ya ispandilli ölkədə keçirilməmişdi. Olimpiya komitəsi tərəfindən atılan bu addım ölkələr və xalqlar arasında ayrıseçkiliyin olmadığına bir nümunə idi. Lakin Olimpiya oyunlarının beşinci günündə baş verən hadisə bütün idman dünyasını silkələdi. 




Ardı →